İslamiada: Azərbaycan taekvondoçuları 4 qızıl, 1 gümüş medal qazandı (YENİLƏNDİ)
Bizi izləyin

İslamiada

İslamiada: Azərbaycan taekvondoçuları 4 qızıl, 1 gümüş medal qazandı (YENİLƏNDİ)

İslamiada: Azərbaycan taekvondoçuları 4 qızıl, 1 gümüş medal qazandı (YENİLƏNDİ)

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları başa çatıb.

Bu gün 5 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar. Kişilərin yarışında 3, qadınlarda isə 2 taekvondoçumuz dayanq üzərinə çıxıb.

İdmançılarımızdan Ayxan Tağızadə (68 kq) və Patimat Abakarova (49 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayev (87 kq) İslamiadanı qızıl medalla başa vurublar.

Ayxan Tağızadə finalda Seyidhüseyn Ehsanipetrudini (İran), Milad Beiqi Harçeqani Türkiyə taekvondoçusu Yunus Sarını, Patimat Abakarova qazaxıstanlı Aynur Yasbergenovanı, Radik İsayev isə özbəkistanlı Dmitri Şokini məğlub edib.

67 çəkidə ölkəmizi təmsil edən Fəridə Əzizova həlledici görüşdəki Türkiyə təmsilçisi Nur Tatara məğlub olub.

Qeyd edək ki, ötən gün Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıb. (Apasport.az)

***

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir qızıl medalını qazanıb.

Rio Olimpiadasının bürünc medalçısı Milad Beigi Hərçəqani (80 kq) taekvando yarışlarında final mərhələsində Türkiyə təmsilçisi Yunus Sarı ilə qarşılaşıb. Rəqibindən üstün olan idmançımız İslamiadanın qızıl medalına sahib olub - 9:4.

***

Taekvando yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ayxan Tağızadə IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Publika.az xəbər verir ki, idmançımız final görüşündə iranlı Seyedhossein Ehsanipetroudi üzərində 9:8 hesabı ilə qələbə qazanıb.

Təmsilçimiz ilk görüşündə əfqanıstanlı Rohullah Nikpaya 28:14 hesabı ilə qalib gəlib. Azərbaycan idmançısı yarımfinalda Səudiyyə Ərəbistanı təmsilçisi Səud Al Muvalladı 18:9 hesabı ilə məğlub edib.

1996-cı ildə Bakıda taekvando məşqçisi Əvəz Tağıyevin ailəsində anadan olan Ayxan 10 yaşından yarışlarda çıxış etməyə başlayıb. Hazırda 19 yaşı olan idmançımız "Neftçi" İdman Sağlamlıq Mərkəzinin üzvüdür. O, 2013-cü ildə Portuda keçirilən yeniyetmələr arasında Avropa çempionatında gümüş medal qazanıb. “Gilan” idman klubunun yetirməsi olan Ayxan Tağızadə birinci Avropa Oyunlarının çempionu, komandalararası dünya çempionatının və klublararası qitə çempionatının qızıl medalçısıdır. Bu ilin martında Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvando üzrə ənənəvi “Dutch Open” beynəlxalq turnirində idmançımız bürünc medala sahib olub.

Onun Atası Əvəz Tağıyev Azərbaycanın para-taekvando üzrə milli komandasının baş məşqçisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm