Layihə
Saç düzümü ilə valeh edən gözəllər - FOTOLAR
Ulduzların stili daim diqqət mərkəzində olur. Ancaq şıq və cazibədar görünmək üçün geyinib-kecinmək kifayət etmir. Gərək təpədən-dırnağa qüsursuz olasan. Bunun sirri isə doğru saç düzümünü tapmaqdır. Hamını özünüzə heyran qoymaq istəyirsinizsə, geyim və makiyajınız qədər, saçlarınızın da möhtəşəm görünməsinə fikir verin.
Publika.az-ın "Onların stili" layihəsində dünyanın ən cazibədar ulduzlarının saç stilini araşdırmışıq. Onlardan ilham almaq öz əlinizdədir. Sadəcə üz cizgiləri və saç rəngi sizə yaxın olan ulduzu seçin və onun stilindən yararlanın. Təbii ki, kiçik aksessuarlarla öz fərqinizi hiss etdirməkdən də çəkinməməlisiniz.
Bleyk Layvli ‐ 70-ci illərin təsirində
Bu il 70-ci illərin stilini əks etdirən saçlar dəbdədir. Saçlara iri dalğalarla həcm verdikdən sonra, öndəki saç tellərini darayıb arxaya toplamaq çox asandır. Həm də belə saç düzümü qadını çox füsunkar göstərir. Bu saç düzümündən istifadə edən ulduzlardan biri cazibədar aktrisa Bleyk Layvlidir. O, təbii gözəlliyini vurğulayan saçları ilə getdiyi hər yerdə baxışları öz üzərində cəmləyir. Eyni effekti siz də əldə edə bilərsiniz. Dəb mütəxəssisləri bu cür saç stilinə üstünlük verdikdə çiyni açıq libas geyinməyi və təbii çalarlarla makiyaj etməyi məsləhət görürlər.
Kendal Cenner – təbii toppuz
Təbii toppuz məşhur model Kendal Cennerin ən sevdiyi saç modellərindən biridir. Çox asan yığılan həmin saç düzümünü hər cür geyimlə uyğunlaşdırmaq mümkündür.
Dəb mütəxəssisləri təbii toppuz modelini həm sarışınlara, həm də əsmərlərə yaraşdırırlar.
Cenna Duan Teytum – at quyruğu
Asan hazırlanan, sadə və şıq saç modellərindən biri də atquyruğudur. Ancaq atquyruğunu ilin trendinə uyğun olaraq aşağıda - boyun kökündə yığmaq lazımdır.
İddialı libaslar geyindikdə yaradılan obrazın balanslaşdırılması üçün bu cür sadə saç düzümlərinə üstünlük vermək məsləhətdir. Həmin saç düzümünü seçən xanımlar makiyaja xüsusi diqqət etməlidirlər. Layner və iddialı çalarlarda dodaq boyası daha şıq görünməyinizi təmin edəcək.
Kiara Ferrani – yarım toppuz
İlin ən populyar saç modeli sözsüz ki, yarım toppuzlar olacaq. Bu saç düzümü həm dəbdəbəli ziyafət gecələri, həm də gündəlik həyat üçün uyğundur.
Moda bloqqeri Kiara Ferrani xüsusilə, moda həftələrinə gedərkən bu saç modelinə üstünlük verir. Sienna Miller, Cennifer Lopez, Eşli Olsen və Keyt Mara kimi ulduzları da bu saç düzümündə qırmızı xalıda görmək mümkündür. Yarım toppuzu əldə etmək üçün saçların yarısını açıq saxlamaq, təpədə isə dağınıq toppuz yığmaq lazımdır.
Nataşa Poli – iri buruqlar
Həm zərif, həm də seksual göstərən saç düzümü əldə etmək istəyirsinizsə, məşhur model Nataşa Polinin saçlarından ilham almalısınız. Yana ayrılmış saçlarda yaradılan iri buruqlar ən sadə geyimi belə dəbdəbəli göstərə bilər. Meqan Foks, Amanda Seyfrid, Kara Delevin və Cessika Alba kimi ulduzlar qırmızı xalı gecələrində bu saç düzümü ilə görünürlər. Həmin modeli seçməli olsanız, mütləq sadə makiyaja üstünlük verin.
Cici Hadid – islanmış düz saçlar
Bu saç düzümünü əldə etmək digərlərinə nisbətən daha çətindir. Çünki saçı islaq göstərən gel və ya spreylərdən istifadə etmək lazım gəlir. Həmin məhsulların keyfiyyətinə fikir vermək önəmlidir. Üstəlik, həddindən az və ya çox istifadə etmək şıqlığınıza kölgə sala bilər.
Təbiiliyi vurğulayan bu cür saç düzümü iddialı libaslarla əla görünür.
Rouzi Hantinqton Uaytli – qısa saçlar
Saçlarınız qısadırsa, populyar model Rouzi Hantinqtondan ilham ala bilərsiniz. Onun dağınıq dalğalarla əldə etdiyi saç modeli hər cür geyimlə uyğunlaşır. Bu saç düzümünə üstünlük verənlər makiyajda torpaq çalarlarını seçməlidirlər.
Ləman Sultan
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu




































