İslamiada
Voleybolçularımız İslamiadaya qələbə ilə başladılar
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının dördüncü yarış günündə futbol, voleybol və həndbol üzrə qrup mərhələsinin oyunları keçirilib.
"Report"un məlumatına görə, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2-ci tur çərçivəsində Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gəlib. A qrupunun görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qrupun digər oyununda Mərakeş uzatma dəqiqələrində Kameruna məğlubiyyətdən qurtulub. B qrupunda isə Əlcəzair Fələstini, Oman isə Türkiyəni yenib.
Bu nəticələrdən sonra Türkiyə və Səudiyyə Ərəbistanı yığmaları 2 oyundan xal yığa bilmədikləri üçün qrupda qalıblar. Əlcəzair yarımfinala vəsiqəni vaxtından əvvəl təmin edib. Qalan komandalar, o cümlədən, Azərbaycan millisi növbəti mərhələyə vəsiqəni son turda həll etməli olacaqlar.
Həndbol yarışlarında qrup mərhələsinə yekun vurulub. Son turun yekunlarına əsasən, Azərbaycanın qadın millisi maksimum xalla yarımfinala adlayıb. Növbəti mərhələdə rəqib Özbəkistan olacaq. Kişilərdən ibarət yığma isə qrupda 3-cü yeri tutduğu üçün mükafatçılar sırasına düşmə şanslarını itirib.
Azərbaycanın voleybol yığmaları isə ilk tura qələbə ilə start veriblər. Qadın millisi Qırğızıstanı asanlıqla, kişilərdən ibarət yığma isə Pakistanı ciddi müqavimətlə üzləşdiyi halda yenməyi bacarıb - 3:0.
11 may (cümə axşamı)
Futbol
Qrup mərhələsi, II tur
A qrupu
12:30. Kamerun - Mərakeş - 1:1
Qol: Frants Panqop Çidjui, 30 - Hamza Qudali, 90+1
"Bayıl Arena"
18:30. Azərbaycan - Səudiyyə Ərəbistanı 2:0
Qol: Elşən Abdullayev, 66. Ağabala Ramazanov, 80
"Bayıl Arena"
Xal durumu: AZƏRBAYCAN - 4, Mərakeş - 4, Kamerun - 2, Səudiyyə Ərəbistanı - 0.
B qrupu
10:30. Oman - Türkiyə - 3:2
Qollar: Ahmet əl-Matruşi, 58. Salah əl-Yəhyayi, 63. Muhsen əl-Qəssani, 73-penalti ilə - Melih Okutan, 27. Oğuzkan Kayar, 45+2
"AZAL Arena"
16:30. Fələstin - Əlcəzair - 0:1
Qol: Fərid əl-Məlali, 63-penalti ilə
"AZAL Arena"
Xal durumu: Əlcəzair - 6, Oman - 4, Fələstin - 1, Türkiyə - 0.
Həndbol
Qrup mərhələsi, III tur
Kişilər
A qrupu
11:15. Səudiyyə Ərəbistanı – Pakistan - 35:26 (18:10)
20:15. Əlcəzair - Azərbaycan - 35:22 (15:11)
Xal durumu: Səudiyyə Ərəbistanı - 6, Əlcəzair - 4, AZƏRBAYCAN - 2, Pakistan - 0.
B qrupu
09:00. İraq – Mərakeş - 25:22 (10:11)
18:00. İordaniya – Türkiyə - 21:26 (10:11)
Xal durumu: Türkiyə - 6, İraq - 4, Mərakeş - 2, İordaniya - 0.
Qadınlar
13:30. Özbəkistan – Kamerun - 25:41 (7:18)
15:45. Azərbaycan – Türkiyə - 27:22 (10:8)
Xal durumu: Azərbaycan - 6, Türkiyə - 4, Kamerun - 2, Özbəkistan - 0.
Sərhədçi İdman Kompleksi
Voleybol
Qrup mərhələsi, I tur
Kişilər
A qrupu
10:00. Türkiyə - Türkmənistan - 3:0 (25:16, 25:11, 27:25)
21:30. Azərbaycan - Pakistan - 3:0 (25:22, 25:18, 25:21)
Bakı Kristal Zalı 1
Qadınlar
12:30. Türkiyə - Tacikstan - 3:0 (25:8, 25:6, 25:7)
19:00. Azərbaycan - Qırğızıstan - 3:0 (25:7, 25:3, 25:8)
Bakı Kristal Zalı
Qeyd edək ki, İslamiadanın Açılış mərasimi mayın 12-də keçiriləcək.
-
İdman08:12ABŞ-ı məğlub edən Türkiyə millisi mundialla vidalaşdı
-
Magazin106:16"Avroviziya" təmsilçilərimiz illər sonra belə barışıblar
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO





































