• USD 1,7000 0,00% EUR 2,0272 +0,13%
    • GBP 2,2760 +0,20% RUB 0,0225 0,00%

İki qadın, nikahdankənar övlad və böyük eşq - VİDEO

  • Layihə
  • 27 Noyabr 2015 17:30
  • 3 378 Baxış
İki qadın, nikahdankənar övlad və böyük eşq - VİDEO

Bir çoxları əslən gürcü olan müğənni Valeri Meladzeni uzun müddət nümunəvi ailə başçısı hesab edib. Artist kübar tədbirlərə həyat yoldaşı İrina ilə birlikdə qatılır, 3 qız böyüdür, həmçinin jurnalistlərə verdiyi müsahibələrdə ailəsini çox sevdiyini deyirdi...

Publika.az-ın “Te Amo” layihəsi çərçivəsində Valeri Meladzenin “Via qra” qrupunun üzvü Alabina Canabayeva ilə sevgi hekayəsi haqqında danışmışıq.

Nümunəvi ailə başçısı

Meladze həyat yoldaşı ilə tələbəlik illərində tanış olub. Valeri etiraf edirdi ki, qız uzun müddət onun sevgi məktublarına məhəl qoymayıb. Qarşılıqsız sevgi əzabı azmış kimi, gələcəyin parlaq ulduzu həddən artıq kasıb idi. Həmin vaxt radiotexnika fakültəsində təhsil alan Meladze yataqxanada yaşayırdı. Lakin məqsədyönlü və iddialı gənc nəticədə, İrinanın qəlbinə yol tapa bilir, hətta onun barmağına nişan üzüyü taxıb evlənməyə də razı salır. Bu hadisələr 1989-ci ildə baş verib.

Meladze Moskvaya köçənə qədər ailəsi ilə heç bir münaqişə yaşamamışdı, lakin Rusiyanın paytaxtına yollanandan sonra ailədə söz-söhbətlər başladı. Məsələ ondadır ki, Valeri Moskvaya köçəndə artıq kifayət qədər populyar idi. Sözsüz ki, onun birdən-birə parlaması ailədə müxtəlif problemlərin yaranmasına səbəb olurdu.

İşlərinin çox olması səbəbindən, əməksevər müğənni doğma ailəsinə əvvəlki kimi diqqət ayıra bilmirdi. Üstəlik, Meladzenin qadın pərəstişkarlarının sayı da durmandan artırdı. Təbii ki, müğənninin qısqanc həyat yoldaşı İrina ərinin bu laqeydliyi ilə barışa bilmirdi. Meladze isə göylərdə uçurdu. Çünki onun karyerası ilə bağlı işlər yağ kimi gedirdi. Fəqət populyarlıq Meladzeyə yaxşı təsir etmirdi, onun ulduzu parladıqca həyat yoldaşına olan hissləri də zəifləyirdi.

İşdə məhəbbət

Bir dəfə Meladzenin musiqi kollektivinə bek-vokalçı kimi Albina Canabayeva adlı gənc və istedadlı ifaçı qəbul olunur. Albina Meladzenin ailəli olduğunu gözəl bilsə də, ona olan hisslərini gizlətmirdi. Əksinə, müğənni ilə yaxın münasibət qurmağa çalışırdı. Heç Meladzenin özü də gözəl və gənc ifaçıya qarşı biganə deyildi... Bir sözlə, Albina müğənnini tovlayıb ondan qeyri-rəsmi uşaq dünyaya gətirir. Onların birlikdə işləməsi də, münasibətlərinə ancaq yaxşı təsir edirdi.

Albina Meladzenin musiqi kollektivində işə başladıqdan 2 il sonra analıq məzuniyyətinə çıxır. Mətbuat onun ailəli olmadığından xəbərdar idi. Üstəlik, müğənni bir dəfə də olsun, sevgilisi ilə ictimaiyyət arasında görünməmişdi.

Uşağın kimdən olması su kimi aydın idi. Bütün rus mətbuatı bu haqda danışmağa başladı. 2004-cü ildə oğlunun doğumundan sonra cütlüyün münasibətləri haqqında söz-söhbət daha da artdı. Gənc ana yeni doğulmuş körpəyə Meladzenin qardaşının adını (Konstantin) qoymuşdu.

Məşhur müğənnidən oğul dünyaya gətirən Albina daha Meladzenin bek-vokalçısı kimi fəaliyyət göstərmək fikrində deyildi. Odur ki, Canabaleyeva məzuniyyətdən qayıtdıqdan sonra “Via qra” qrupunda oxumağa başlayır. Bu da təsadüf deyil. Belə ki, qrupun prodüserlərindən biri Valerinin qardaşı Konstantin Meladze idi. Beləcə, bütün düyünlər bir-bir açılır... Şübhəsiz ki, Albina Meladzenin məşuqəsi idi. Amma nə müğənni, nə onun həyat yoldaşı İrina, nə də Albina bu faktı təsdiqləmirdilər.

“Hə, mənim oğlum var!”

Meladze uşağın atası olduğunu 2009-ci ildə etiraf edir: "Hə, mənim oğlum var. Həyat yoldaşım bu hadisədən çoxdan xəbərdardır. Şəhadətnamədə də uşaq mənim soyadımı daşıyır”.

İrina etiraf edirdi ki, uzun müddət diqqətli təhlillərdən sonra belə, baş verənlərə inanmaq istəməyib. O, ətrafda gəzən söz-söhbətlərə fikir verməyərək əri ilə yaşamağa davam edirdi. Yeri gəlmişkən, İrina var qüvvəsi ilə həyat yoldaşı ilə aralarındakı münasibəti qoruyub saxlamağa çalışırdı. O, Meladze ilə Albina Canabayevanın münasibətlərinin yüngül əyləncədən başqa bir şey olmadığına əmin idi. Müğənni özü də belə düşünməyə əsas verirdi. Çünki artist mətbuata hər şeyi etiraf etsə də, həyat yoldaşından boşanmağa tələsmirdi. Məsələn, Meladzenin yaxınlarının bildirdiyinə görə, "Параллельные" kompozisiyası da müğənninin iki qadın arasında seçim edə bilməməsi haqqındadır.

Bundan başqa, o, vaxtının çox hissəsini qızları ilə birlikdə keçirirdi. Ulduz rəsmi şəkildə boşanmamasını bununla izah edirdi ki, əgər münasibətlər artıq qırılıbsa, kağız daha heç bir rol oynamır.

Albina Valeri Meladzeni özünə bağlasa da, həyat yoldaşından birdəfəlik ayırmağa 2014-ci ildə nail olur. Bu illər ərzində müğənni əlbəttə ki, həyat yoldaşı ilə görüşmürdü. Amma Albina ilə çəkilmiş şəkilləri bütün qəzet və jurnalların səhifələrini bəzəyirdi.

2014-ci ildə İrina hər şeydən bezərək sərt mövqeyini göstərir. Aldadılmış qadın ərindən qisas almaq üçün əmlakın bölünməsini tələb edir, həmçinin, uşaqları üçün aliment də tələb edir.

Ömrünün sonuna qədər məhəbbətə nifrət edən qadın başına gələnləri iyrənc hadisə adlandırmışdı.

“Hiylə və riyakarlıqdan zəhləm gedir. Uzun illər məni əhatə edən çirkab və yalana qarşı allergiyam var. Bu həyatı daha davam etdirə bilmərəm”.

İyirmi illik nikahdan sonra cütlük məhkəmə zalında görüşür və rəsmi şəkildə boşanır...

Yeni həyat

Albina isə bütün olanlara səbirlə dözürdü. Yeri gəlmişkən, qeyd edək ki, Valeri Meladze həyat yoldaşından boşananda Albina artıq ikinci dəfə ana olmağa hazırlaşırdı. Lakin Albina vəziyyəti şərh etməkdən qəti surətdə imtina edirdi. Jurnalistlərin suallarından təngə gələn müğənni sevgilisinin ikinci dəfə hamilə olduğunu özü etiraf etməli olmuşdu:

“Burada pis nə var axı? Biz normal adamlarıq və dünyaya daha bir insan gələcək. Niyə bu xəbərdən sensasiyaya düzəldirsiniz?!”

O da maraqlıdır ki, Valeri Meladze ilə 10 ildən çox məhəbbət macərası yaşayan Albina şəxsi həyatı barədə bir dəfə də olsun, danışmırdı. Cütlüyün münasibətlərinin ciddi olduğu haqqında yaraşıqlı müğənni özü danışmışdı.

Əlbəttə, pərəstişkarları Meladzeni həyat yoldaşına xəyanətə görə tənqid edirdilər. Lakin Albina təhqirlərə daha çox məruz qalmışdı. Çünki ailənin dağılmasında məhz o, günahkar hesab edilirdi.

Sevdiyin qadının təhqir edilməsinə razı olmayan Meladze od püskürürdü:

“Bütün bunlar məni bezdirib! Dünyada o qədər boşanan cütlüklər var ki... Niyə mənə belə zülm edirlər?” .

Albina isə öz ünvanına deyilən bütün ittihamları sakit qəbul etsə də, sonda, özünü müdafiə etməyə məcbur qaldı:

"Əgər münasibətlər dağılıbsa və insanlar daha bir yerdə yaşa bilmirsə, ayrılmalıdırlar. Nədənsə heç kim səhvi özündə deyil, üçüncü şəxsdə axtarır...”

Valeri baş verənlərə baxmayaraq, bütün uşaqlarına mümkün qədər vaxt ayırmağa çalışır. Özü də o, qızlarını əsasən əzizləyir, oğlanlarla isə tərbiyədə daha ciddi strategiya işlədir.

Valeri və Albinanın ikinci oğlu 2014-ci ilin iyul ayında dünyaya gəlib. İndi müğənnin iki varisi var. Valideynlər uşağa Luka adını qoyublar. Bu ad yunan və latın dilindən tərcümədə işıq deməkdir. İfaçı uşağına bu adı qoymasını belə izah edib: “Mən ona baxan kimi dərhal başa düşdüm ki, bu, çox işıqlı uşaqdır”.

İndi ən çətin günlər arxada qalıb. 10 ildən çox 2 qadın arasında seçim edən Valeri də özünü xoşbəxt hiss edir. Valeri və Albina oğullarını böyüdür, hər ikisi solo karyerası üzərində fəal işləyir, müxtəlif şəhərlərdə konsert proqramları ilə çıxış edirlər. Albina həm musiqi yazmaqla məşğul olur, həm də veriliş aparır. Uzun mübarizə nəticəsində Canabayeva Meladzenin tamamilə ona məxsus olmasına nail olur. İndi o, məhəbbət haqqında verilən suallara əvvəlki tək sərt reaksiya vermir, əksinə gülümsəyir:

“Əgər nəyin uğrunda mübarizə apardığınızı bilirsinizsə, hər cür çətinlikləri dəf etmək olar!”

Onun fikirləri ilə razılaşmamaq mümkün deyil. Bu qadın nə dediyini yaxşı bilir...

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR