Bu tilsimli mavi daşı yastıq altına qoysanız... - FOTOLAR
Bizi izləyin

Layihə

Bu tilsimli mavi daşı yastıq altına qoysanız... - FOTOLAR

Zərif və cazibədar görünmək istəyən xanımların daş-qaşlara olan həvəsi gündən-günə artır. Qadınların zinət əşyalarına marağının artmasında onların incə zövqlə işlənib mükəmməl formada hazırlanmasının da payı var. Hətta qızıl və gümüşdən istifadə etməyi xoşlamayan xanımlar belə məşhur brendlərin bir-birindən gözəl ləl-cəvahirat kolleksiyalarına biganə qala bilmirlər.

Bu gün son illər xeyli populyarlaşan kalsedon daşından bəhs edəcəyik. Şöhrəti Hollivud ulduzlarına kimi gedib çatan bu daşın tarixçəsi və şəfalı xüsusiyyətləri sizin üçün də maraqlıdırsa, Publika.az-ın "Mücrü"sünü diqqətdən qaçırmayın!

Rəng seçimində azadlıq

Kalsedon kvars daşının bir növüdür. Olduqca parlaqdır. Adətən, açıq mavi rəngdə olur. Ancaq tərkibindəki mineralların miqdarından asılı olaraq, sarı, qəhvəyi, boz, yaşıl, çəhrayı və qəhvəyi olanlarına da rast gəlinir. Olduqca sərtdir. Ona görə də, tarix boyu ondan zinət əşyalarının bəzədilməsi ilə yanaşı, möhür və dekorativ əşyaların hazırlanması məqsədilə də istifadə olunub.

Mavi qızıl

Kalsedon daşı hələ Urartu dövründən etibarən geniş şəkildə istifadə edilib. Bu daşın adı İstanbulun Kadıköy səmtindən götürülüb. Həmin vaxt Roma imperiyasının ərazisi olan Kadıköy o dövrdə "Chalkedon" adlandırılıb və ticarət limanı kimi fəaliyyət göstərib. Sözügedən daş məhz həmin bölgədən çıxarıldığı və bu limandan nəql olunduğu üçün "Kalsedon" adlandırılıb.

Uzun sözün qısası, bundan əvvəl haqqında bəhs etdiyimiz zultanit kimi, bu daşın da vətəni Türkiyədir. Anadoluda "mavi qızıl" olaraq tanınan kalsedon daşı hazırda ən çox Əskişəhərdəki mədəndən çıxarılır. Xammal şəklində mavi rəngdə olur. Ancaq Əskişəhərdə çıxan bənövşəyi və çəhrayı rəngli kalsedonlar da məşhurdur. Tarixi mənbələrə görə, Əskişəhərdəki mədən yataqlar min ildən çoxdur ki, istismar olunur.

Kalsedon hazırda Türkiyə ilə yanaşı, dünyanın bir sıra ölkələrində, o cümlədən, Braziliya, Madaqaskar, Hindistanda da ixrac edilir.

Qədim insanların əl əməyi – MAVİ QADIN

Anadoluda tapılan kalsedondan hazırlanmış zinət əşyaları alimləri heyrətləndirir. Çünki kalsedon çox möhkəm daşdır. Ancaq maraqlıdır ki, qədim insanlar ona mükəmməl forma verə biliblər.

Kalsedondan hazırlanmış ən məşhur əşya "Mavi qadın" adlı kiçik büstdür. Qadın başının təsvir olunduğu bu əsər broş böyüklüyündədir. "Mavi qadın" hazırda İstanbul Arxeologiya Muzeyində saxlanılır.

Sağlamlığın keşiyində

Əksər qiymətli daşlar kimi kalsedon da şəfalı xüsusiyyətlərə malikdir. Əsasən, əkizlər, xərçəng və oxatan bürcündən olanlara müsbət təsir edən bu daşdan bir çox sağlamlıq probleminin müalicəsində köməkçi vasitə kimi istifadə edilə bilər. Kalsedon həm mənəvi, həm də fiziki baxımdan insanın sağlamlığının keşiyində dayanır.

*Dəyişikliklərə tez öyrəşməyə kömək edir.

*Stressi azaldır.

*Dürüst olmağa kömək edir, insanı cəsarətləndirir.

*Ünsiyyət qabiliyyətini artırır.

*bədnəzərdən qoruyur.

*Neqativ enerjini pozitivə çevirir.

*Çin rəvayətlərinə görə, ruhu qidalandırır, inancı gücləndirir.

*Deyilənə görə, bu daşa sahib olanlar yuxusuzluq problemi ilə üzləşmir və həmişə gözəl röyalar görürlər.

*Qan dövranını yaxşılaşdırır, dözümlülüyü artırır.

*Enerji verir.

*Uşaqların inkişafına dəstək olur.

*Depressiyaya qarşı təsirlidir. Bu problemdən əziyyət çəkənlər daşı yastıq altında saxlamalıdırlar.

*Rəvayətlərə görə, romalı vəkillər kalsedon daşlı boyunbağı taxarlarmış. Onlar həmin boyunbağının məhkəmədə qələbə qazanmağa kömək etdiyinə inanırlarmış.

*Kalsedon zehni qüvvətləndirir, beyinin yaşlanmasının qarşısını alır.

*Göz ilə bağlı problemləri aradan qaldırır.

*Klimaks dövründə baş qaldıran problemləri azaldır.

*Qadının hamilə qalmaq şansını artırır. Eyni zamanda hamiləlikdə ananın və körpənin sağlamlığına yaxşı təsir edir. Südü artırır. Daşın qadınların səhhətinə təsiri bununla da bitmir. Kalsedon menstruasiya zamanı baş verən ağrı, halsızlıq kimi halların da qarşısını alır. Təbii ağrıkəsicidir. Məsələn, ağrıyan yerinizi kalsedonla masaj etsəniz, təbii ağrıkəsici kimi təsir göstərəcək.

*Boyuna daha güclü təsirə malik olduğundan zob xəstələrinə köməkçi vasitə kimi tövsiyə edilir.

*Həyəcandan və stressdən qaynaqlanan kəkələmənin qarşısını alır.

*Yalançılar kalsedonun köməyilə bu pis vərdişlərini tərgidə bilərlər.

*Kalsedon daşı immuniteti gücləndirir, öskürəyi kəsir, temperaturu aşağı salır.

*Cinsi problemləri aradan qaldırır.

*Diqqəti artırır. Ona görə də, şagirdlərə və tələbələrə tövsiyə edilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm