Köşə
Notr-Dam Kilsəsinin alovu və Azərbaycandakı keşiş Klodlar
Asif Nərimanlı
İki Dünya müharibəsindən sağ çıxan Paris Notr-Dam Kilsəsi bir aprel günündə yanğına təslim oldu və indi yəqin ki, ən çox ağlayan Viktor Hüqonun ruhudur. Çünki bu kilsə məhz onun qələmə almasından sonra bu qədər məşhurlaşdı və günümüzə qədər qorunaraq saxlanıldı. Lakin Fransanın gücü buna çatdı, dünya müharibələrindən qoruya bildikləri tarixi kilsəni yanğından xilas edə bilmədilər. Bu Fransa arxitekturasının tarixində kulminasiya nöqtəsi hesab oluna bilər və çox qəribədir ki, burada “Paris Notr-Dam Kilsəsi” əsərinin kulminasiya nöqtəsi ilə bənzərlik mövcuddur: hər ikisinin ehtiyacı su idi.
Əsərin kulminasiyasında gözəl Esmiralda kütlənin daşqalaq etdiyi qozbel Kvazimodaya öz kuzəsində su verir.
“Mənə su verdi” – 800 il sonra Paris Notr-Dam Kilsəsinin yanıb külə dönməsi fonunda Kvazimodanın bu sözləri yada düşür. Və bu dəfə nə Hüqo vardı, nə də Esmiralda... Paris Notr-Dam Kilsəsinə su verən tapılmadı, hətta əsrlərdir Sena çayının sahilində “yaşasa” da və 856 illik tarix külə çevrildi.
Bu, həm də onu sübut etdi ki, dünyada heç bir ölkə yanğın fəlakətindən sığortalanmayıb, hətta dünyanı viran qoyan iki böyük müharibədən sağ çıxmış, yanğına və digər təbii fəlakətlərə qarşı milyonlarla avronun xərcləndiyi Paris Notr-Dam Kilsəsi belə. Çünki yanğın dünyanın üç böyük fəlakətindən biridir və heç kim, heç bir ölkə bunu yaşamayacağını deyə bilməz, sadəcə önləyici tədbirlər görə bilər.
Bunu anlayan fransızlar yalnız bir sual verir: yanğının söndürülməsi üçün niyə helikpterlər, təyyarələr istifadə olunmayıb?
Milli Təhlükəsizlik Xidmətinin cavabı: bu cür yanğınlarda təyyarə və vertolyotlardan istifadə edilmir. Çünki onlar texniki baxımdan belə şəraitə adaptasiya edilməyib. Eyni zamanda, tonlarla suyun belə kövrək binalarda istifadəsi onların daha çox zərər çəkməsinə, hətta uçmasına səbəb ola bilər.
Və kədər içində olan xalq bu cavabla razılaşır, hər kəs həmrəylik göstərir, çünki yanan həm də onların mirasıdır.
Fransa xalqının yanaşması bütün xalqlar üçün təbii fəlakətlərə qarşı necə bir mövqenin sərgilənməsi baxımından nümunə hesab oluna bilər. Hərçənd, biz öz ölkəmizdə zaman-zaman bunun əksini görürük və sual yaranır: biz niyə təbii fəlakət olan yanğın zamanı “günahkar” axtarışında çıxır, özümüzü Kvazimodanı daşqalaq edən kütlə kimi aparırıq?!
Hər hansı iaşə obyekti yanır, dövlət əlindən gələni edir, lakin yenə məsələni “yanğın yerinə” çevirənlər susmaq bilmir.
Yanğın baş verir, insanlar öz dərdlərinə düşürlər, lakin bu dərddən belə qazanc güdənlər, məsələni siyasiləşdirib bəlkə “hakimiyyətə gəldim” marağını gizlətməyənlər ortaya çıxır.
Onlar Esmiraldaya aşiq olan və öz “ehtirasının qurbanına” çevrilən keşiş Klod Frolloya bənzəyir. Eyni şeydir, Klodun öz “ehtirası” uğuruna cinayəti Esmiraldanın üzərinə yıxması ilə təbii fəlakətləri “hakimiyyət ehtiraslarının” vasitəsinə çevirmək...
İndi fransızlar bu kəslərin məntiqi ilə hərəkət etsələr onda ittihamlar irəli sürməli və deməlidirlər:
- 9 əsrlik tarixi kilsəni bilərəkdən yandırdılar;
- Kilsə Sena çayının sahilində yerləşsə də, yanğınsöndürənlər su tapa bilmədilər;
- Hakimiyyət tariximizi qoruya bilmədi;
- Hakimiyyət buna görə məsuliyyət daşıyır və istefa verməlidir;
Azərbaycanda siyasi hakimiyyətə iddia edənlərin Fransa xalqına çıxışı olsaydı, kilsənin alovları fonunda mütləq belə fikirlər səslənəcəkdi. Lakin Fransa kədər içində olsa da, Hüqonun “O yerdəki sadə günəş işığı kifayətdir, yanğın alovlarına nə ehtiyac var?!” sözlərini unutmur. Biz da unutmamalıyıq: təbii fəlakətləri siyasi qazanca çevirmək istəyənlərlə öz cinayətini günahsız qızın üzərinə yıxan Klod arasında böyük fərq yoxdur!
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı