Ekopublika.az
Yeni vergilər evlərin qiymətini qaldıracaq
“Daşınmaz əmlakın ƏDV vergisinə cəlb edilməsi mənzillərin qiymətinə təsir edəcək. Amma bu asılıdır alıcının buna nə qədər hazır olmasından. Satıcı fərqi qiymətə əlavə edə bilər. Lakin alıcının həmin pula ev alıb-almayacağı sual doğurur”.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Nüsrət İbrahimov bildirib. O qeyd edib ki, dəyişikliklərdən sonra alqı-satqıların vergidən yayındırılması təhlükəsi minimumlaşır: “Proses artıq nəzarətə götürülüb.Əmlak notariusdan qeydiyyatdan keçirilən zaman informasiya Vergilər Nazirliyinə ötürülür”.
N.İbrahimov ötən ilin dördüncü rübündən başlayaraq bazarda ucuzlaşma müşahidə edildiyini bildirdi: “1-2 faiz qiymət ucuzlaşması var. Məsələn, ötən il təkrar mənzil bazarında 0,6 faiz, ilkin mənzil bazarında isə 2,2 faiz ucuzlaşma baş verib”.
O ki qaldı neftin qiymətinin düşməsinin daşınmaz əmlak bazarında təsirlərinə, N.İbrahimov deyir ki, iki faktor arasında birbaşa deyil, dolayı asılılıq var: “6-8 ay fərqlə öz təsirlərini daşınmaz əmlak bazarında göstərir”.
İpoteka kreditlərinin azalmasından söz açan N.İbrahimov deyir ki, 2014-cü ilin ikinci yarısından kreditlərdə tətbiq edilən məhdudiyyətlər bazarda qiymətlərin azalmasını şərtləndirdi: “İpoteka kreditləri vasitəsilə daxil olan pul kütləsi bazara öz təsirini göstərir. Pul kütləsinin həcmi azalanda qiymətlər düşür, artanda bahalaşır”.
O ki qaldı ipoteka kreditlərinə ayrılan vəsaitlərin artırılması və bunun bazara təsirlərinə, N.İbrahimov deyir ki, Mərkəzi Bank bazarı tənzimləməyi bacarır: “Qiymət düşəndə bazara pul kütləsi buraxıb tənzimləyirlər”.
Bununla belə, iqtisadçı hazırda regionda ən bahalı mənzil bazarının Bakıda olduğunu deyir. Bunun da səbəbini pul artıqlığı ilə izah edir: “Potensial alıcılarda pul kütləsi həddən artıq çoxdur. Elə adam var ki, eyni binada 10 mənzilə sahibdir”.
Onun sözlərinə görə, daşınmaz əmlak bazarında təklif tələbdən çox azdır: “Normalda təklif tələbdən 3 dəfə çox olmalıdır. Bizdə əksinədir. Səbəb də tikinti şirkətlərinin daha çox bahalı mənzil tikintisinə üstünlük verməsidir. Tələb də ucuz mənzillərədir”.
Məlum olur ki, tikinti sektorunda rentabellik aşağı düşüb: “Əvvəlki illərdə rentabellik 80 faizə çatdırdı. İndi bu rəqəm 40-35 faiz təşkil edir”.
İqtisadiyyat şöbəsi
-
Nəqliyyat25 May 21:51Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri enəcək? - Rəsmi açıqlama
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika25 May 17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial25 May 17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial25 May 16:52İTV-nin yeni baş direktoru müəyyən oldu






.jpg)


































