Bərgüzar Korelin valehedici ziyafət libasları – FOTOLAR
Bizi izləyin

Layihə

Bərgüzar Korelin valehedici ziyafət libasları – FOTOLAR

Bərgüzar Korelin valehedici ziyafət libasları – FOTOLAR

Bütün türk və ərəb dünyası bu qadına pərəstiş edir. O, heyrətamiz dərəcədə gözəl xanımdır. Bərgüzar Korel Türkiyənin ən gözəl aktrisalardan biri olmaqla yanaşı, ən zövqlü ulduzlar cərgəsinə daxildir.

Publika.az-ın “9 Don” layihəsi bu sayında 33 yaşlı aktrisanın geyim tərzini təhlil edib.

İncə zövq duyumuna malik olan gözəl aktrisanın özünəməxsus üslubu var. O, gündəlik həyatda dağınıq və rahat geyinməyi sevsə də, qırmızı xalı mərasimlərinə ciddi hazırlaşır və heç zaman dəb xətasına yol vermir. Türkiyənin tanınmış dəb tənqidçiləri, o cümlədən, Özgür Mansur, Tuvana Büyük Çinar, Arzu Kaprol, Nur Yeşiltaş kimi modelyerlər onun geyim üslubunu yüksək qiymətləndirir.

Lakin Bərgüzarın üslubu trendlərdən asılı deyil, o, bir qayda olaraq, zərifliyini vurğulayan üsluba üstünlük verir, eyni zamanda, klassik dəb qaydalarından qaçır və aktual obrazlar yaradır. Bir çox moda tənqidçiləri bildirirlər ki, Bərgüzarın geyim tərzi zərif və dəqiqləşdirilmiş, əsl şıq qadın üslubudur. Onların fikrincə, Bərgüzar Korel həm zərif donları, həm də cəsarət tələb edən dekolteli libasları özünə yaraşdırmağı bacarır və onları öz üzərində mükəmməl şəkildə nümayiş etdirir.

Aktrisa qırmızı xalı mərasimləri üçün, adətən, özəl geyim sifariş verir və mütləq stlistlərlə məsləhətləşir. Dizayner paltarları və dəbdə olan hər bir şey Bərgüzarın ifasında maraq doğurur. Onun cazibədar təbəssümü ilə müşayiət olunan bütün çıxışları müzakirələrə səbəb olur.

Xüsusi vurğulamaq lazımdır ki, aktrisanın bədən quruluşu imkan verdiyi üçün o, istənilən fasonu özünə rəva görə bilir. Lakin Bərgüzar çox vaxt döşəməyə qədər uzanan nəfis libaslar seçir və bütün hallarda əsrarəngiz görünür. Bir sözlə, onun öz zövqü ilə öyünməsi üçün kifayət qədər haqqı var.

Tanınmış italyan brendi “Emilio Pucci” Bərgüzarın ən çox sevdiyi moda evidir. Aktrisanın qarderobunda bahalı markalarla yanaşı, ucuz brendlərə də rast gəlmək olar. Məsələn, o, tanınmış demokratik brendlərin qeyri-standart geyimlərini qarışdıraraq dəb tənqidçilərini təəccübləndirir. Lakin B. Korel müsahibələrinin birində heç vaxt dəb ilahəsi olmağa can atmadığını etiraf edib. Bununla yanaşı, aktrisa dəbli görünmək istəyənlər xanımlara müxtəlif detalları və üslubları qarışdırmaqdan qorxmamağı tövsiyə edir. O, hesab edir ki, ideal obrazın yaradılmasında əhval-ruhiyyənin böyük payı var.

Onun üslubunun xarakterik cəhətlərindən biri də ağ, qara və qırmızı rənglərə daha çox üstünlük verməsidir. Fotolara da nəzər salsanız, aktrisanın önəmli tədbirlərin əksəriyyətinə bu rəngli libaslarda təşrif buyurduğunu görərsiniz. Məsələn, o, “Altın Kelebek” (Qızılı Kəpənək) mükafatlarının təqdim olunma mərasimində geyindiyi gəlinliyi xatırladan ağ libası və heyrətamiz gözəlliyi ilə göz qamaşdırdı.

O, görünüşündə ən xırda detala qədər hər şeyi düşünür, geyimləri ustalıqla bir-birinə uyğunlaşdırır, bəzək əşyaları ilə eksperimentlər edir. Bəzək əşyalarına gəldikdə, ulduz “Armaggan” zərgərlik evinin zinətləri ilə parıldayır. O, həmişə hər yerdə fərqlənir. Aktrisanın hər stilini ayrı bir sənət əsəri hesab etmək olar. Hətta hamilə olanda da orijinallığını qoruyaraq, tərzinə xələl gətirməməyə çalışırdı.

Bir çox məşhurlar hətta gündəlik həyatda da dikdaban ayaqqabıda gəzir, paparassilərin qorxusundan evdən makiyajsız çıxmırlar. Lakin Bərgüzar Korel bu məsələdə həmkarlarından xeyli dərəcədə fərqlənir. Gündəlik həyatda rahatlığını heç nəyə qurban verməyən Korel makiyajsız gəzməkdən qətiyyən qorxmur.

Bürgüzarın özünəməxsus üslubu onu heç vaxt darda qoymur, əksinə, ona əlavə xal gətirir. Məsələn, hər bir xanımın özünəməxsus geyim tərzi olduğu kimi, saç düzümü də var. Bərgüzar Korel saçını yığmağı sevmir. Gündəlik həyatda üslubunu maraqlı saç aksessuarları ilə tamamlayır. Bir-birindən rəngarəng bandana və çalmaları ilə modapərəstlərin təxəyyülünü də heyrətə salır.

Gecə dəvətlərinə isə retrosayağı saç düzümlərində, yaxud hörüklərdə qatılır. Yeri gəlmişkən, hörüklər aktrisanın məsum gözəlliyi ilə qeyri-adi vəhdət təşkil edir.

Bürgüzar Korel təkrarolunmaz stil sahibi olduğu üçün artıq neçə ildir ki, dəb ikonası hesab olunur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm