Köşə
Ağrının hekayəsi
Zümrüd Kərimova
Dünyada elə insan yoxdur ki, ömründə bircə dəfə də olsa, şiddətli diş ağrısı çəkməsin və buna görə bütün dişlərinə lənət oxumasın. Amma bu ağrı minimum bir ağrıkəsiciyə əliniz uzanana qədər, maksimum bir stomatoloqa gedənə qədər olur, adətən. Sonra dolu sidik kisəsini boşaltmış kimi rahatlaşır, monoton həyatına davam edirsən.
Biri də var, göz görə-görə, bilərək, şüurlu şəkildə bu ağrını çəkməyə razılaşırsan. İllərlə çəkəcəyini, geridönüşü olmadığını bilə-bilə. Həm də dözməkdən başqa çarən qalmayacaq.
Siz dişə kiçicik sümük parçası kimi baxa bilərsiniz. Amma baxmayın. Çünki dünyaya ilk gəlişimizdə, ilk yemək yeməyimizdə bu kiçicik məxluqların inanılmaz əhəmiyyəti var. İlk dəfə qidalanmağa başlayanda anamızın döşünü damaqlarımızla tuturuq, yəni dişlərimizin yuvası ilə. Bizə qüvvə verən hər tikə ilk dişlərimizin yoxlanışından keçir. Aldığımız hər nəfəsin izi var dişlərimizdə. Hər loxmamıza ortaqdır. Hətta bu kiçicik parçaların böyük bir elmi, tibbin yekə bir qolu var dişlə bağlı - Stomatologiya. Heyvanların təkcə dişlərinə baxmaq onların neçə yaşının olduğunu deməyə kifayət edir və s.
Bunlar hamının bildiyi məlumatlardır. Mən isə son 1 ildə dişlərimdən öyrəndiklərimi yazmaq istədim.
Kardioloqa müraciət etmişdim. Mənə dedi ki, əvvəlcə dişlərini müalicə etdir. Sən demə, orqanizmdə əksər xəstəliklərin başlanğıcı bu balaca məxluqlar imiş. Uyğun müalicə üsulu breket oldu. Nə zamana qədər səninlə yaşayacağını bilmədiyin xırda dəmir parçacıqları bütün yediklərinə, içdiklərinə ortaq olur. Səhəri onun verdiyi acılıqla açırsan. İlk onun qulluğunu görürsən. Xərçəng qədər zəhləsini tökür adamın. Möhkəm qidaları sevmir, kolanı xoşlamır, xəyanəti bağışlamır.
Aldadılmış qadın qüruru ilə bütün ağrılarına dözdüm. Çeynəyə bilməmək, saatlarla sızıldamaq, ağrımaq, ağlamaq... O qədər ağrıyırdım ki, artıq öyrəşmişdim ağrıya, incitmirdi. Bircə gecə yatarkən alt çənəmin ətini quşbaşı doğramaqları məni məhv etdi. İnanın ki, bütün dişlərimin sızlamasına razı idim. Bircə ətimə toxunmasaydı... Bu "dəmir ledilər" ağız boşluğuma öyrəşənə qədər sürtdü, qanadı, deşdi, parçaladı. Doğuş sancıları kimi... Sonda özünə yer elədi. Mən də öyrəşdim yavaş-yavaş. Əvvəl sanki ağzımda traktor var idi. İndi doğma orqanıma çevrilib.
Dişlərim məni tərbiyə etdi. Səbr etməyi, ağrımağı, ağrımaqdan zövq almağı, sonunu bilərək qərar verməyi, risk etməyi, dözməyi, disiplini, məsuliyyəti, vücudunda başqa bir cisimlə doğmalaşmağı, gülüşümü, danışığımı dəyişməyi, hətta breketə görə gündəlik stilimi uyğunlaşdırmağı, çantamda hər zaman təmizlik və dərman ləvazimatları gəzdirməyi öyrətdi.
Və mən "dəmir ledi" oldum...
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib



























.jpg)
.jpg)




