Layihə
Qızılı saçlı gözəlin stil sirləri – FOTOLAR/VİDEO
Türkiyənin istehsalı olan serialları izləməyi sevirsinizsə, böyük ehtimalla "Kiralık aşk" ("Kirayə eşq") da diqqətinizdən yayınmayıb. Böyük izləyici kütləsi toplayan serialda ən çox Dəfnə obrazı diqqət çəkir.
Bu obrazı daha öncə "Öyle bir geçer zaman ki" ("Elə bir keçər zaman ki"), "Kurt Seyit ve Şura" ("Qurd Seyit və Şura") kimi məşhur seriallarda rol alan aktrisa Elçin Sanqu canlandırır. Aktrisa serialın yayımlanmağa başladığı ilk günlərdən etibarən gözəlliyi ilə yanaşı, stili ilə də diqqət mərkəzindədir.
Hətta bu yaxınlarda "ən şıq geyinən serial obrazı" nominasiyası üzrə "Qızıl kəpənək" mükafatına layiq görülüb.
Bununla bərabər, Türkiyənin tanınmış media qurumlarından birinin apardığı sorğuda iştirak edən 19 min 500 nəfərin yarıdan çoxu Elçin Sanqunu ən şıq qadın hesab edib.
Bütün bunları nəzərə alıb, gözəl aktrisanı Publika.az-ın "Onların stili" layihəsinə qonaq edirik.
Sizin üçün Elçin Sanqunun stil və gözəllik sirlərini araşdırdıq.
Təvazökar gözəl
Ancaq əvvəlcə Elçinin gözəlliyə münasibətini öyrənək. Otuz yaşı olmasına baxmayaraq, gənc qız kimi görünən Elçin Sanqu gözəllik mövzusunda təvazökardır:
"Ekrana çıxdığımız üçün gözəllik istər-istəməz əhəmiyyət təşkil edir. Mənə qalsa, gözəl görünmək vecimə olmaz. Hamı özünü bəzən seksual, bəzən də məsum hiss edir. Mən isə çox vaxt şirin və sevimli olduğumu düşünürəm. Zənnimcə, kişilərin də ən çox bəyəndiyi qadın tipi budur".
Aktrisa qadının ən böyük silahının ağıl olduğunu düşünür:
"Qadını cazibədar göstərən onun zəkasıdır. Üstəlik, davranışı, mimikaları və hərəkətləri qadını seksual göstərə bilər. İnanılmaz dərəcədə gözəl olmağa ehtiyac yoxdur. Qadın baxışları, enerjisi ilə hamını özünə cəlb edə bilər. Yəni seksuallıq, sadəcə, üz və bədən gözəlliyi ilə əlaqəli deyil".
Estetik əməliyyat etdirib?
Məşhur gözəllərin çoxu haqqında içimizdə şübhələr var. Onların çoxunun gözəlliyini məhz makiyaja və ya estetik əməliyyatlara borclu olduğunu düşünürük. Ancaq bəzən reallıqla barışmaq lazım gəlir. Elçin Sanqunun burun və dodaq əməliyyatı etdirdiyi deyilsə də, bunun yalan məlumat olduğu sonradan məlum oldu.
Buna baxmayaraq, o, estetik əməliyyata qarşı deyil:
"İnsan təbii gözəlliyini itirməyəcəksə, estetik əməliyyat etdirə bilər. Ancaq sifət quruluşun dəyişməməlidir. Hər birimiz yaşlanırıq, heç kim daş kimi qalmayacaq. Müəyyən yaşdan sonra estetik əməliyyat olmadan gözəl qalmaq mümkün deyil".
Məryəm Üzərliyə rəqib olan qızılı saçlar
Elçin Sanqunun ən diqqət çəkən xüsusiyyəti qızılı saçlarıdır. Çoxları onu ötən illərə damğa vuran Məryəm Üzərli ilə müqayisə edir. Ekranlardan uzaq qalan Məryəmin yerini Elçin Sanqu doldurur. Bu gənc və gözəl xanımın şöhrəti heç də Məryəmdən geri qalmır.
Aktrisa hər fürsətdə saçlarını boyatmadığını, qızılı saçlarının təbii olduğunu bildirir. O, müsahibələrindən birində saçlarının qeyri-adi rəngi ilə bağlı bunları deyib:
"İzmirdə doğulub böyümüşəm. Amma milliyyətim çərkəzdir. Ailəmdə məndən başqa qızılı saçı olan yoxdur. Deyilənə görə, ulu babalarımın hamısının saçı belə olub".
Lakin bu açıqlamalara inananların sayı xeyli azdır. Çoxları Elçin Sanqunun ekranlarda görünən parlaq rəngli saçlarını xüsusi boya vasitəsilə əldə etdiyini düşünürlər.
Söz-söhbətə səbəb olan ağappaq dəri
Aktrisanın qüsursuz, ağappaq dərisi ilə bağlı da dedi-qodular yayılıb. Onun "Instagram"da paylaşdığı şəkillərdə də ekrandakı tək gözəl görünməsinə baxmayaraq, söz-söhbətlər səngimək bilmir. Onun gözəl dərisini lüks tonal kremlərə borclu olduğu iddia edilir. Ancaq serialın rejissoru məsum, saf və səmimi Dəfnə obrazına məhz Elçin Sanqunun seçilməsini onun təbii gözəlliyi ilə əlaqələndirir.
Mənalı baxışlar, "şirin" yanaqlar
Elçin Sanqunun təbii makiyajı o qədər bəyənilir ki, bir çox "youtuber" onun makiyaj tərzini yamsılamağa çalışır və aktrisa kimi görünmək istəyənlərə ipucları verirlər.
Elçinin makiyajı qış aylarına uyğundur. Odur ki, bu yazını oxuduqdan dərhal sonar onu tətbiq edə bilərsiniz. Ancaq öncədən qeyd edək ki, Elçin Sanqu makiyajının sizə yaraşması üçün dərinizin ağ olması mütləqdir.
Aktrisanın makiyajında ən çox diqqətçəkən detal kölgəli gözlər və xəfif qızarmış yanaqlardır. Elçinin gözlərindəki məna ona əsl qadınlıq bəxş edərkən, yanaqları onu şirin bir qız uşağı kimi göstərir. Bu effektin əldə olunması üçün onun gözlərinə qəhvəyi və ya yaşıl göz kölgəsi çəkilir. Gözləri ön plana çəkmək üçün laynerdən istifadə olunur. Alt kirpiklər də göz kölgəsi və laynerlə vurğulanır. Süni kirpikdən istifadə olunmur. Ancaq bol miqdarda tuş çəkilir. Yanaqlarda isə şaftalı və açıq qəhvəyi rənglərdə olan ənliklərdən istifadə edilir. Şaftalı, açıq çəhrayı və ya bej rəngli dodaq boyası çəkilir. Haylayterlə almacıq sümükləri, qaş altı, dodaqların və burnun üstü vurğulanır. Bu makiyaj həm gündəlik, həm də gecə üçün uyğundur. Dodaq boyasının rəngini tündləşdirərək xüsusi gecələrdə də eyni makiyaj stilinə müraciət etmək olar.
Aşağıdakı videoya nəzər salaraq bu makiyaj stilinin detallarını öyrənə bilərsiniz.
Şıq və zərif
Aktrisanın geyim stilini iki kateqoriyada araşdırmaq olar: gündəlik rahat və şıq gecə stili.
Elçin Sanqunu həm ekranda, həm də real həyatda idman stilində, rahat geyimlərdə görmək mümkündür. Gündəlik həyat üçün nəzərdə tutulan bu geyim tərzində rəng uyğunluğu gözlənilmək şərtilə, rahat kofta və şalvarlar, şortlar ön plandadır.
Xüsusi gecələrdə isə Elçin Sanqu saç rənginə yaraşdığı üçün yaşıl, göy, solğun mavi, ağ, qəhvəyi, qırmızı kimi rənglərə üstünlük verir. Tulumlar, midi və mini donlar, ipək köynək və iri şıq çantalar diqqət çəkir.
Aktrisa kombinlərini kiçik aksessuarlarla tamamlayır. İri sırğalar, diqqətçəkən boyunbağılar və ya üzüklər onun stilinə uyğun deyil. O, ilk baxışda diqqət çəkməsə də, stilini tamamlayan xırda detalları sevir.
Topladığımız fotolara baxaraq, son günlərin ən dəbli qadınından ilham ala bilərsiniz:
Ləman Sultan
-
Magazin106:16"Mehmed Fetihler Sultanı" ilə bağlı qərar
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA



















.png)
.jpg)













