İslamiada
İslamiada: Rəsul Çunayev gümüşdə qaldı - FOTO - (YENİLƏNİR)
Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda xalça üzərinə çıxıb.
Publika.az-ın məlumatına görə, bu dəfə güləşçimizin rəqibi Türkiyə təmsilçisi İlker Sönmez olub.
İdmançımız rəqibini 4:1 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
***
Digər təmsilçimiz Murad Məmmədov isə iranlı Mohammad Nourbəxş ilə qarşılaşıb. Təmsilçimiz 10:4 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.
***
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Final uğrunda mübarizədə güləşçimizin rəqibi Özbəkistan təmsilçisi Rüstəm Assakalov olub.
O.Nuriyev rəqibinə 5:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
***
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Final uğrunda mübarizədə güləşçimizin rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir olub.
R.Hüseynov rəqibinə vaxtından əvvəl - 10:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
***
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışlarına start verilib. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.
Mayın 17-də - yarışların ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində idmançılar xalça üzərinə çıxırlar.
Gün ərzində dörddəbir final mərhələsində 59 kiloqram çəki dərəcəsində komandamızın üzvlərinin iştirakı ilə aşağıdakı görüşlər keçiriləcək: Murad Məmmədov - M.Nurbaxş (İran), 71 kiloqramda A.Budjemline (Əlcəzair) - Rəsul Çunayev, 80 kiloqramda A.Azisbekov (Qırğızıstan) - Rafiq Hüseynov, 98 kiloqramda T.Raza (Pakistan) - Orxan Nuriyev Final görüşləri isə saat 18:00-da başlayacaq.
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...





































