Magazin1
Kənan M.M İlkin Həsəninin SİRLƏRİNİ AÇDI: “İçkili və silahlı idi…”
Aktyor Kənan Mahmudovla aparıcı İlkin Həsəni arasındakı qalmaqal yenidən qızışıb.
Publika.az xəbər verir ki, Kənan M.M “Arının yuvasına çöp soxmayın, erkək arı sizi deşik-deşik edər”, “Bir gün balaca insanlar ayağımın altında qalıb əziləcəklər”, “Mən peşman olmuram, peşman edirəm” stastusları ilə sosial şəbəkədə aparıcı İlkin Həsəniyə söz atıb. Aktyor bir vaxtlar dostluq etdiyi həmkarının sirrini açıb. Kənan M.M-in feysbukda İlkin Həsəniyə ünvanladığı statusu təqdim edirik:
“Susdum, susdum, çaqqallar meydana girdi. Düşünürəm ki, artıq sizə medalyonun digər üzünü göstərməyin zamanı gəldi. Mən kobud insanam, söyüş söyürəm, hər an partlamağa hazır olan biriyəm... Əsəbiyəm, ok... Amma mən heç bir zaman saxta iki üzlü insan və nankor olmamışam, duz-çörəyə dostlara xəyanət etməmişəm, kişilərin arasında böyümüşəm. Kiminsə qəlbinə toxunduğumda vicdan əzabından rahatlıq tapa bilməmişəm, amma söyüləsi insanın qabağından da heç bir zaman qaçmamışam, bəzi hallarda yazdığım statuslar və yaradıcılığım birmənalı qəbul olunmayıb, ok... Bir insan sənətkar ola bilər, istedadlı ola bilər, varlı, zəngin ola bilər, amma o insanın insanlığı kişiliyi mərdliyi yoxdursa, digər üstünlükləri sıfırdır.
Keçək əsas məsələyə, deməli, 2002-2003-cü illər olardı, mən hələ təzə-təzə tanınırdım, bir dostumu internətdə söymüşdülər, özünə yer tapa bilmirdi, "Əhmədli" metrosunun yanına haradasa 15 yaxın dost tanışla məsələni həll etməyə getdik, nəysə məsələ həll olundu.
Allah rəhmət eləsin, hər kəs bilir ki, İlhamə xanım Quliyeva qalmaqallı sənətçimiz olub. 2005-ci ildə onun haqqında nəsə xoşagəlməz süjet hazırlanmışdı və aparıcı da elə həmən dost bildiyim oğlan idi. İlhamə xanımın İlqar adında cangüdəni o aparıcı dostumuzu söhbətə çağırmışdı (silahlı və içkili idi, hər an hər şey ola bilərdi) dostluq mənim üçün müqəddəs amildir. Təbii ki, dovşan dostumuz gecə saat 3-də mənə dedi. Mən tək getdim, dostum isə maşında oturdu, nə isə, sağ olsun İlqar məni anladı, haqsız olduğumuz halda söhbəti bağladıq. Dostumun gözlərindəki sevinc hələdə yaddaşımdan getmir, elə bil dünyaları ona vermişdilər, bu mənə yetərdi, mənim dünyamda güclü-gücsüz insan yoxdur, haqlı-haqsız insan var, mən hər bir zaman yıxanın yox, yıxılanın yanında olmuşam.
İllər keçdikcə biz insan olaraq çox şeyləri avtomatik olaraq unuduruq, amma bəzi şeyləri isə guya unutmuşuq kimi yaşayırıq... Bax o unutmağın adı nankorluq, ikiüzlülük saxtakarlıq və nakişilikdir...
Sonra mən “Savaşçı”da Azərbaycan zabitini canlandırdım, sol qolumda Azərbaycan bayrağı görüntüləri paylaşırdım, whatsapp-da həmin o sevimli dostum paylaşdığım foto və statusları görür, amma ondan umduğum adi quru təbriki görmədim. Bax bu, mənə çox pis təsir etdi. Mən yaxşı insan olmaya bilərəm, amma mən orda Azərbaycanı təmsil edirəm, evlilik verilişində şou göstərmirəm, “Fox tv" Amerika kanalıdır, onlar üçün Qarabağ, Xocalı şəhidlərimiz, Mübarizlər maraqsızdır, əgər “Fox tv” Qarabağdan göstərirsə, buna bir səbəbkar var... Türklər orda məni küçədə görəndə azərbaycanlı deyirlər, Kənan M.M yox.
Kimisə söymüşəmsə, zərrə qədər də peşman deyiləm, hə, o dostum var haaa, bütün bu olayların baş qəhrəmanı onun adı hamının "Şəmi müəllim" kimi tanıdığımız İlkin Həsənidir. İllər bizi həyatda tutduğumuz fərqli kişilik anlayışına görə yavaş-yavaş ayırdı.
"Kişi elədiyini deməz" məntiqindən uzaq olaraq bunu səsləndirirəm ki, başqa kişilər kişilik edəndə yanılmasınlar! Mən "Şəmi müəllim" kimi status yazıb sonra qorxudan bloka atmıram, ünvanım bəllidir, sıxıntısı olan buyursun... Hər bir kişi və əqidəsi haqqında həqiqətləri bilir, tarix zamanla həqiqətləri yerinə qoyacaq... Kişinin qiymətini kişilər verər, kişilər qiymət verəcək kişilərə...
Deyib ki, sənətdə Kənana master-klass keçərik. Hansı sənətdə? (Gülür) Mən güclü sənətkar deyiləm, nə deyim ola bilər, amma mən sənə insanlıqda, dərrakədə, dürüstlükdə, mərdlikdə, dostluqda, kişilikdə master-klass keçərəm. İndi özün fikirləş ki, yaşamaq üçün kimin klassı daha vacibdir, Kənan M.M, yoxsa "Şəmi"? Mən Kənan M.M və ya "Bəxtiyar komutan", "Ədalət", "Cavad" və digər obrazlarımdan utanmıram, necə ki, sən əsgərlikdə olanda komandirinin otağına şəxsi nüfüzuma görə əynimdə şortiklə girib sənə bayıra çıxman üçün izin alanda da utanmamışdım, sən "Şəmi" və bozbaş adından utanırsansa, hörmətli İlkin Həsəni, o sənin seçimindir. Hər ikimiz həyatımıza belə davam edecəyik.... Mən sənətdə çox qısqanc adamam, Rasim Balayev, Fəxrəddin bəy, Nejat İşlər olmaq üçün çox şey edərdim, amma Kənanın "Şəmi"ni qısqanmasını demək ağılsızlıqdır”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi