İslamiada
Bakıda təhlükəsizlik belə qorunur - 12 min polis, 642 videomüşahidə...
IV İslam Həmrəyliyi Oyunlarına rəsmən bu gün start verilsə də, bəzi idman növləri üzrə yarışlar bir neçə gün əvvəl başlayıb. Ona görə ayrı-ayrı ölkələrin idmançıları, xarici nümayəndə heyətləri xeyli vaxtdır ki, Bakıdadırlar. Oyunların hazırlıq işləri də həftələr öncə yekunlaşıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi bütün işləri vaxtından əvvəl yerinə yetirib. İndi qarşıda dayanan əsas vəzifə yarışların keçirilməsidir.
Hər bir beynəlxalq tədbir zamanı əsas təşkilati məsələlərdən
biri də təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycanın isə
sabitliyin etibarlı təminatıçısı, ictimai asayişin qorunması
baxımından bölgədə və dünyada ən yaxşı göstəricilərə malik
ölkələrdən biri olması hər birimizdə qürur və fəxarət hissi
doğurur. Ölkəmiz son illər keçdiyi sosial-iqtisadi inkişaf yolu ilə
yanaşı, həm də cəmiyyətdə asayişin, əmin-amanlığın qorunması
sahəsində də dünyada öncüllər sırasındadır.
İndiyədək Azərbaycanda onlarla beynəlxalq tədbirin keçirilməsinin
əsas səbəblərindən biri də ölkəmizdə ictimai-siyasi sabitliyin,
əmin-amanlığın və yüksək təhlükəsizliyin mövcud olmasıdır. İstər
“Eurovision” mahnı yarışması, istərsə də I Avropa Oyunları göstərdi
ki, Azərbaycanda istənilən kütləvi tədbirin keçirilməsi üçün heç
bir təhlükə yoxdur.
Təbii ki, IV İslam Həmrəyliyi Oyunlarında da təhlükəsizliyin təmin
olunması əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Aprelin
21-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat
Komitəsinin yekun iclasında daxili işlər naziri Ramil Usubov
bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən ciddi hazırlıq
işlərinə başlanılıb. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin
tam və vaxtında yerinə yetirilməsi üçün nazirlikdə xüsusi tədbirlər
planı təsdiqlənərək icraya yönəldilib.
Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin
olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin
koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat
Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15
köməkçi qərargah yaradılıb. Bütövlükdə daxili işlər orqanlarından
bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin
sayı 12 min nəfər olacaq.
"Azərbaycan" qəzeti xəbər verir ki, asayişin qorunmasında iştirak
edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik
davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat
ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi
treninqlər təşkil edilib.
Cari ilin mart və aprel aylarında təhlükəsizlik qüvvələrinin və
vasitələrinin oyunların keçiriləcəyi obyektlərdə perimetr boyu,
eləcə də sektorlar üzrə yerləşəcəyi nöqtələr konkretləşdirilib.
Nəzarət-buraxılış məntəqələri, xüsusi təyinatlı və mühəndis
istehkam qruplarının xidmət aparacağı bütün yerlər yoxlanılıb,
şəxsi heyətə vəzifələri izah edilib, köməkçi qərargahların
təlim-məşqləri keçirilib.
Yol hərəkətinin təhlükəsizliyi və yüksəksəviyyəli nümayəndə
heyətlərinin müşayiəti üzrə görüləcək digər işlər də diqqət
mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələrin icrası
yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400
avtomobillə təmin ediləcək. Yol hərəkətinin təşkili üzrə fəaliyyət
çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor
quraşdırılıb, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox
cizgiləmə işləri aparılıb.
Yarış iştirakçılarının daşınmasına cəlb olunan nəqliyyat
vasitələrini idarə edəcək şəxslərin seçiminə də xüsusi diqqət
yetirilib, peşəkarlıq səviyyəsi yoxlanılıb. Nəticədə 1918 nəfərdən
158 sürücü seçimdən kənarlaşdırılıb, habelə namizədliyi
təsdiqlənmiş sürücülər üçün cari ilin mart ayında müvafiq tədris
proqramı əsasında nəzəri və praktiki təlimlər keçirilib.
İctimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə
hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642
videomüşahidə kamerasından istifadə edilir. Ümumilikdə bu gün
respublikada “Təhlükəsiz şəhər” sisteminin 3270 nöqtədə 12 min,
habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə
işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.
I Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal
detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat
qurğusu və 330 “IPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı
837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı istifadə
ediləcək.
Onu da qeyd edək ki, Oyunlarda təhlükəsizlik tədbirlərini ayrı-ayrı
dövlət orqanları əlaqələndirilmiş şəkildə həyata keçirəcək. Əvvəlki
beynəlxalq tədbirlərdə olduğu kimi, Azərbaycanın təhlükəsizlik
strukturları tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının da
təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək.
Bu gün ətraf bölgələrdə xoşagəlməz hadisələr baş verməkdədir.
Dünyanın bir sıra nöqtələrində, eləcə də Yaxın Şərqdə gedən
proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir.
Azərbaycanın isə təhlükəsizliyin və ictimai asayişin təmin olunması
baxımından nəinki regionun, eləcə də dünyanın nümunəvi ölkələrindən
biri olması qürurvericidir. Aidiyyəti strukturlarımız dövlətin
təhlükəsizliyinə, onun milli maraqlarına, mənafelərinə mümkün
təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı
tədbirləri ən yüksək səviyyədə həyata keçirirlər. İstənilən çirkin
məqsədin qarşısını almaq üçün ölkəmiz kifayət qədər imkanlara və
önləyici tədbirlərə malikdir. Ən əsası, Azərbaycan dövlətinin gücü
istənilən növ təhdidin qarşısının alınmasına ən yüksək səviyyədə
imkan verir.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"