Layihə
Yunan əsatirlərindən gələn gözəllik - FOTOLAR
Zümrüd, almaz kimi qiymətli, opal, əqiq kimi yarıqiymətli daşlar haqqında az-çox məlumatlıyıq. Ancaq elə daşlar da var ki, həm füsunkar rəngləri, həm də şəfalı xüsusiyyətlərinə görə, adlarını sadaladıqlarımızdan geri qalmasalar da, populyarlıq qazana bilməyib. O daşlardan biri də kyaniddir.
Publika.az-ın "Mücrü" layihəsində bu dəfə məhz kyanid daşı haqqında maraqlı məlumatlar toplamışıq.
Yunan əsatirlərindən gələn daş
"Kyanid" yunan sözüdür. Bu daş öz adını yunan əsatirlərindən götürüb. Mənası "göy rəng" deməkdir. Bu rəngi ona tərkibindəki alüminium verir. Kyanid deyəndə fikrimizə göy rəngli daş gəlsə də, onun müxtəlif rənglərdə olan növləri də mövcuddur. Təbiətdə qara, qəhvəyi və yaşıl rəngli kyanid tapmaq mümkündür.
Möhkəmliyinə görə dəyər qazandı
Kyanid daşı həddən artıq möhkəmdir. Bu səbəbdən, bu daşı formaya salmaq çox çətindir. Kyanid daşı elə bahalı olmasa da, ondan hazırlanan zinət əşyaları kifayət qədər bahalı qiymətə satılır. Bu da daşın formaya salınmasının zəhmət tələb etməsi ilə bağlıdır.
Kyanid rəqabəti
Braziliya, İsveç, Avstraliya, ABŞ kimi ölkələr kyanid yataqları ilə zəngindir. Bu daşın ilk öncə hansı tarixdə, hansı bölgədə çıxarıldığı haqqında dəqiq məlumat yoxdur. Son illər kyanid istehsalında ən çox Braziliya canfəşanlıq göstərir. Daşdan hazırlanan zinət və bəzək əşyaları kifayət qədər baha qiymətə satıldığı üçün kyanid ehtiyatı olan ölkələr arasında, sözün əsl mənasında, böyük rəqabət yaşanır.
Bununla yanaşı, bazara çıxarılan kyanidlərin çoxu saxta olur. Kyanid alarkən daşlardan anlayışı olan biri ilə məsləhətləşmək lazımdır. Mütəxəssislərin fikrincə, bir dəfə orijinal kyanid görmüş adam onun saxtasını dərhal anlaya bilər.
Hər iki cinsin göz bəbəyi
Kyaniddən həm qadınlar, həm də kişilər üçün müxtəlif bəzək və zinət əşyaları hazırlanır. Kişilər üçün, əsasən, üzüklərin və təsbehlərin hazırlanmasında istifadə edilir. Xanımlar isə kyaniddən olan üzük, boyunbağı və sırğalara üstünlük verir.
Kyanid son illər daha çox tanınmağa başlayıb. Bunun da səbəbi Hollivud ulduzlarının ondan hazırlanan zinət əşyaları ilə görüntülənmələridir. Düzdür, bu daşı qırmızı xalıda çox nadir hallarda görsək də, bir çox ulduz gündəlik həyatda məhz bu daşdan istifadə edir. Cins və ümumiyyətlə, idman tərzi ilə uyğunlaşan mavi və qara rəngli kyanid daşı ulduzların diqqət mərkəzindədir.
Şəfa saçan daş
Bütün qiymətli və yarıqiymətli daşlar kimi kyanid də şəfalı xüsusiyyətlərə malikdir. Bu daşın ən böyük üstünlüyü insana sükunət bəxş etməsidir. Kyanid insanın daxili dinclik tapmasına kömək edir. Qədim zamanlardan bəri şans daşı olaraq adlandırılan bu qiymətli daşın həm də nəzərdən qoruduğu deyilir.
Kyanid neqativ enerjini pozitivə çevirdiyi üçün mənfi enerjini də dəf edir. Ruhu qidalandırır, mənəvi baxımdan yüksəlməyə yardım edir.
Həddən artıq həssas olanlar bu daşdan istifadə edərək hisslərini cilovlaya bilər.
Əsəbi insanlar da kyanidə müraciət etməlidir. Bu daş həmçinin, şagird və tələbələr, ümumiyyətlə, zehni işlə məşğul olanlar üçün də əhəmiyyətlidir. Kyanid zehni qüvvətləndirir, yaddaşı yaxşılaşdırır, ağıllı qərarlar qəbul etməyə təkan verir.
Bəzi qədim inanclara görə, kyanid xoşbəxtlik gətirir. Onun özünə inamı artırdığı, stressi azaltdığı, depressiyanı aradan qaldırdığı söylənilir. Bunun üçün 5-10 santimetr böyüklüyündə olan daşı şalvar və ya pencəyin cibində gəzdirmək lazımdır. Kyanidlə bəzədilmiş zinət əşyaları taxmaq isə daha təsirli hesab edilir.
Bir daşla bir çox problemdən xilas ol!
Kyanidin digər faydalarını isə belə sıralamaq olar:
*Spazmanı aradan qaldırır.
*Burun tutulmasının qarşısını alır.
*Ünsiyyət qurmağı asanlaşdırır.
*Travmaların unudulmasına kömək edir.
*Qan təzyiqini aşağı salır.
*İnfeksiyalara yoluxmağa qoymur.
*Əzələ sistemi üçün faydalıdır.
*Boğaz və beyinlə bağlı xəstəliklər zamanı yaxşı təsir edir.
Yuxunu kontrol et!
Kyanid yuxuya getməyi asanlaşdırır. Səhərlər yuxudan ayılanda pozitiv enerjili olmağa kömək edir. Bununla yanaşı, pis yuxulardan, qarabasmalardan qoruyur, üstəlik, görülən yuxuların yadda qalmasına da səbəb olur. Daşın bu faydalarından yararlanmaq üçün onu yatmazdan öncə yastığın altına qoymaq lazımdır.
Buğa və qoç bürclərinə qadağa!
Əsas xüsusiyyəti dinclik bəxş etmək olduğu üçün bu daş, demək olar ki, bütün bürclərə uyğundur. Ancaq Buğa və Qoç bürcü altında dünyaya gələnlərə kyaniddən istifadə etməmələri məsləhətdir. Bu daşın Buğa və Qoç bürcünün insanlarına neqativ enerji verdiyi deyilir.
Daşın təmizlənmə qaydası
Bir çox mütəxəssis kyanidin digər daşlardan fərqli olaraq təmizlənməyə ehtiyac duymadığını deyir. Onların sözlərinə görə, daş öz-özünü təmizləyir. Üstəlik, neqativ enerjini pozitivə çevirdiyi üçün onu mənfi enerjidən təmziləməyə ehtiyac olmur. Lakin hər ehtimala qarşı, daşı ayda bir dəfə təmizləmək olar. Bunun üçün onu axar su altında beş dəqiqə saxlamaq kifayət edəcək. Duzlu ya da sirkəli suda on dəqiqə saxlamaq da eyni effekti verəcək. Əgər kyanid daşı zinət əşyasının üzərindədirsə, onu sirkəli su ilə silin.
Ləman Sultan
-
ABŞ08:30Pentaqon rəsmilərinin həftəsonu planları ləğv edildi - İrana hücum başlayır
-
ABŞ07:55Nyu-Yorkda dəhşətli partlayış - Ölən və çoxlu sayda yaralı var
-
Nəqliyyat07:35İctimai nəqliyyatda ödənişlə bağlı yeniliklər olacaq - Video
-
Magazin105:45Hüseynin yeni “Lamborghini”si - Foto
-
ABŞ05:15Trampdan oğlunun toyu ilə bağlı daha bir açıqlama
-
Qoroskop01:20Günün ulduz falı: hədəflərinizi dəqiq müəyyənləşdirin!
-
Magazin122 May 21:27"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti
-
Ekologiya22 May 20:26Qeyri-sabit hava bu tarixədək davam edəcək - Proqnoz













.jpg)





















