Köşə
Cəhənnəm qaçqını olmaq istəyirəm
Bir qadın tipi var... Mən sevdiyim, ən sevmədiyim..., "həsədlə baxıb lənətlədiyim" demirəm. Yox, əslində lənət qəddarlığına qədər tənhalaşmamışam. Bir insana lənət boyunda, enində, arşınında enerji sərf etmək bədbəxtliyin episentridir. Mən də yaşım artdıqca, zərrələrimi daha çox sevmək istəyirəm. Həmin qadın kimi...
Səhərlər yuxulu ağzını açıb-bağlayan metro qatarında, narın telləri düyün düşən yağış altında, qara yelin özünə yer tapmadığı küçələrdə günəşi başının üstündə gəzdirir.
Üstəlik helionirvananın sığal çəkdiyi hər məsaməsinin fərqindədir. Hüceyrələri ilə əl-ələ tutub eşqini ən ucqar nöqtələrinə yaymağı öyrənib. İnanmazsınız, acılarını ayağının altında bükə-bükə boyu da cücərib. Sizin kofe, şərab, konyak qoxan qadınlara bənzəmir o. Saçının hər telindən duzlu göz yaşlarını dondurduğu buz kimi özgüvən ətri gəlir.
Məntiqlə duyğuların savaşında qurban getmir. Sevgisi daşa dəyməkdən daş da dönüb sevgisinə. Durmağı da, yormağı da bir zamanlar cəhənnəmdən qaçmaqdan halsız düşən canının dünyadan aldığı intiqamdır. Cəhənnəmdən də məcburi köçmək olmur, ya qaçırsan, ya da ölüb orada qalırsan. Bu qaçış bambaşqadı. Bacardınsa, cəsarətin özü ruhuna medal asır.
Dedim axı, cəhənnəm qaçqınına bənzəmək istəyirəm. Mən özümdən onun kimi güclü qadın doğmaq istəyirəm. 5 il, 10 il, çat səhralarda sürünüb su yolu tapmaq istəyirəm. Zaman arzularımın qəddar anasıdır. Dünənki qorxularım da, sevgilərim də bu gün tərkib dəyişir.
Pafossuz, bəzəksiz böyüməyə çalışıram. Mən əzəldən gülü hədiyyə kimi sevmirəm. Güldən bəxşiş olmur. Gül bağında, torpağında gözəldir. Öləcəksə, suyuna qənd atdığım güldanda yox, kök saldığı evində ölməlidir. Amma mən də hamı kimi öz əlimlə yazdığım aksioma xəyanətdən suçluyam. Sakitliyim nərgizin ləçəyində gizlənib. Bir vaxtlar ən çox sevdiyim mövsüm nərgiz ömrü idi. Bağçasında mənə nərgiz əkən qadın güllərin ətrini də alıb torpağın altına qaçandan sonra nərgiz mövsümünü təqvimdən sildim. Düz 3 ildir, evə nərgiz almıram, qoxlamıram. Yağışlı küçədə topa-topa nərgiz satan gözəl qızdan pul qarşılığında həzz almıram. Anamın həyətini cənnət eləyən nərgizləri öpmürəm. Hətta bu etiraf üçün çiçəklərimin solmasını gözlədim.
Mən 3 ildir ki, ömrümün çiçək fəslini yaşamıram. Artıq mən də ili 12 aya, 4 mövsümə bölürəm. Bölə-bölə özüm də bölünürəm, böyüyürəm...
Bir yandan da fəsillərim nərgiz gülü qoxuyur. Hər gözümü yumanda, ətrini eşidə, səsini duya bilirəm. Demək ən ali həzzi toxunmadan da hiss etməkdir böyümək.
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir























.png)














