Köşə
Pul önəmlidir: Sağlamlıq da, Tanrının möcüzələri də...
Pul önəmlidir. Hətta çox önəmlidir. Əksər hallarda sağlamlıq da, Tanrının möcüzələri də cibinizdəki qiymətli kağızların xışıltısından keçir. Sevgi də, hörmət də saxta ya qəlbən pulun baş ucunda yatır. İnsanların pul aclığını yaxından-uzaqdan anlaya bilirəm. Çünki daun sindromlu uşağın üçün hər zaman daha yaxşı və bahalı təhsil alternativi var. Xərçəng valideyininə hansısa qitənin mərkəzində, dağın döşündə ən təbii vasitələrlə, kimyaterapiya əvəzinə ən bahalı meyvə, tərəvəz kokteylləri ilə müalicə üsulları var.
Ağıl demişkən kart hesabından rəqəmlərin sayı İQ səviyyənlə bilavasitə düzmütənasibdir. Ümumiyyətlə təsdiq olunmuş aksiomdur. Mənfi üzərində duran bank hesabın avtomatik olaraq yüksək İQ-nü də mənfiyə endirir. Yaxud yüksək rəqəmlərin rəqs etdiyi bank hesabın bəzən var olmayan kapasiteni də ardınca ərşə qaldırır. Amma unutma ki, bu da illüziyadır. Yəni hər kəs öz içində sənin qət edə biləcəyin məsafədən halidir.
Kimini ehtiyac, kimini rahat həyat sənin müdrikliyinə inanmağa vadar edir. Son vaxtlar qəribə maraq dairəm formalaşıb. Dünya milyarderlərinin həyat hekayələrini, biz kasıblara ötürdükləri mesajları izləyirəm. Məsələn planetin ən zəngin adamlarından biri deyir ki, tutaq ki, sən 1000 manatlıq(təbii, şərtidir) çantanı endirimlə 750-yə almısan. Bu sənin 250 manat qənaət etməyinə işarə etmir. 750 manat məbləğində bədxərcliyini göstərir.
Kasıb şərq adamı olaraq ilk reakasiyam təxmini belə idi:
"Özün milyardların üstündə oturmusan, istədiyin bez parçasını da, dəri oyuncaqları da limitsiz ala bilirsən deyə belə boşboğazlıq edirsən".
Amma deyəsən unutduğum bir şey var. Qərb insanı sərmayəsini artırdıqca, özünü elə mükəmməlləşdirir ki, brendə çevirir. Çünki orada bəlli cərəyanın ardınca gedənlərdən savayı heç kimdə brend xəstəliyi, kasıblıq dpvründən qalma travmaları brend markalarla sağaltmaq ehtiyacı duyulmur. Həm də əminəm ki, insan ruhuna, şüuruna kapital qoyduqca, zahirinu şam ağacı kimi bəzəməyi artıq məşğuliyyət sayır. Şərqdə isə əksinə hər toy məclisi Oskarın növbəti təqdimatını xatırladır.
Çünki bizim pulumuz artdıqca, hər şeyin bahalısına can atmaq və bununla dost-doğmanın yanında öyünmək sevdamız var. Əsla insanların komfortlu həyat ehtirasına qarşı deyiləm. Çünki mənim də xəmirimi bu mentalitet yoğurub. Amma mən ən zəngin ölkələrdə əski parçasını əynimə geyinib maksimum xoşbəxtliyi də dadmışam. Və heç kim məni saçımın ucundan ayaqqabının tozunadək süzməyib. İnsanlar üçün əsas ünsiyyət vasitəsi brend gözlüyüm yox gözümün düz içi olub.
Bəlkə də biz həmin brend mağazaların vətənində böyüsəydik, daha gözütox formalaşardıq. Bəlkə də bu aclığımızın nəticəsidir ki, heç bir markamızı xaricdən gəlib şəhərimizi bəzəyən, yeri gələndə satıcılarının belə bizi milçək kimi mağazasından qovmaq istədiyi brendlər kimi məşhurlaşdırmağa imkan vermir. Həyatımın unutmadığı epizodu ilə sağollaşıram. Oğlum Fransada bağçaya getməyə başlamışdı. Adaptasiya müddətini geridə qoyduqdan sonra artıq bütün günü bağçada keçirdi. Hər axşam onu aparmağa gələndə tərbiyəçilərlə uzun-uzun danışıb bütün detalları öyrənməyə çalışırdım.
İlk sualım bu olurdu:
- Bugün nə yeyib?
Tərbiyəçi sərt baxışlarla:
- Niyə soruşmursunuz ki, bugün yeni nələr öyrənib?!
Əhvalımı pozmadan:
- Biz şərq insanıyıq, qarnımız doymasa, beynimizə güc getmir.
Nəysə, bu yemək də başqa geniş mövzudur. Bəs sən bugün nə yemisən?
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO