Magazin1
Şəhriyar del Geranidən Vasif Məhərrəmliyə SƏRT CAVAB: “Getsin...”
“Vasif Məhərrəmli haqlıdır. Həqiqətən mənim əqli problemlərim var. Belə olmasaydı, Azərbaycan kimi cəmiyyətdə elmlə, ədəbiyyatla, maarifçiliklə deyil, manıslıqla məşğul olardım”.
Bu sözləri Kulis.az-a açıqlamasında tanınmış şair Şəhriyar Del Gerani müğənni Vasif Məhərrəmlinin onun haqqında səsləndirdiyi sərt tənqidi fikirlərə cavab olaraq söyləyib.
Xatırladaq ki, dünən aparıcı Elgizin təqdimatında ARB kanalında efirə gedən “Səhər-səhər” proqramında müğənni V.Məhərrəmli Şəhriyarı nəzərdə tutaraq belə deyib: “Səməd Vurğundan böyük şairəm deyənin ağlında çatışmazlıq, problem var”.
Şəhriyar Del Gerani daha sonra müğənniyə cavab olaraq aşağıdakıları qeyd edib:
“Kef eləsinlər, cəmiyyət onların cəmiyyətidir. Başda Elgiz olmaqla digər televiziya jurnalistlərinə analoji polemik müstəvilər verin, müzakirə etsinlər. Məsələn, Axundov Füzulini şair hesab etmirdi. İsrail Məmmədovu çağırıb bunu müzakirə etmək olar. Və ya Səməd Vurğun Hüseyn Cavidi şarlatan adlandırmışdı və onun ədəbiyyata dəxli olmadığını demişdi. İbrahim Borçalı ilə də bunu müzakirə etmək olar. Hər şey bir yana, Azərbaycan dilini ana dilim adlandıran, dil mənim namusumdur deyən və bu dildə bütün günü toyxanalarda sağa-sola oxuyub pul qazanan müğənni dostumuza sadə bir test tapşırığı verirəm. Bu tapşırıqdan məharətlə çıxsa, bütün media və oxucuların qarşısında söz verirəm ki, şəxsi avtomobilimi ona hədiyyə edəcəm. Amma siz zəng eləyin ona, səsini də yazın. “Azərbaycan mənim vətənimdir” cümləsini morfoloji təhlilə çəksin. Çox xahiş edirəm, səsini mütləq yazın. Yox, əgər bilməsə, getsin, Baloğlan Əşrəfovun “Ay uçan quşlar” mahnısına təzədən qulaq assın. Eşqlərimlə!”
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc
































.jpg)

