Magazin1
İlkinlə Kənanın “razborka”sı - “Sənin başın üçün deyil...”
Aparıcı İlkin Həsəni ilə rejissor Kənan Mahmudov (Kənan M. M) arasında qalmaqal yaranıb.
Tərəflər arasında gərginlik "Cinemazadeh” studiyasının baş redaktoru Xətai Əlinin sosial şəbəkədə yazdığı statusdan sonra başlayıb.
X. Əli feysbukda "Şükür Allaha, Kənan M.M bu il də uğurlarını Türkiyədə davam etdirəcək. Bizi burada heç bir təhlükə gözləmir”- deyə status paylaşıb. Kənanın isə həmin posta şərhi gecikməyib:"Sizi "Fəlakət”lər, "Bozbaş”lar gözləyir. Hələ görəcək günləriniz qarşıdadır”. Baş redaktor isə "Onların da birinci filmini sən çəkmisən” – deyə Kənana cavab yazıb.
Bundan
sonra "Bozbash Pictures”in üzvü, aktyor-aparıcı İlkin Həsəni də
məsələyə münasibət bildirib. O da feysbukda status yazaraq Kənanı
tənqid edib: "Bayaq gördüm ki, Xətai status yazıb, baxdım gördüm
nə? 2014-də ilk filmimizə öz imzasını atan Kənan belə bir şərh
yazıb. İstədim şapalaq təsirli bir cavab yazım, baxdım gördüm Xətai
məni qabaqlayıb. Kənan yaxşı oğlandır,İnşallah tezliklə yaxşı
rejissor da olar”.

Rejissor da tez bir zamanda həmin statusa rəy verib: "Savaşçı”da Xocalı səhnəsini paylaşmayanlara bunu paylaşmaq yaraşar. Fox TV Azərbaycan fanatı deyil, Amerika kanalıdır. Onlar üçün Xocalı, Qarabağ və Azərbaycan dərdi maraqlı deyil. Əgər bu problemləri orada göstgərirlərsə, bunun bir səbəbi var. İlkin Həsəni, nə sənin, nə də ətrafının başları üçün deyil ki, mənə şapalaq kimi cavab versin. Dəfələrlə sənin "razborka”larında mən səni şapalanmaqdan qorumuşam. Uğuruma sevinib təbrik yazmayan insanların iradları mənə maraqlı deyil. Bizim fərqimiz çoxdur, həm oğlan, həm sənətçi, həm də insan kimi... Gedin, vicdanınızı qucaqlayıb yatın”.
Daha sonra Kənan İlkinə soyüşlə cavab verməyə başlayıb. Həsəni isə Kənanı söyüş söydüyü üçün "blok”a atdığını qeyd edib.
Əksəriyyəti isə sözügedən qalmaqalın qurama olduğunu iddia edib.
Qeyd olunur ki, İlkin Həsəni yeni "Bombaltı”filminin premyerası ərəfəsində PR üçün belə bir addım atıb.



(Qafqazinfo)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)




.jpg)























.jpg)
.jpg)
