İslamiada
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başa çatdı (YENİLƏNDİ) - - FOTOLAR
IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi
başa çatıb.
Publika.az xəbər verir ki, mərasimdə Azərbaycanın və İslam
sivilizasiyasının böyük töhfələri nəzərə çatdırılıb.
Mərasimdə sülh və ümid haqqında universal hekayət təqdim edilib,
İslam sivilizasiyasının böyük töhfələri nəzərə çatdırılıb.
Stadionda nümayiş etdirilən videoçarxda Azərbaycanın əsrlər boyu
formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və
ixtira səyahətinə çıxmış Mina adlı kiçik qız və onun çərpələngindən
bəhs edilib.
Qobustanın qayaüstü rəsmləri ekranda göstərildiyi zaman Mina spiral
strukturlardan asılan, ipək zolaqları ilə dövr edən digər dörd
səhnə ustası ilə havaya qalxıb.
Görkəmli muğam ifaçısı Alim Qasımov minarənin zirvəsində azan
oxuyub. Mina Heydər Məscidinə yollanıb. Əllərində fənər tutan
yüzlərlə insan ona qoşulub. Hərəkət edən fənərlər sayəsində gözəl
şəkildə işıqlandırılmış bəzəklər formalaşıb. Gündəlik həyatın bir
hissəsi olan ənənələrinə sadiq, İslam dünyasının müxtəlif yaşlarda
insanlarını əks etdirən film ekranda nümayiş olunub. Çəkilişlər
Azərbaycan, Avstraliya və Filippində aparılıb. Sonra yeni macəra
başlayıb. Mina keçmiş zamana yollanıb və dünyanı gəzib dolaşıb,
dahi şairləri görüb, planetimizdən kənar kainatı seyr edib.
Mərasimin bu hissəsində 40-dan artıq heyvandan – atlar, dəvələr və
ulaqlardan istifadə olunub. 70-dən artıq iştirakçı, böyük tacir
arabası, canlı at və dəvələr, qartal və şahin fiqurlarından ibarət
səhnə göz qarşısında canlanıb. Mina ağ atın belində səhnəyə daxil
olub. 16 at eyni ritmlə addımlayaraq dövr edən çarxı formalaşdırb
və sonra atlar paralel olaraq yan-yana keçiblər. Öz çərpələngini
daşıyan Mina karvansaralarda tacir və səyyahlarla söhbət edib.
Səhnədə nümayiş etdirilən böyük ölçülü kitablar İslam
sivilizasiyasının dahi ədiblərinə hörmət əlaməti olaraq göstərilib.
Səhnədə Günəş, Yer kürəsi, Ay və digər beş planetdən ibarət günəş
sisteminin böyük modeli yaradılıb. Uçan çərpələngində əyləşmiş Mina
Ay mənasını daşıyan topu ilanın ağzına atıb və fil saatı işə düşüb.
İlan aşağı əyilərək, mexanizmi hərəkətə gətirib və “Bilik” mərasimi
bununla bitib.
Birdən birə qopan fırtına səhnədəki hər şeyi süpürüb aparıb Mina öz
yolundan azıb. Simurqun lələyi Minanın köməyinə gəlib və onun
dostları ildırım surəti ilə aşağı enərək, qızın imdadına
yetişiblər. Mina öz çərpələngində Bakı üzərindən uçub, öz doğma
şəhərinin yeni simasını görüb. Tanışlığa Xəzər dənizinin sahilində
yerləşən Xalça Muzeyi ilə başlanıb. Ağ geyimdə səhnə ustası Heydər
Əliyev Mərkəzinin hamarkonturlarını canlandırıb Şəhərdəki ondan
artıq gözəl memarlıq nümunəsini gördükdən sonra görüntülər Bakı
Olimpiya Stadionu ilə başa çatıb. Mina əllərində çərpələng tutan
700 səhnə iştirakçısının üzərindən uçub. Yüz minlərlə kiçik
altıbucaq çərpələng auditoriya üzərində dalğalanıb Yerdə və havada
“yanar çarx” fişəngi alovlanıb və fırlanıb, stadion üzərində gecə
səmasında atəşfəşanlıq başlayıb.
Hekayət başladığı məkana – sakit Filarmoniya bağına qayıdıb. Mina
ürəkdolusu sevinclə babası ilə görüşərək babasına təşəkkür edib,
çərpələngini yeni səyahətə yollayıb ki, bütün dünyaya sülh və
harmoniya yaysın. Çərpələng yerdən qalxıb və səmaya uçub. Mərasim
stadion və Bakı Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla
bitib.
***
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib: "Dördüncü İslam Həmrəyliyi Oyunlarını açıq elan edirəm".
Vasif Həsənli
***
Bu gün axşam Bakı Olimpiya Stadionunda IV İslam
Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi başlayıb.
Publika.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezident
İlham Əliyev, xanımı, “Bakı 2017” Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi D. Yusif
bin Əhməd Əl-Osayminin çıxışları nəzərdə tutulub.
Daha sonra Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını
açıq elan edəcək.
Sonra stadionda Azərbaycanın Dövlət himni səslənib. Himnin sədaları altında Azərbaycan bayrağı stadiona gətirilib və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırılıb. Eyni vaxtda stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq həyata keçirilib. Stadionda bəstəkar Eldar Mansurovun “Yallı”sı səslənib. Musiqi sədaları altında səhnəyə 700 könüllü çıxıb. Onlar əllərində parıldayan altıbucaqlı tutublar. Azərbaycan Dövlət Rəqs Ansamblının 7 metrlik ipək zolaqları yellədən 10 rəqqası onlara qoşulub. Səhnədə İslam təqvimində hər yeni ayın başlanmasını bildirən aypara və ulduzlar formalaşdırılıb, “Bakı-2017”nin loqosu nümayiş etdirilib. Altıbucaqlar Azərbaycan bayrağına çevrilib. Nəhəng monitorda İçərişəhərdən havaya qalxan Çərpələng görünüb. Qızcığaz Mina və dostları bütün şəhər boyu çərpələngin arxasınca qaçaraq stadiona tərəf gəliblər. Ekranda Alov Qüllələri, Qız Qalası, Filarmoniya Bağı, Heydər Əliyev Mərkəzi, nəhayət, Bakı Olimpiya Stadionu canlanıb. Stadionda əllərində çərpələng tutan uşaqlar 10-dan 1-ə geriyə saymağa başlayıblar. Geriyə sayımın bitməsi ilə açılış mərasiminə start verilib.
Tamaşaçılar Azərbaycan Prezidenti İlham Əliyevi, Birinci
vitse-prezident və “Bakı 2017”nin Təşkilat Komitəsinin sədri
Mehriban Əliyevanı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif
bin Əhməd Əl-Osaymini və digər qonaqları alqışlarla
salamlayıblar.
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi
barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman
Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub.
2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi
üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb.
Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş
hazırlıq görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara
yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər
həyata keçirilib. İndidən tam əminliklə demək olar ki, Bakıda
keçiriləcək Oyunlar İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı
kimi yazılacaq.
Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox
komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir.
Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki indiyədək İslam
Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə
olunmayıb.
İdmanın 24 növ üzrə keçiriləcək yarışlarda atletlər 269 dəst medal
uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 325 atlet
təmsil edir. Türkiyə 345 idmançı ilə birinci, İran isə 300 atlet
üçüncü yeri tutur. Qaliblərə ümumilikdə 1600 medal təqdim
ediləcək.
Oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən
çox bilet satışa çıxarılıb.
Açılış və bağlanış mərasimlərinin təşkilində 31 müxtəlif ölkədən 5
mindən çox əməkdaş fəaliyyət göstərir. Mərasimlərdə 8 ölkədə
istehsal olunmuş səhnə avadanlığından istifadə olunacaq.
“Bakı-2017”nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5
beynəlxalq sponsoru var. Rəsmi talismanlar - “İncə” və “Cəsur”
Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir.
IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə
aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilir.
Xəzərdən başlayan və Azərbaycanın 15 regionunu əhatə edən su
səyahəti mayın 5-də Bakıda başa çatıb.
Dörd əsas dəyər - “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik”
dəyərləri üzərində qurulan Oyunlar “Gücümüz həmrəylikdədir” devizi
altında keçirilir.
***
Hazırda komandaların paradı başlayıb. Hər komanda stadiona öz bayrağı altında daxil olub. Onlar plakat saxlayan kişinin və mis qabda su daşıyan qadının arxasınca gediblər. Azərbaycan komandası stadiona daxil olan kimi Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayıb. Sonra isə “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bayraqları yan-yana dalğalanmağa başlayıb. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 çempionu tərəfindən stadiona gətirilib. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı isə hərbçilər tərəfindən qaldırılıb. Bütün idmançılar və hakimlər adından and içilib.
***
Mərasimdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin möhtəşəm tədbirin təşkilində göstərdikləri səylərinə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.
O, Oyunların İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə idmanın təşviqinə töhfə verəcəyinə, İslam aləmində gənclərə dəstək olacağına əminliyini ifadə edib. Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” ilə üst-üstə düşdüyünü vurğulayan Yusif Əl-Osaymin qeyd edib ki, Azərbaycan bununla multikulturalizmin gücləndirilməsində, mədəniyyətlərarası dialoqun və sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində, idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəal iştirakını nümayiş etdirir. İslam Həmrəyliyi Oyunlarının dünyada ən böyük idman tədbirlərindən biri olduğunu diqqətə çatdıran baş katib deyib ki, bu Oyunlar müxtəlif mədəniyyətlərə malik fərqli ölkələrdən gəlmiş təxminən 4000 atleti bir araya gətirir: “Bu, İslam həmrəyliyini əyani şəkildə nümayiş etdirir. Bu, İslamın əsl mahiyyətini, onun sülh və tolerantlıq dini olduğunu əks etdirir. Bu, mədəniyyətlərindən və fərqlərindən asılı olmayaraq, xalqlar arasında birlik, harmoniya, dostluq tellərini və dinc şəraitdə yanaşı yaşamaq tərzini gücləndirir”.
Vasif Həsənli
Fotolar: Nurlan Gülməmmədov
-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü














.jpg)



.jpg)





















