Köşə
Üçüncü Dünya müharibəsi, yoxsa Əmir Teymur taktikası?
Bir çoxları düşünür ki, Rusiya-Ukrayna savaşı nüvə müharibəsinə, oradan da Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq. Amma ötən ilin avqustunda Əfqanıstanda başlayan xaos, ardınca Birləşmiş Ştatların 20 ildən sonra idarəetməni “Taliban” qruplaşmasına təhvil verərək oradan çıxması, bunun ardınca bu ilin fevralında Ukraynada başlayan müharibə beyinlərdəki bir sıra qaranlıq suallara aydınlıq gətirdi.
Dünya hələlik nə Üçüncü Dünya müharibəsinə hazırdır, nə də ki, nüvə savaşına...
O zaman böyük şahmat taxtasındakı bu qədər xaos və savaş oyunları nəyə işarədir?
Cavab olduqca sadədir: “toxunulmazlar kastası”na daxil edilmiş ölkələrin beyin və fiziki əmək kapitalını qlobal korporasiyalar, güclər vasitəsi ilə ələ keçirmək, onları köçkün-qaçqın dumanında saf-çürük etdikdən sonra aidiyyəti üzrə istifadə eləmək...
Baxın, Əfqanıstanda “Taliban zülmündən”, xaosdan qaçanlar dünyanın bir çox ölkələrinə üz tutdular. Bir çoxları Amerikaya, Kanadaya və Qərbə axın etdilər. Hətta Qərbin bir sıra ölkələri, eləcə də Avstriya, Niderland, ABŞ, Kanada kimi dövlətlər də əfqan miqrantları qəbul etmək üçün “canfəşanlıq” göstərdilər. Bəs bu canfəşanlığın adı nə idi? Aydındır ki, miqrantlar arasında bütün məsləkdən olanlar, eləcə də ucuz işçi qüvvələri var.
Onları “bir qarın çörəyə” işlədərək milyardlarla dollar vəsaitə qənaət edəcəklər. Həmin ölkələr savadlı həkimlərin, müəllimlərin, mühəndislərin, İT mütəxəssislərinin də əməyindən yararlanacaqlar. Üstəlik, ölkələrindən qaçan bu evsiz-eşiksiz, zavallı insanların – söhbət ixtisaslı kadrlardan, beyin kapitallarından gedir – yetişməsində həmin Qərb ölkələri heç bir vəsait xərcləməyiblər. Savaşı körükləməklə “hazıra nazir” olublar.
Ötən il əfqanları gözləyən “uzun, incə” və ağrılı miqrant həyatı bu il ukraynalıları gözləyir. İndi onlar Polşadan Kanadaya qədər uzanan bu yolda həmin ölkələrin inkişaf dəyirmanlarına su tökmək məcburiyyətində qalacaqlar. Halbuki həmin ukraynalı mühəndislərin, sənət adamlarının, ziyalıların, mütəxəssislərin yetişməsi üçün nə ABŞ, nə Kanada, nə də başqaları bir qəpiklərindən keçib.
Bir sözlə, 2021-ci ildən başlayan bu miqrant savaşları elə ən böyük dünya müharibəsidir. Bu savaşların arxasında isə ölkələr yox, böyük korporasiyalar dayanacaq. Ən azından dövlətlər insan alveri, insan sömürgəçiliyi kimi ittihamlardan özlərini sığortalamaq üçün “ismi pünhan” korporasiyaları dövriyyəyə buraxacaqlar.
Bir sözlə, tarix təkrarlanır: 14-cü əsrdə Əmir Teymurun etdiklərini indi dünyanın “böyük yeddiləri”, “böyük iyirmiləri” edir. Teymurilərin başçısı olmuş Əmir Teymur da istilalar, fəthlər zamanı işğal etdiyi ölkələrin, şəhərlərin ən tanınmış sənətkarlarını, şairlərini və rəssamlarını, həkimlərini yığıb-yığışdırıb Səmərqəndə aparırdı...
Yəni dünya “parçala, hökm elə” siyasətindən “əti mənim, sümüyü sənin” siyasətinə keçid eləyir. Heç kimə əfqanların, ukraynalıların alın yazısını yaşamağı arzulamıram.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























