Layihə
Andrea Boçelli: “Vecimədirmi? Qətiyyən!” - FOTOLAR
Dünyanın gəlmiş-keçmiş ən istedadlı və ən məşhur tenorlarından biri olan Andrea Boçelli xeyriyyə gecəsi təşkil edib.
"Cartier və Andrea Bocelli" dərnəyinin təşkil etdiyi "Summer Night’s Dream" adlı xeyriyyə gecəsində 100-dən çox ulduz iştirak edib.
Boçelli Forte-dei Marmidə yerləşən öz evində təşkil etdiyi gecədə bağçasına toplanmış ulduzlara qısa konsert verib. Dəvətlilər arasında olan "Hürriyyət" qəzetinin əməkdaşı fürsətdən istifadə edərək, italyan tenordan müsahibə alıb. İfaçı suallara səmimi cavablar verib.
Publika.az-ın "Şirin söhbət" layihəsi sözügedən müsahibəni təqdim edir:
– Son albomunuzda Ariana Qrande və Nikol Şerzinqer kimi pop ulduzlarla ifa etdiyiniz duetlər yer alıb. Opera ifaçısından daha çox "pop ulduzu" olduğunuzu iddia edib, sizi tənqid edənlərin olduğunu bilə-bilə, niyə belə addım atdınız?
– Sözün düzü, bu layihəni illərdir ki, reallaşdırmaq istəyirdim. Film musiqiləri səsləndirmək məni həmişə cəlb edib. Mən nəticədən qürur duyuram. Opera sənətçiləri həmişə tənqidlərə məruz qalıb. Hətta Mariya Kallas belə zamanında tənqid hədəfinə çevrilib. İndiki dövrdə isə zəhərini buraxmaq istəyənlər bir az da çoxalıb. Vecimədirmi? Qətiyyən!
– Bu albomunuzda əsas mahnı kimi "Qladiator" filminin saundtreki olan "Nelle tue mani"ni seçmisiniz. Ancaq klipdə Rassel Krou yox, Con Travolta rol alıb. Buna səbəb nə idi?
– Çünki Con Travolta yaxın dostumdur. Onun eynilə, Maximus kimi qəhrəman olduğunu düşünürəm. Onda romalı generalın ab-havası, sağlamlığı, xarakteri var. Klipi filmə uyğun çəkməyə çalışmışıq.
- Ən böyük konsert zallarında milyonların qarşısına çıxırsınız. Ancaq hələ də səhnə qorxusundan əziyyət çəkdiyiniz deyilir. Bu iddialar doğrudur?
- Etiraf edirəm, bəli, doğrudur. Hətta səhnəyə çıxmaq qorxusu getdikcə daha da artır. Təxminən, 20 ildir ki, səhnələrə çıxıram, ancaq hələ də həyəcanlanıram. Həssasam, nə edim? Özünüzü mənim yerimə qoyun. İllər keçdikcə, dinləyicilərim çoxaldıqca daha da məsuliyyətli olmağa məcburuq. Səhnəyə çıxanda hisslərimi idarə edə bilməkdə çətinlik çəkirəm.
- Luçano Pavarotti deyirdi ki, "Dünyada Boçellinin səsindən daha gözəl səs yoxdur". Pavarotti karyeranızda və həyatınızda necə rol oynayıb?
- Mənim müəllimim və yaxın dostum idi. Ondan texniki məsələlərdə çox şey öyrənmişəm. Ona minnətdaram. Ötən əsrin ən güclü səsi idi. Aramızdan ayrıldığı vaxtdan 8 il keçib, lakin səsi hələ də qəlbimizdədir, yaddaşımızdan əsla silinməyəcək.
- Ən çox hansı mahnıları səsləndirməyi sevirsiniz?
– Mənə elə gəlir, pop musiqidə "Time to say goodbye", operada isə "Turandot"un "Nessun Dorma" hissəsi oxumaqdan bezməyəcəyimi düşünürəm.
- Ən çox kimlərlə duet oxumağı xoşlayırsınız?
- Deyəsən, Selin Dionla duet oxumağı daha çox sevirəm. Çünki çox professionaldır, işini sevir. Operada isə təbii ki, Pavarotti və Plasido Dominqo ilə işləmək mükəmməl idi.
- Evdə həyat yoldaşınız Veronika və qızınız Virciniya ilə birlikdə mahnılar oxuyursunuzmu?
- Bəli. Xüsusilə, Virciniya mahnı oxumağı çox sevir. Hətta özü zövqlü musiqi seçimləri də edir. Yatmazdan öncə ona mütləq Cakoma Puççininin "Tosca"sından "E lucevan le stelle" hissəsini ifa edirəm. Bu əsər onun ən sevimli laylasına çevrilib.
Ləman Sultan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
