Köşə
Bütün cəbhələrin qələbəsi - Avropadan Ağdama yol çəkirik!
Zümrüd Kərimova
Dünyada yeganə ölkədir ki, adının sonluğu “can”la bitir – AzərbayCAN.
O Azərbaycan ki, indi dişini canına keçirib bütün cəbhələrdə gözünü qırpmadan qələbənin üzərinə şığıyır, ölümə meydan oxuyur, düşmənə həm qan uddurur, həm qan qusdurur.
II Dünya, Böyük Vətən müharibələrinin taleyini həll edən Azərbaycan indi öz gələcəyini keçmişinin mürəkkəbi ilə yazır.
Döyüş hər platformada alnımıza yazılıb!
Torpaqda da, tribunada da, səhnədə də, süfrədə də...
İnid o döyüşlərdən ikisinin qələbəsi ilə qabarır sinəmiz.
10 milyonun göz yaşları Qarabağa təhkim olunub: Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda tökdüyü qanlar sağ gözümüzdən, “Qarabağ” komandasının isə Avropa stadionlarında tökdüyü tərlər sol gözümüzdən Xəzərə yol açıb. “Ağdamlılar” top dalınca Qarabağ döyüşlərində ayaqlarını itirmiş igidlərin də yerinə qaçır. Qarabağda düşmənə atılan toplarla Avropada rəqibin qapısına atılan toplar Azərbaycan xalqı üçün indi eyni şeyi ifadə edir: QƏLƏBƏ.
Bu qələbələr 90-cı illərin itirilmiş nəslinin qollarının yerində qanad bitirir, itirilmiş ayaqlar qanadlara çevrilib Qarabağ səmalarına uçur.
27 sentyabr – Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusu tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azad edilməsi uğrunda əks-hücum əməliyyatlarına start verir.
1 oktyabr – Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Polşanın “Legiya”sını 0:3 hesabı ilə darmadağın edərək qrup mərhələsinə yüksəlir.
Silahlı Qüvvələrin cəngavərlərinin ötürdüyü pası “Qarabağ”ın atlıları qələbə zərbələrinə çevirir.
Cəmi bir günlük əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qarbənd, Horadiz Kənd, Yuxarı Əbdülrəhmanlı, Aşağı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, ardınca isə onlarla igidi bağrında basdıran Murovdağ silsiləsi düşmən tapdağından azad edilir. 30 ildən sonra küllərindən doğulan Azərbaycan düşmənlərinin sinəsinə Murov dağı çəkir.
Bu qələbədən ilhamlanan “Qarabağ” Varşavadakı “Wojska Polskiego” stadionunda şahə qalxır və tarixinin ən şanlı qalibiyyətlərindən birini yazır.
İndi nəinki, “Qarabağ” azarkeşlərinin, bütün Azərbaycanın Ağdamın “İmarət” stadionuna qədər gözü yol çəkir.
Bəlkə də gələn dəfə UEFA Avropa Liqasının növbəti oyunlarından biri elə “İmarət”də olacaq. Bu dəfə mərmi zərbəsi ilə evlərimizin pəncərələri yox, top zərbəsi ilə tarixi stadionumuzun, məbədimizin qapıları silkələnəcək!
Minlərlə igidi silaha sarılmış Silahlı Qüvvələrimizin də, yüzlərlə azarkeşi formasına sarılmış “Qarabağ”ımızın da gedişlərinin bütün şahları mat edəcəyi görünür.
Bütün qələbələr bizi Qarabağa aparır!
-
İdman20:48Gənc futbolçulara yatırım həm kubok, həm də milyonlar qazandırdı - Araşdırma
-
Dünya19:40Tehran Avropadakı ABŞ bazalarını vurmağa hazırlaşır... - NATO-dan reaksiya
-
İKT19:30Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək - Gizli təhlükə
-
Sosial18:10Bakıda “İbrahim Tatlışiş”də kabab at ətindən bişirilirmiş - Foto
-
Region17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbə gözləyir
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO














.jpg)






















