Köşə
Şuşa ilinin qırılan qrantları...
Qələbə qədər insanı ruhlandıran başqa heç bir şey yoxdur. Elə dövlətlər, xalqlar da qələbə üzərindən qurulur. Məğlubiyyət ətalətin rəmzidir, qələbə dinamikanın. Köhnəlmiş fikirlər, epiqonçuluq, əzbərçilik, təkrarçılıq, zehni tənbəllik məğlubiyyət yaradır. Azərbaycan ordusunun 44 günlük müharibədə göstərdiyi şücaət və rəşadət isə əski dünyanın bütün qəliblərini, buxovlarını darmadağın etdi. Qələbə yeni təfəkkürlər, yeni dinamika və azad ruhla qazanılır. Vəssalam...
Ən qaynar hisslərin coşduğu ürəklərdə ən modern silahlar... Azərbaycanın qələbəsinin sirri bundadır. Adekvat xarici siyasət, optimal idarətmə... Bunlar bizi qələbəyə aparıb. Ancaq bu yeni düşüncənin cəmiyyətin hər bir tərəfinə sirayət etməsi gərəkdir. Məğlub yaşadıq, bununla barışmadıq. İndi isə qaliblər kimi yaşamalıyıq. Yeni və modern təfəkkürlə...
Sanki cəmiyyət çalpaşıq hisslər yumağından çıxa bilmir. Elə dövlət aparatının bəzi hissələri də. Elə sosial təsisatlar da... Madam ki, Şuşanı aldıq, Şuşaya layiq olmalıyıq. Şuşa kimi olmalıyıq. Ola bilirikmi? Xeyr.
Bu il Prezidentin fərmanı ilə “Şuşa ili” kimi təsbit edilibdir. Şuşa demək bizim milli ideallarımızın cəmi deməkdir, Şuşa demək Azərbaycan deməkdir. Bu dörd hərfdə milli varlığımızın cövhəri gizlənibdir. Lakin təfəkkür dəyişirmi?
Dəyişmir. Dəyişsəydi, keçmiş maliyyə naziri, dövlət çevrilişinə cəhd göstərən Fikrət Yusifova Avstriyada Şuşa ili ilə bağlı tədbir keçirilməsi ilə bağlı qrant verilməzdi.
Əyri oturaq, düz danışaq. Avstriyaya hörmətimiz var, Motsartın, Freydin, Vitgenşteynin (Fikrət müəllim bu yerdə Googleyə baxacaq) vətənidir. Ancaq II Dünya Müharibəsində bir güllə belə atılmadan gül-çiçəklə ölkələrini Almaniyaya təslim etdilər. NATO-ya üzv olmağa bu gün belə cəsarət etmir. Aşağılamaq, həqarət etmək mənasında demirəm. Kiçik ölkədir, diqqəti özünə verib. Avropa siyasətinə təsiri minimaldır. Belə bir ölkədə Şuşa tədbiri keçirtmək nəyə gərəkdir?
Ya Ziyad Səmədzadəyə nə deməli? Sivil bir ölkədə, misal üçün Avstriyada parlamentin deputatı dövlətdən qrant ala bilərmi? O deputatı Mauthauzen düşərgəsinə göndərərdilər.
Deputat ödənişli fəaliyyətlə məşğul ola bilməz. Yaxşı, deyək ki, bu deputatlığa namizədliyə qoyulan tələbdir. Düzdür, bunun söhbətə dəxli yoxdur, amma lap elə olsun. Axı QHT agentliyinin büdcəsini də parlament təsdiq edir. Burda maraqların toqquşması yaranmırmı? Ən azı etik baxımdan yolverilməz deyilmi?!
Hələ layihədə Ziyad müəllim Şuşa rayonunun demoqrafik və iqtisadi-inkişaf vəziyyətini təhlil edəcək. Daimi yaşayışı, heç bir iqtisadi strukturu olmayan, yenidən qurulan şəhərin hansı iqtisadi-inkişaf vəziyyəti təhlil olunacaq? Bu gözə kül üfürmək deyilmi? 82 yaşda beyin ölürmü?
Bir layihə Vikipediya üçün 270 məqalə müqabilində 20.000 manat vəsait alır. Vikipediyanın mahiyyətinə ziddir. Çünki Vikipediya azad ensiklopediyadır. Dövlətdən qrant alıb Vikipediya düzəldərlər? 270 məqalə Şuşa haqda olacaq?
Bakı Tekstil Fabrikinin sahibinin siyahıda yer almasına nə ad verməli? Sivil bir ölkədə donor olanlar bizdə zəliyə çevrilir. Bu fabrik özü donor olmalıdır. Layihənin adına baxaq: “Qarabağ incilərinin Avropa sədası”. Necə olacaq bu? Şuşada zurnaya güc verib sonra İtaliyada qulaq asacaqlar?
Heç nə demirəm, Şuşanı alan igidlərə layiq bir ideyalar ortaya qoyaq. Daha, Ziyad müəllim gilas yesin deyə layihələr quraşdırılmasın. “Dejurnı” işləri bitirmək vaxtı gəlmədimi?
Tək bu deyil ki... “Space” kanalı xatirə müsabiqəsi keçirir, onlarla köçkün, müharibə iştirakçının xatirələri bir kənara qoyur, elan etdiyi beş mükafatın cəmi ikisini verir, onun da birini icra hakimiyyətinin işçisinə. Bu akt qələbəyə yaraşırmı, xatirələrə yaraşırmı?
Yenilik cəmiyyətin ruhuna sirayat etməlidir, onu səciyyələndirməlidir. Bu işdə ağır dövlət aparatı ilə müqayisədə QHT-lər çevik və operativ reaksiyalar göstərə bilərlər. Ancaq QHT Agentliyi 82 yaşlı deputatın Şuşa əhalisinin saymağına 29 min manat verir. Şuşanın isə cəmi 15 min əhalisi var. Və heç biri Şuşada deyil. Əsl Ziyad müəlimin köhnə peşəsi olan siyasi iqtisaddır, olmayan şeyi sayır, bölür, toplayır, çıxırdılar və deyirdilər ki, kommunizm üfüqdədir. Nəticə məlumdur... Səmərəsiz, bəhrəsiz... Qırılan qrantlar kimi...
Ona görə deyirəm ki, üfüqdə Şuşa olmalıdır...
Qan Tural
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO