Gözəl aktrisanın ərindən ETİRAF: “Evlilikdən sonra...” FOTOLAR
Bizi izləyin

Layihə

Gözəl aktrisanın ərindən ETİRAF: “Evlilikdən sonra...” FOTOLAR

Gözəl aktrisanın ərindən ETİRAF: “Evlilikdən sonra...” FOTOLAR

Bacarıqlı aktyor, yaxşı həyat yoldaşı və ata… Bəli, Onur Saylakdan bəhs edərkən məhz bu ifadələrdən istifadə edilir. Aktyor atdığı hər addımla bu sözlərə layiq olduğunu sübut edir.

2015 onun ili oldu. Belə ki, "Hatırla Gönül" ("Xatırla, könül") serialında canlandırdığı aşiq rolu hər kəs tərəfindən çox bəyənildi. Həmçinin, rejissorluğunu etdiyi "Orman" ("Meşə") adlı qısametrajlı film festivallarda tənqidçilərin rəğbətini qazandı. Bu həftə təqdim edilən "Rüzgarın Hatıraları" ("Küləyin xatirələri") adlı filmindəki performansı da tamaşaçıların ürəyincə oldu.

Bütün bunları nəzərə alan "Hürriyət" qəzeti Onur Saylakdan müsahibə alıb. Yaraşıqlı aktyor yalnız gündəmdəki layihələrindən deyil, o cümlədən, həyat yoldaşı Tuba Böyüküstün və əkiz qızları ilə münasibətlərindən danışıb.

Aktyorun səs-küyə səbəb olan müsahibəsini Publika.az-ın "Şirin söhbət"ində oxuya bilərsiniz.

- "Rüzgârın Hatıraları"nda canlandırdığınız erməni şair Aram fikirlərinə görə, təhdid edilib, yaşadığı şəhərdən getməli olub. Bunlar günümüzün siyasi olayları ilə uyğun gəlir?

- Bunlar təkcə indiki dövrdə deyil, insanlığın var olduğu gündən bəri bir-birimizə qarşı etdiyimiz davranışlardır. Çünki məlumatlı olmaq güc göstəricisidir, lakin bu, həm də lənət deməkdir. Bu tip insanlar hər cəmiyyətə uyğunlaşa bilmir.

- Siz fikirlərinizi azad şəkildə ifadə edə bilirsiniz?

- Təbii ki. Ancaq dünyada dinclik bərqərar olmadığı müddətdə narahatlığım davam edəcək, lakin bu hiss qorxuya çevrilməməlidir. Daxili senzura tətbiq etdiyin an hər şey bitir.

-Sizinlə axırıncı dəfə söhbətləşəndə demişdiniz ki, "Qadağalar məni aktyor olduğum üçün yox, insan olduğum üçün qorxudur". Həmin qorxu hissi hələ də qalırmı?

- Bəli. Kim qadağalar qoyan zehniyyətlə yaşamaq istəyər? Mən atayam, insan yetişdirirəm. Görürəm ki, nəyisə qadağan edəndə ona qarşı olan maraq daha da artır.

- Əkiz qızlarınızın gələcəyi ilə bağlı narahatlıq keçirirsiniz?

- Hamı narahatdır. Dünyadakı 7 milyard insan gələcək barədə narahatlıq keçirir. Dünya çox qələbəlikdir, bu vəziyyət təbiətin qanunlarına ziddir. Ötən gün oxudum ki, dünyada 12 milyard insana kifayət edəcək qədər qida istehsal edilir. Ancaq insanların yarısı acdır. Bu da insan arsızlığının nəticəsidir.

-Türkiyənin indiki vəziyyətini necə şərh edirsiniz?

-Bu ölkədə bərabər yaşamaq, bölüşmək məcburiyyətindəyik. Gedəcək yerimiz yoxdur, buranı yaxşı yaşaya biləcəyimiz bir yerə çevirməliyik.

- Ölkədəki problemlərin həllini nədə görürsünüz?

- Çox demirəm, yanımızdakıları bir az fikirləşə bilsək, bütün problemlər aradan qalxacaq. Çünki vicdan və ağıl yan-yana gələndə həlli tapılmayan problem qalmır. İnsan neçə min ildir ki, dünyadadır. Ancaq yenə də ilk gündəki problemlərlə əlləşirik. Texnologiyanın inkişafı, kapitalizm bu problemləri daha da artırır. Ona görə də, insan öz daxilinə nəzər salmalı və həyatdakı məqsədlərini, niyə yaşadığını bilməlidir.

- Bir az da layihələrdən danışaq. İkinci dəfədir ki, rejissor Özcan Alperin filminə çəkildiniz. Sizin üçün onu digər rejissorlardan fərqləndirən xüsusiyyət hansıdır?

- Fərq onun burnundadır. İkimizin də burnu böyükdür, bir-birimizi ələ salırıq.

- Filmdə həyat yoldaşınız Tuba Böyüküstünlə birlikdə rol almısınız. Eyni çəkiliş meydanında olmaq necə hiss idi?

- Əslində, eyni çəkiliş məkanında deyildik. Mənim işim bitəndə, onun işi başlayırdı. Demək olar ki, bir-birimizin üzünü görmürdük.

-"Orman" adlı qısa film çəkdiniz. Bu ilk rejissorluq təcrübəniz idi. Qısa film çəkmək fikri ağlınıza haradan gəldi?

-Filmin əsas mövzusu qaçqınlardır. Davamı da gələcək.

- O filmdə həyat yoldaşınız da rol aldı. Rolu qəbul etməmək şansı var idi?

- Biz həyat yoldaşı olsaq da, iş mövzusunda peşəkarıq.

-Gördüyünüz işlərdən çox həyat yoldaşınızla çəkilməyinizin səs-küyə səbəb olması sizi narahat edir?

-O tip xəbərləri oxumuruq. İnsanlar bizim ailə olduğumuzu başa düşməlidir. Təəssüf ki, dedi-qodunu sevən ölkəyik. Başqalarının bədbəxtliyindən xoşbəxt olanlar var. Bunlar bizim ailəyə təsir etmir.

- 40 yaşa yaxınlaşırsınız. İllər həyatınızda nələri dəyişdi?

-Daha rahatam. Dincliyə və xoşbəxtliyə ehtiyacım artıb. Ata olduqdan sonra çox dəyişdim, indi daha sakitəm. İşimə, ailəmə, həyat yoldaşıma və qızlarıma qarşı sevgim böyükdür. Hazırda həyatımın ən gözəl dövrünü yaşayıram.

- Əkiz qızlarınız və həyat yoldaşınız… Evdə 3 qadınla ilə yaşamaq çətin deyil?

- Çətindir. Səhərlər evdən çıxanda onları tələsdirməkdən yoruluram. Saç aksessuarları, koftalar seçilir, saçlar daranır. Demək olar ki, 1 saat qapıda gözləyirəm.

- Üçüncü uşaq haqqında düşünürsünüz?

- İki uşağa baxmaq əvvəllər çətin idi. İndi böyüyüblər. Bəlkə, daha bir uşaq istədik.

- Evlənib övlad sahibi olduqdan sonra eşq öz formasını dəyişir? Ehtiras ölmür ki?

- İki bədən bir-birini istəyəndən sonra eşq yox olmaz. Bu evlilik dövrünü necə keçirdiyimizlə bağlıdır.

- Siz necə keçirirsiniz?

- Biz hələ də azadıq. O da, mən də ayrı-ayrı dostlarımızla vaxt keçiririk. O, istədiyi layihədə yer alır. Həyatımıza iki kiçik qızın daxil olmasından başqa evlilik bizdə heç nəyi dəyişməyib. Evləndikdən sonra eşqdən vaz keçməməlisən. Biz Tuba ilə eşqimizi hələ də ilk gündəki kimi yaşayırıq.

- Tuba xanımın saçlarını kəsdirməsi sizin fikriniz idi?

- Özü qərar verdi. Qısa saçı xoşlayıram, onu dəstəklədim. Uzun müddətdir ki, saçları uzun idi, kəsdirmək istəyirdi. Məncə, ona yaraşdı.

- Eşq sizin üçün nə ifadə edir?

- Eşq mənim üçün həyat deməkdir.

- Bəs, həyat?

- Həyat mənim üçün Tubadır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm