Gəlinsiz toy edən, əcnəbilərlə ailə quran, ehtiraslı... - Məşhurlarımızın ƏN SƏS-KÜYLÜ TOYLARI - FOTO
Bizi izləyin

Magazin1

Gəlinsiz toy edən, əcnəbilərlə ailə quran, ehtiraslı... - Məşhurlarımızın ƏN SƏS-KÜYLÜ TOYLARI - FOTO

Yola salmaqda olduğumuz İt ili bir çox şou nümayəndələri üçün əlamətdar hadisələrlə yadda qalıb. Sənət aləminin bir çox tanınmışları subaylığın daşını 2018-ci ildə atdı.

Publika.az ilin yekunları ilə əlaqədar olaraq azərbaycanlı məşhurların 2018-ci ildə yadda qalan ən səs-küylü toylarını bir daha xatırladıb:

Murad İsmayıl və Ülviyyə Xəlilbəyli

Məşhur cütlüyün toyundan Video+Fotolar

“Vicdan haqqı” serialında tanış olan aktyorları ilin cütlüyü adlandırmaq olar. Münasibətlərini ötən ay rəsmiləşdirən ulduzların toyunda 1000-dən çox qonaq iştirak edib. Toydan sonra məlum olub ki, dəvət edilməyənlər çağrılanların yerində oturub deyə, ayaq üstə qalan qonaqlar mərasimdən inciyərək gedib.

Murad Əzimzadə və Müjgan

Image result for murad əzimzadə toy

Image result for murad əzimzadə həyat yoldaşıXalasıqızı ilə ailə quran aparıcı Murad Əzimzadə bu yaxınlarda etiraf edib ki, Ukraynada yaşayan atası sənədlərində yaranmış problemlərdən dolayı onun toyuna gəlməyib.

Qeyd edək ki, bu, aparıcının ikinci evliliyidir.

Vüsal Hacıyev

34 yaşlı azərbaycanlı müğənni üçün İt ili düşərli oldu. Lakin toy yolda bəy-gəlin maşınının xarab olması və cütlüyün məclisə gec qatılması ilə yadda qalıb.

Rauf Məmmədov

Rauf Məmmədovun toyu olub - Foto

Azərbaycan millisinin şahmatçısı, qrossmeyster Rauf Məmmədov ötən ay ukraynalı həmkarı Natalya Buksa ilə ailə qurub.

Mirsahib Abbasov

“Zirə”nin yarımmüdafiəçisi Mirsahib Abbasov 5 illik sevgisi ilə münasibətlərini 2018-də rəsmiləşdirməyə qərar verib. Cütlüyün toyunda sadəcə ən yaxınları iştirak edib.

Uzel Kərimov

Xəzər TV-də yayımlanan "İmtahan" serialının aktrisası Uzel Kərimovanın türk vətəndaşı Talha Güneri ilə toyu yayın son günlərinə təsadüf edib. Şəhər restoranlarından birində baş tutan məclisdə şou nümayəndələri iştirak edib.

Tural Orucov

AzTV-nin aparıcısı evləndi - Fotolar

AzTV-nin aparıcısı Tural Orucov bu ilin sentyabrında Gülgün adlı xanımla nikah masasına oturub. Cütlüyün toyuna müğənnilər, aparıcılar və sənət adamları qatılıblar.

Ağakərim Əbülfəzoğlu

Azərbaycanlı aparıcının toyudur - Foto

2018-ci ildə canlı yayımda sevgilisinə evlilik təklifi etməklə gündəmə gələn"Xəzər" telekanalının aparıcısı, aşpaz - Ağakərim Əbülfəzoğlu iş yoldaşı Gülnarə Məmmədova ilə ailə qurub.

Ülviyyə Əliyeva

“Keyxanım”ın toyundan ilk görüntülər - Video+Fotolar

“Keyxanım” ləqəbi ilə tanınan aktrisa Ülviyyə Əliyeva Rusiyada yaşayan biznesmen Manaf Muxtarov adlı şəxslə ailə qurub. Qeyd edək ki, bu, hər ikisinin ikinci nikahıdır.

Zaur Nəbioğlu

Məşhur aparıcı xalası qızı ilə ailə qurub.

Ülviyyə Könülün qızı

Tanımış rejissor Ülviyyə Könülün qızı türk vətəndaşı olan DJ ilə ailə qurub. Türkiyədə açıq havada baş tutan toy mərasimində modelyer Zümrüd Mirzəliyeva, Azad Şabanov, Tünzalə Ağayeva və başqa məşhurlar iştirak edib.

Yaşar Cəlilov

Özünə toy edən müğənni gəlinin şəkillərinin paylaşılmasına icazə vermədi – FOTO

27 avqustda gəlinsiz toy edən Müğənni Yaşar Cəlilovunun ikinci toyunda həyat yoldaşı iştirak edib. O, Nigar adlı xanımla evlənib.

Nurlan Növrəsli və Nevin Əliyeva

Azərbaycanlı müğənninin toyundan fotolar

Şəxsi həyatını gizli saxlamağa üstünlük verən sənətçi özünə gəlinsiz toy edib. Nurlanın özəl günündə sənət dostları və yaxınları iştirak edib. İfaçı 20 yaşlı xanımı Nevin Əliyeva ilə bu ilin avqust ayında nişanlanmışdı.

Elşən Orucov və İlahə

2018-ci ildə toyu olan məşhurlarımız - Siyahı

"Fəlakət" obrazı ilə tanınan Elşən Orucov isə ATV-nin əməmkdaşı İlahə adlı xanımla ailə qurub. Onun toyu martın 5-də gerçəkləşib.

Üzeyir Mehdizadə

Üzeyir Mehdizadə özünə “gəlinsiz” toy etdi - FOTO

28 yaşlı məşhur da Nurlan Növrəli kimi özünə dərviş toyu edib. Böyük pərəstişkar ordusu toplayan müğənninin toyunda yalnız kişi qonaqlar iştirak edib.

Tunar Rəhmanoğlu

Image result for tunar xanımı ilə

Image result for tunar xanımı iləBir çox hit bəstələrin müəllifi olan müğənni ixtisasca müəllimə olan Ülviyyə adlı xanımla ailə qurub. Nişanlısını uzun müddət mediadan gizli saxlayan Tunar toy şəkillərinin sosial şəbəkələrdə yayılmasına izacə vermişdi.

Məryəm Məmmədxanova və Orxan Həsənov

Image result for Anar Məmmədxanovun qızının toyu

Image result for Anar Məmmədxanovun qızının toyu

Bakılı oğlanlar” komandasının kapitanı, mərhum deputat Anar Məmmədxanovun qızı Məryəmin toyu maraqlı və təsirli kadrlarla yadda qalıb. Gəncə Aviasiya Təmiri zavodunun direktoru Hacı Etibar Həsənovun oğlu Orxanla ailə quran Məryəmin toyuna Vaxtanq Kikabidze kimi tanınmış xarici və yerli ulduzlar dəvət olunub.

Azər Baxşəliyev və Nigar Seyidova

Image result for ağsaqqalın toyu

“Bozbash pictures”də Ağsaqqal obrazını canlandıran aktyor Azər Baxşəliyev Nigar Seyidova adlı rəssamla ailə qurub.

Kəmalə İbrahimova və Kamran Əliyev

Image result for Nazim İbrahimovun qızının möhtəşəm toyu

Image result for Nazim İbrahimovun qızının möhtəşəm toyu

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova iş adamı Kamran Əliyevlə ailə qurub. Aparıcılığını Nərgiz Cəlilovanın etdiyi toyda tanınmış şou-biznes nümayəndələri iştirak edib. Toyun ən tanınmış qonağı isə Ukraynanın sabiq prezidenti Viktor Yuşenko idi.

Rilaya Hüseynzadə və Andrey Sarıçev

Azərbaycanlı caz ifaçısı Rilaya Hüseynzadə tanınmış iş adamı, Azərbaycan Mini Futbol Assosiasiyasının vitse-prezidenti, həmçinin “Azfar Sport Events & Promotion”nun baş direktoru, təsisçisi və tərəfdaşı - Andrey Sarıçevlə ailə qurub. Müğənni həyat yoldaşı ilə birlikdə toy üçün xüsusi tanqo rəqsi səhnəsi hazırlayıb. Cütlüyün seksual tanqo rəqsi sosial şəbəkədə marağa səbəb olmuşdu.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm