İslamiada
1 milyon qazanan azərbaycanlı idmançıdan XEYİRXAH ADDIM
"Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi beş qızıl medala görə ödəniləcək mükafatın bir hissəsini Talassemiya Mərkəzinə köçürəcək".
Bu barədə Report-a azərbaycanlı idmançı-atıcı, IV İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi Ruslan Lunyovun anası İradə Aşumova bildirib.
"Onlar bu pulları qazanıb, axı söhbət medallardan gedir. Medalda heç kimin soyadı yazılmır. İnsan beş qızıl medal qazanıbsa, deməli, bu, onun və məşqçisinin nailiyyətidir. Xüsusən də mən, onun anası kimi, oğlumun necə çalışdığını, belə uğurlara hamsı çətinlikləri aşaraq nail olduğunu görmüşəm və görürəm", - İ.Aşumova vurğulayıb.
Onun sözlərinə görə, hazırda əsas məsələ dayanmamaq, çalışmağa davam etmək və "pulum var, heç nə etməyimə ehtiyac yoxdur" fikri ilə yaşamamaqdır.
Xatırladaq ki, İslamiadada hər qızıl medala görə azərbaycanlı idmançı 150 min manat mükafat alacaq. Eyni zamanda, onların məşqçiləri məbləğin 50%-ni qazanacaq. Qeyd edək ki, Ruslan Lunevin məşqçisi atası Vladimir Lunevdir.
R.Lunevin daha əvvəlki müxtəlif idman yarışlarında elə də yüksək olmayan göstəriciləri fonunda İslamiadada 5 qızıl medal qazanması məsələsini şərh edən İ.Aşumova oğlunun ötən il Rio de Janeyroda keçirilən Olimpiya Oyunlarında ilk dəfə çıxış etdiyini söyləyib.
"O, 15-ci oldu. Bizim üçün bu, əlbəttə, uğurlu çıxışdır. 26 yaşında, ilk dəfə Olimpiadada iştirak edə-edə, iki dəfə 15-ci yeri tutmağı normal qarşıladıq. Bunun uğurlu çıxış olduğunu hesab edirik. O, fevral ayında Hindistanda üçüncü yeri tutub, Sloveniyanın Maribor şəhərində keçirilən Avropa çempionatında digər idmançımız Nigar Nəsirova ilə miks şəklində üçüncü olublar", - İ.Aşumova qeyd edib.
Onun sözlərinə görə, R.Lunev Dünya Kubokunda iştirak etmək üçün artıq Almaniyanın Münhen şəhərinə yollanıb.
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...





































