Avropa
Trampın kürəkəninin Serbiya planı puç oldu
Serbiya hökuməti ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerə məxsus şirkətlə Belqradda “Trump Towers” kompleksinin tikintisinə dair müqaviləni ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə Serbiyanın tikinti naziri Aleksandra Sofroniyeviçin açıqlamasına istinadla “Rzeczpospolita” məlumat yayıb.
Nəşrin məlumatına görə, müqavilə 1999-cu ildə NATO-nun bombardmanları nəticəsində dağıdılmış Baş Qərargah binasının yerində kazino, hotel və yaşayış sahələrindən ibarət lüks kompleksin tikintisini nəzərdə tuturdu. Layihə ekspertlərin və şəhər sakinlərinin etirazlarına səbəb olub.
Portalın yazdığına görə, 2024-cü ilin noyabrında hökumət binanın mühafizə statusunu ləğv edib və bununla da onun sökülməsinə yol açılıb. Prokurorluq bu qərarı qanunsuz hesab edir.
“Vreme” nəşrinin iddiasına görə, müqavilə tərəflərin bir-birinə qarşı heç bir iddiası olmadan ləğv edilir. Tərəflər mümkün olan bütün tələblərindən imtina ediblər. Bu isə Serbiyanın beynəlxalq arbitraj məhkəməsi ilə üzləşməyəcəyi və cərimə ödəməyəcəyi deməkdir.
Hüseyn İbadlı
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Hadisə15 Noyabr 23:48Tələbənin ölümü ilə bağlı yeni detallar: "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
-
İdman15 Noyabr 22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya15 Noyabr 22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə15 Noyabr 21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin115 Noyabr 21:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa15 Noyabr 20:48Zelenski ABŞ-a tələb irəli sürdü






































