Köşə
Nərminin ölümündə bu qurumun əli var!
Zümrüd Kərimova
Ötən ilin 21 noyabr tarixində yoxa çıxan və bir neçə gün öncə yandırılmış meyiti tapılan Tovuz rayon Dondar Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının cinayətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əli var!
Bu iddianı heç çəkinmədən deyir və arxasında dimdik dayanıram!
1998-ci ildə - Azərbaycanda hələ dövlət quruluşu tam formalaşmamış bir vaxtda Ümumilli lider Heydər Əliyev tərəfindən zəruriliyi diqqət mərkəzində saxlanılaraq yaradılan və Prezident İlham Əliyevin 2006-cı il tarixli sərəncamı ilə təkmilləşdirilən bu qurum bu gün bir yaralı barmağa da dərman olmur!
Məhz bu qurumun ucbatından paytaxtın göbəyində, məktəbin ortasında, hamının gözü qarşısında Elina intihar edir. Bu qurum bir məktəblinin səliqəli corabından utanmır!
Avtovağzalın ortasında, insanların gözü qarşısında Leyla əri tərəfindən dəfələrlə bıçaqlanır. Bu qurum Leylanın cinayətə şahid olan uşaqlarının gözlərindən utanmır!
Və s...
İndi bir Allah bəndəsi çıxıb deyə bilməz ki, bu Ailə, Qadın və Uşaq Problemlərindən xəbəri olmayan komitə bir yaralı barmağa dərman olub! Bir uşağın psixoloji probleminə dəstək çıxıb. Bir ailəni barışdırıb. Şəxsən mən, bir Azərbaycan vətəndaşı kimi, gününün 10 saatını mətbuatın, sosial şəbəkələrin dibində keçirən gənc kimi bir dəfə belə bir xəbərə rast gəlməmişəm ki, bu komitə Azərbaycanda bir ailənin, bir uşağın, bir qadının dərdinə çarə tapsın! Adamın ciyərini parçalayan, qadınların, uşaqların qanları magistral yollar boyu axandan, Nərminlərin külü göyə sovrulandan sonra verdikləri 2 kəlməlik mənasız açıqlamadan başqa, mətbuatda bu qurumla bağlı tutarlı, əsl araşdırma, fəaliyyət ortaya qoyduğunu iddia edən xəbər görsəniz, mən bu sözlərimə görə üzr istəyə bilərəm!
Halbuki, bu qurumun NİZAMNAMƏSİNDƏ “Komitənin vəzifələri” bölməsinin ilk maddəsində bu sözlər yer alıb: “öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq”!
Ay hay!!!
Nizamnaməsində hüquqlarından, fəaliyyət istiqamətlərindən, vəzifələrindən, fəaliyyətinin təşkilindən başqa, hər cür fəaliyyətlə məşğul olan, daha doğrusu, ola bilməyən bu qurum üçün nə Azərbaycan qadını, uşağı, ailəsi, nə də onun problemləri prioritetdir!
Bir Azərbaycan vətəndaşı, xanımı və ailə üzvü kimi bu lazımsız qurumun işinin yenidən təşkilinə, ciddi və köklü islahatlara ehtiyac duyulduğunu hesab edirəm.
Kaş ölkədə aparılan dərin islahatlar bu qurumda da tətbiq edilsə və Prezidentimizin özünün, xanımının Azərbaycan ailəsinə qoyduğu hörməti, dəyəri qoya biləcək insanlar, Azərbaycanın ailəsi, qadını və gələcəyi ilə həqiqətən də maraqlanacaq şəxslər burada iş başına gətirilsə...
Və ümid edirəm ki, yandırılan, günlərlə ac saxlanan, zorakılığa məruz qalan, təcavüz olunan, bıçaqlanan, arzuları, xəyalları gözlərində boğulan bütün qadınların qisası qiyamətə qalmayacaq...
-
İdman02:42
"Çelsi" Ermənistan klubunu DARMADAĞIN ETDİ
-
Qarabağ 02:22
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər - VİDEO
-
MDB01:41
Rusiya dollar və avrodan imtina edir? - Putin DANIŞDI
-
Magazin100:30
Günayı məhkəməyə verdilər - FOTO
-
MDB7 Noyabr 23:36
COP29-da Rusiya nümayəndə heyətinə o rəhbərlik edəcək - FOTO
-
İKT7 Noyabr 23:00
Yeni dələduzluq növü yayılıb? - Polis XƏBƏRDARLIQ ETDİ
-
Ekologiya7 Noyabr 20:00
Bayram günlərində hava necə olacaq? - PROQNOZ
-
Elm və təhsil7 Noyabr 19:00
Məktəblərdə payız tətili günlərinin tarixi AÇIQLANDI