Belçikada Milad bazarında partlayış baş verdi
Bizi izləyin

Avropa

Belçikada Milad bazarında partlayış baş verdi

Belçikada Milad bazarında partlayış baş verdi

Belçikada Milad yarmarkasında baş verən partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə “The Brussels Times” qəzeti məlumat yayıb.

İlkin məlumata görə, hadisəyə propan balonunun təsadüfən partlaması səbəb olub.

Partlayışdan sonra yanğın başlayıb. Alovu qısa müddətdə söndürmək mümkün olsa da, iki ticarət pavilyonu tamamilə yanaraq məhv olub. Daha iki pavilyona ziyan dəyib.

Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır, digər üç nəfər isə daha yüngül xəsarətlər alıb. Ağır yaralılardan biri helikopterlə xəstəxanaya çatdırılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm