Çelentano yalanı ilə bütün Azərbaycanı aldadan Vaqif HƏR ŞEYİ AÇDI: Dedilər ki, səni...
Bizi izləyin

Magazin1

Çelentano yalanı ilə bütün Azərbaycanı aldadan Vaqif HƏR ŞEYİ AÇDI: Dedilər ki, səni...

Xəbər verdiyimiz kimi, Ukraynada yaşayan müğənni Vaqif Nağıyev bir neçə gün əvvəl italyan müğənnisi Adriano Çelentano ilə duet oxuduğu barədə saytımıza açıqlama vermişdi. Daha sonra isə onun səhnəni bölüşdüyü şəxsin Çelentanonun özü yox, bənzəri Adolfo Sebastyan olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, Vaqif Nağıyev peşmançılığını dilə gətirib üzr istəyib:

“Bilsəydim ki, belə qalmaqal yaranacaq duet ortağımın Çelentano yox, bənzəri Adolfo Sebastiyani olduğunu videoda qeyd edərdim. Bir müddət İtaliyada yaşamışam, uşaqlıqdan Çelentanonun fanatıyam, onun haqqında bütün məqalələri oxuyuram. O, 10 il əvvəl açıqlama verib ki, artıq oxumayacaq. Adolfo Sebastyani onun adından istifadə edərək konsert turlarına çıxar. Bu, mənim üçün standart məlumat idi. Düşünmədim ki, insanlar videodakı şəxsin Adriana Çelentano olduğunu zənn edər. Çelentanonun sənətinə bələd olan hər kəs bilir ki, Adolfo onun bənzəridir. Əslində, sizdən və bir neçə jurnalistdən üzr istəyirəm ki, anlaşılmazlıq oldu.

Azərbaycanlı həmkarlar məni tənqid edir ki, guya özümü reklam etmişəm. Anlamıram ki, buradan qazancım nə ola bilər. Onsuz da istənilən xəbər iki-üç gündən sonra yaddan çıxır. Çox peşmanam ki, sosial şəbəkələrdə tənqidə məruz qalmışam. Yəqin onların xoşladığı müğənnilərin hamısı Adolfo Sebastiyani ilə duet oxumaq şansı qazanıb. Ona görə də məni bəyənmirlər. Bəyənməsinlər, çox yaxşı, problem deyil.

Məni yuxudan oyadıblar ki, səni yıxıb-sürüyürlər. Yaxşı edirlər, etsinlər. Az qala məni "Vətən xaini" elan ediblər. Yalan danışsaydım, italyancadan Ukrayna dilinə tərcüməni kəsərdim, heç paylaşmazdım. Yazardım ki, bu konsert hansısa İtaliya şəhərində baş tutub. Heç kimdən xahiş etmədim ki, bunu yalan kimi yazsın. Sadəcə sizdən üzr istəyirəm ki, ötən dəfəki açıqlamada onun Adolfo Sebastiyani olduğunu demədim”.

V.Nağıyev bildirib ki, Adolfo Sebastiyaninin bütün konsertləri Çelentanonun razılığı ilə baş tutur. Müğənni sonda mətbuatın onun sənətinə qarşı biganəliyindən söz açıb:

“Hər hansı xarici şairin yox, azərbaycanlı şair Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə 3 ay əvvəl mahnı yazmışam. Amma bu barədə saytlarda heç bir məlumat getmədi”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm