Köşə
Toylarla bağlı UNİKAL TƏKLİF: burada keçirməyə qadağa yoxdur!
Zümrüd Kərimova
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət regionlardan daha çox paytaxtda ciddi etirazlara səbəb yaradan problemlərə gətirib çıxardı.
Fərdi biznes və bənzəri bir çox fəaliyyət sahələrinin işi dayandırılsa da, xüsusi icazələr əsasında əhalinin müəyyən hissəsinin əmək fəaliyyətini davam etdirməsi fonunda paytaxt nəqliyyatının onurğa sütununu təşkil edən metropolitenin fəaliyyətinin dayandırılması, sözün əsl mənasında, “vulkan effekti” yaratdı.
Bu “vulkan effekti” paytaxt nəqliyyatının baş beyni olan və ətraf kəndlərə, qəsəbələrə qədər uzanan “sinir yolları”nı özünə bağlayan marşrutda 8 ballıq təkanlara səbəb oldu. Beləliklə, 18 nəfərlik avtobuslar 80 nəfərlik mehriban ailə yığıncağı məkanına çevrildi. Bilmək olmaz, bəlkə də, bu vəsilə ilə illərdir bir-birlərinin üzünü görməyən qohumlar, dostlar həsrətlərinə su səpdi, neçə-neçə insan isti ab-havadan istifadə edərək doğmalaşdı.
Yeri gəlmişkən, Əliağa Vahid demiş - üzü dönsün görüm bu ağuya dönmüş - pandemiyanın xalqımın toy kimi bir adətini avropalının “barbekü” məsxərəsinə çevirməsinə belibükük mentalitetimiz, çox güman ki, icazə verməyəcək. Çünki bizdə toy adəti artıq “düyün” mənasında yox, daha çox “düyü” mənasında başa düşülür. Yəni aş, lap qədim türkcəsinə qədər ensək, yəni yemək!
Üstəlik, toyların “olmazsa-olmaz” başqa bir ənənəsi müasir adı ilə qeyri-rəsmi ömürlük kredit - “algülüm-vergülüm”ün bu adəti həyatımızdan virus sürətilə silməyəcəyindən də əminliyimi ifadə edə bilərəm.
Bütün bu fikirlərdən belə nəticəyə gəlmək olar ki, din-imanımızı şaşırdan Əlahəzrətləri Operativ Qərargah toyların təxirə salınması ilə 300 nəfərlik sıxlığı aradan qaldırmağa müvəffəq olsa da, hər dəqiqə 100 nəfərin eyni vasitədə yol getməsində heç bir narahatlıq görmür. Çox yəqindir ki, metronun bağlı olması və bütün nəqliyyat yükünün marşruta düşməsi bu uzaqgörən siyasət nəticəsində 8 aydır ki davam edir. Ona görə uzaqgörən ki, həqiqətən Operativ Qərargah bu məsələyə, bütün etirazlara, tənqidlərə, çətinliklərə baxmayaraq, uzaqdan baxır.
Necə bilirsiniz, çox hörmətli və əsaslı qərarları çərçivəsində “nə şiş yansın, nə kabab” prinsipi ilə yola çıxaraq sərnişin avtobuslarında “polnu” 80 nəfərlik toy edə bilmərik? Çünki şişdən eybi yox, kabab yansa, Allah göstərməsin, “qarın qardaşdan irəlidir” müqəddəs atalar məsəli əsasında güzəran sürən Azərbaycan xalqının qarşısında pandemiya nədir, heç qalaktemiya da dayana bilməz! Üstəlik, gəlin maşını, zal icarəsi kimi bir çox toy məsrəflərindən də qaçmaq mümkündür.
Məncə, krizisi fürsətə çevirməyin vaxtı gəlib və qanunlardakı boşluqdan istifadə etmək növbəsi bizə çatıb.
Təklif əsasında ilk məclisi təşkil edənlərə məndən 1 illik balansı olan gediş kartları hədiyyə!
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib



























.jpg)
.jpg)




