Köşə
Hipotalamusunu oyaq saxlayan kişi
Leyla Sarabi
Zərif yorğun barmaqları dünya müharibəsinin uçurumu altında qalan pianosuna toxunmuşdu sanki. Başındakı telləri də o savaşda kökündən biçilmişdi. Bütün qorxusunu əlindəki təsbehin dişlərinə boğurdu. Yaşıl muncuqları barmaqlarının arasından ilan qabığı soyurmuş kimi sıxıb çıxarırdı. İlan qabıq dəyişdikcə öz dərisi göynəyirdi. Ağzına yapışmayan zikri yeni əzbərləmişdi. Cəmi üç əcnəbi sözü dilotu çeynəyən kimi təkrarlayırdı. Beynində tam başqa tufan dolanırdı - ölüm məndən uzaq dursun. Tez-tez yuxuya dalıb diksinirdi, oyanırdı, bir-birini qucaqlayan kirpiklərinin xəzan olduğunu xatırlayıb yenidən ilana sarılırdı.
Yan masadan onu açıq-aşkar süzdükcə, beynimin 4 küncünə bir aksiom möhürləyirdim. Bu zəhərə qalmış kişilərə xəstəlik heç yaraşmır. Mədələri ağrını yemək üçün balacadır, gözləri ətrafı aldatmaqdan ötrü duzlu suda az yuyulub. Nə olsun ki, hipotalamusları bizdən bir az böyükdür. Bu dünyanın ən ağıllı insanı sənədli-sübutlu, ən ağır IQ-lü qadındır.
İş hipotalamusun ölçüsündə də deyil (pis başa düşməyin, beynin fəaliyyətini tənzimləyən badamvari nəsnədir) gərdişi dövranındadır. O da ki, badamdan boylu qalan qadında yeri göyə sovuran tornado gücündədir. Amma... Mən hipotalamusunu oyaq saxlayan kişi şüuruna da heyranam. Çürük məntiq həzm etməyən kişi beyninin tam ortasında qış yuxusuna dalmaq kirpiklərin uclarından oyanmaqdır. Nifrətini təmkin ilə tapdayan kişinin ağıl dəryasında boğulmaq tanrının səma meyvələrindən çəkdiyi şəraba qonaq olmaqdır. Kvazimodo qəddi ilə kar beynində yeni səda oyadırsa, o kişiyə hər qüsuru bağışlamağın məqbuldur. Eşqini vəba kimi nəfəsinə dolduran Florentinanın bədheybət simasının üzərinə saxta maskalar qoxlama.
Məncə, əsl qadın yoluna çıxan hər ağıllı kişidən bir parça hopdurmalıdır canına. Nə fərqi var, sevgilindir, dostun, ya ərin. Birindən fəlsəfəsini, başqasından görüb gəzdiyi şəhərlərin ətrini, lap elə yatıb durduğu fahişələrin göz yaşlarının səbəbini oğurla.
Pullu kişinin beyni zəngin deyilsə, sən cənnətə istəyəndə Dubaya gedəcəksiniz, Avropanın paytaxtı Amerikaya bilet alacaqsınız. Hətta həmin Amerikanın paytaxtı Nyu-Yorku dövrə vuracaqsınız. Amma sən heç vaxt onun ürəyinin baş şəhəri Paradisi gəzməyəcəksən. Arzularının xəritəyə sığmayan ölkəsindən özü kimi deport olunacaqsan. Tək sözü ilə zamanı durduran qadın, kişidə səni iştaha gətirən tum kimi çırtladığın cibindən qeyri səbəbin yoxdursa, qızıl suyuna çəkilmiş ağ trüfelin dadına alışmadan, yaşamadan-yaşamamış öləcəksən.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


