Magazin1
Dilarə Kazımova çətin günlərindən danışdı: “Atam vəfat etdikdən sonra...”
Müğənni Dilarə Kazımova atasının vəfatından sonra həyat eşqinin azaldığını, hətta Allaha olan inancını itirdiyini etiraf edib.
Publika.az xəbər verir ki, ulduz bu barədə “Altın Kelebek” mükafat mərasimi çərçivəsində lentə alınan “Böyük dəyişim” adlı sənədli filmdə danışıb. Atasının vəfatından sonra ağır günlər yaşadığını deyən Dilarə Kazımova kədərini belə ifadə edib:
“12 yaşımda atam rəhmətə getdi, bu, mənim üçün böyük şok idi. Çünki atamı özümdən də çox istəyirdim. Bu hadisədən sonra özümü itirdim. O, öləndən sonra Allahdan küsdüm. Başa düşmədim ki, niyə atamı məndən aldı... 17 yaşıma kimi həyatda özümü tapa bilmədim, çox kədərli idim. 2-3 il qəbiristanlığa daimi olaraq getdim. Hətta atamın qəbri ən sevdiyim yer idi. Elə bilirdim ki, dünyada məni ondan başqa heç kim başa düşmür. Zamanla anladım ki, həyat dəyişə bilər...
Atam musiqini çox sevirdi. İstəyirdi ki, incəsənətlə məşğul olum. Böyük bağımız var idi, Uitni Hyustonun mahnılarını oxuyurdum. Bütün qonşular başıma toplaşırdı, hətta mahnı da sifariş verirdilər”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)

.jpg)





.jpg)





















.jpg)
.jpg)
