Layihə
Çağatay Ulusoy: “O səhnə çəkiləndə çılpaq idim” - FOTOLAR
Əvvəllər model kimi fəaliyyət göstərsə də, "Adını Feriha koydum" serialına çəkildikdən sonra ulduzu parladı. "Medcezir" serialı isə onun pərəstişkarlarının sayını daha da artırdı. İndi o, Türkiyənin ən məşhur aktyorlarından biridir. Söhbət gənc və yaraşıqlı aktyor, qızların sevimlisi Çağatay Ulusoydan gedir.
Son günlər yeni filmi - "Delibal" ilə gündəmdə olan aktyor jurnallardan birinə müsahibə verib.
Çağatayın iş və şəxsi həyatı ilə bağlı detalları öyrənmək istəyirsinizsə, Publika.az-ın "Şirin söhbəti"ni nəzərdən qaçırmayın!
- Bu filmdə sizi əvvəlkilərdən tam fərqli obrazda görürük. Niyə belə risk etdiniz?
- Həyatda iki cür insan var: risk almağı seçənlər və riskdən çəkinənlər. Düzdür, imicim formalaşmışdı, həmin imiclə uzun illər eynitipli işlərdə yer ala bilərdim. Ancaq bu məni mənəvi baxımdan narahat edərdi. Dəyişikliklər xoşuma gəlir. Bundan sonra da belə olacağam. Məsələn, rol üçün "kökəl" desələr, kökələrəm, lazım gəlsə, saçlarımı da qırxdıraram.
- Yeni imicinizdən məmnunsunuz?
- Əvvəl öyrəşə bilmirdim. Saqqalımı bir az seyrəldəndən sonra bəyəndim. İndi bu halımı sevirəm.
- "Delibal" necə ərsəyə gəldi?
- "Medcezir"in ilk mövsümünü çəkirdik. Rejissorumuz Əli Bilginlə münasibətlərimiz çox yaxşı idi. Ona bir film çəkmək istədiyimi dedim. Birlikdə Kərəm Çatayla ("Ay Yapım" şirkətinin rəhbəri - red) görüşməyə getdik. Qısa məsləhətləşmələrdən sonra mənim canlandıracağım obrazın zərb aləti çalacağı müəyyənləşdirildi. Ona görə də bu sahədə dərslər almağa başladım. Bundan sonra da davam edəcəyəm, çünki musiqi alətində ifa çox xoşuma gəlir. Onsuz da gitara çalırdım. Kino üçün 6 ay ərzində 7 kilo kökəldim, saçlarımı uzatdım. Canlandırdığım obrazın psixoloji narahatlığı var. Eyni xəstəlikdən əziyyət çəkən bir neçə nəfərlə görüşüb rola hazırlaşdım.
- Filmdə çoxlu döymələriniz olduğunu görürük.
- Onların hamısı "sticker"dir. Döymə sevirəm, amma hələlik, cəsarətim yoxdur. Filmdə canlandırdığım obrazın 11 döyməsi var. O, döymələri yapışdırmaq çox vaxt apardı. Hətta bəzən hazırlaşmağıma aktrisalardan daha çox vaxt sərf edilirdi.
- Filmdə sözlərini Sezen Aksunun yazdığı "Mutlu sonsuz" adlı mahnını oxuyursunuz. Sezen xanımla tanış olmusunuzmu?
- Bəli, qürur hissi keçirdim. Ona "Sezen xanım" ya da "Sezen abla" deməyimi istəmir, deyir ki, "mənə Sezen de". Mahnı üçün çox gözəl sözlər yazdı. Mən də hiss edərək oxumağa çalışdım. Sezenlə axırıncı dəfə söhbətləşəndə sosial məsuliyyət layihəsi üçün onunla duet oxumağımı təklif etdi. Belə bir təklifə kim yox deyə bilər ki?
- Belə görünür, yaxında albom da çıxaracaqsınız.
- Yox. 16 yaşımdan bəri gitara çalıram. Mahnı ifa etmək də xoşuma gəlir. Ancaq bunu ticarətə çevirməyi düşünmürəm.
- Səhnələrdən birində tamamilə lüt görünürsünüz. Çəkiliş zamanı utandınızmı?
- Səhnə çəkilərkən həqiqətən çılpaq idim. Utanmadım. Çünki obrazın psixoloji narahatlığını vurğulamaq üçün elə bir səhnəyə ehtiyac var idi.
- "Öpüşmə səhnələrində utandım" demişdiniz. Həmin sözlərdən sonra bu açıqlamanız səmimi gəlmir.
- O sözlər bundan 4 il öncə verdiyim müsahibədən götürülüb.
- Tərəf-müqabiliniz Leyla Lidia Tuğutlu sevişmə səhnəsi çəkilərkən özünü gərgin hiss etdiyini deyib. Siz də eyni hissləri yaşadınızmı?
- Şişirdiləcək səhnələr yoxdur. Ailəliklə izlənilə biləcək filmdir. Türkiyədə niyə belə olur, anlamıram. Kiçik bir səhnə filmdən daha çox müzakirə edilir. Mən gərginlik hiss etmədim.
- Siz filmdəki kimi ehtiraslı eşq yaşamısınızmı?
- Belə eşqlər, deyəsən, ancaq filmlərdə olur. Ətrafımdakı cütlüklərdə o ehtirası görməmişəm, özüm də yaşamamışam. Ehtiraslıyam, amma duyğularımı nadir hallarda büruzə verə bilirəm, o da başa düşənə. Münasibətə başlamaq üçün gərək qarşımdakı insanı yaxşı tanıyım.
- Eşq sizin üçün nə ifadə edir?
- Eşq bağlanmaq deməkdir.
- Eşq uğruna fədakarlıq edərsiniz?
- Bilmirəm. İndi elə bir söz deyəcəm, həqiqətən aşiq olanlara, sevənlərə ayıb olacaq. Ona görə də mənə eşqlə bağlı sual vermə.
- Şorgözsünüz?
- Adətən, münasibətlərim uzun müddətli olur. Gözüm çöldə olmur. Birlikdə əylənə bildiyim insanı tapanda onunla münasibətimi davam etdirməyə çalışıram.
- Qadınlar sizi çox seksual hesab edirlər.
- Doğrudan?
- Elə deyil? Tanıdığım bir çox qadın sizinlə tanış olmağı arzulayır.
- Mənə indiyə kimi, "Sən çox seksualsan" deyən olmayıb. Adətən, ailə fərdlərindən biri kimi görürlər. Ekranda gördükləri obrazlar üzündən məni tanış, yaxın biri hesab edirlər. Seksual yox, səmimi olduğum üçün sevirlər.
- Təvazökarlığı bir kənara qoyun. Bir-birindən gözəl qızlar tərəfindən arzulanmaq necə hissdir?
- Mən heç o haqqda düşünmürəm. Ətrafımda çox alternativ olduğunu düşünüb fikrimi qarışdırmıram.
- Necə qadınlar diqqətinizi çəkir?
- Öz ayaqları üzərində dayanan, sağlam, güclü xarakterə malik qadınlar daha çox xoşuma gəlir. Bu xüsusiyyətlərə sadəcə sevgili yox, dost seçərkən də diqqət edirəm.
- Üç aydır ki, Amerikada yaşayırsınız. Oradakı həyatınız necədir?
- 6 ildən bəri Amerikada yaşamağı xəyal edirdim. Santa Monikada qalıram, ikiotaqlı ev kirayələmişəm. Səhərlər oyanan kimi yarıçılpaq halda okeanın kənarında qaçıram. Gələcəkdə Los-Ancelesdən özümə ev almaq istəyirəm. Hətta dostlarımdan biri ilə orada kafe açmağı düşünürük.
- Oradakı dostlarınız Türkiyədə məşhur olduğunuzu bilirlərmi?
- Yox, heç kimə deməmişəm. Qapalı insanam. Orada olanda saatlarla evdə oturub düşünürəm.
Ləman Sultan
-
ABŞ04:14ABŞ-da benzin sürətlə bahalaşır
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO




















.png)
.jpg)













