İslamiada
Çunayev və Məmmədov “bürünc” qazandı - - FOTOLAR
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına start verilib. İlk olaraq yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulub.
Publika.az xəbər verir ki, ilk gündə 59, 71, 80
və 98 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanlarımız qızıl
medal uğrunda yarışırlar. Murad Məmmədov, Rəsul Çunayev, Rafiq
Hüseynov və Orxan Nuriyev İslamiadaya 1/4 final mərhələsindən start
veriblər.
59 kq
Bu çəkidəki təmsilçimiz Murad Məmmədovun ilk rəqibi Mohammad Nurbaxş (İran) olub. Onu 10:4 hesabı ilə üstələyən idmançımız yarımfinalda qırğızıstanlı Kanıbek Yolçubekova yenilib – 3:5. Məmmədov bürünc medal uğrunda görüşdə İordaniyadan olan Rayek Mustafa Alqade ilə üz-üzə gəlib. Vaxtından əvvəl qələbə qazanan güləşçimiz bürünc medal qazanıb.
71 kq
Olimpiadanın bürünc mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev 1/4 finaldakı rəqibi Akrem Bucemlin (Əlcəzair) önündə çətinlik çəkməyib. Vaxtından əvvəl xalçanı qalib tərk edən (8:0) Çunayev yarımfinalda Məhəmmədəli Gerai (İran) ilə qarşılaşıb.
Pəhləvanımız 5:0 hesabı ilə önə keçməsinə baxmayaraq, bu üstünlüyü qoruya bilməyib. Nəticədə gözlənilmədən məğlubiyyətlə üzləşən 26 yaşlı güləşçi “bürünc” üçün yarışıb. Onun yarışdakı son rəqibi türkiyəli İlkər Sönməz olub. Bu görüşdə qələbə qazanan Çunayev aktivinə bürünc medal yazdırıb.
80 kq
Bu çəkidəki idmançımız Rafiq Hüseynov ardıcıl qələbələrlə zala toplaşanları sevindirib. 1/4 finalda qırğızıstanlı Atabek Azisbekova (5:1), yarımfinalda isə əlcəzairli Baçir Sid Azaraya (10:1) qalib gələn Avropa çempionumuz həlledici görüşdə Yusef Qaderiana (İran) da eyni aqibəti yaşatmağa çalışacaq.
98 kq
Azərbaycanı bu çəkidə Orxan Nuriyev təmsil edib. 1/4 final mərhələsində Tayab Raza ilə görüşən gənc güləşçimiz pakistanlıya göz açmaq imkanı verməyib – 9:0. 22 yaşlı idmançının final yolundakı son rəqibi Rustam Assakalov (Özbəkistan) olub. Bu dəfə 5:0 hesablı qələbəyə sevinən Nuriyev həlledici görüşdə qırğızıstanlı Uzur Cuzupbekovdan güclü olduğunu sübut etməli olacaq.
Foto: Nurlan Gülməmmədov
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...





































