Magazin1
Həyat yoldaşı Arif Alışanovdan boşandı - FOTO
Bir həftədən artıqdır AzTv-nin sədri vəzifəsindən azad olunan Arif Alışanovun ailə həyatında da problemlər yaşanmağa başlayıb.
Arif Alışanovun xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb. Bildirilir ki, bu ayrılıq prosesi Alışanovun işdən çıxarılmasından bir qədər öncə baş tutub.
Mehriban Alışanova hazırda Hesablama Palatasının 5 auditorundan biridir. Onların bu evlilikdən 3 övladı var.
Qeyd edək ki, boşanmaya səbəb kimi Arif Alışanovun son zamanlar şəxsi həyatında baş verən proseslər göstərilir. Arif Alışanovun dövlət televiziyasının sədri olmasına baxmayaraq, özünü bu posta qeyri-adekvat aparması, həyatındakı xanımlar, içki məclislərindəki rəftarı onun ailəsində ciddi narazılıqların yaranmasına səbəb olub.
Keçmiş sədr həmçinin bir müddət əvvəl zərərçəkmiş kimi tanındığı məhkəmə işinə görə gündəmə gəlib və prosesin gedişatında ona qarşı kifayət qədər ciddi ittihamlar səslənmişdi.
Alışanovun keçmiş ortağı və sonradan şikayət edərək həbs etdirdiyi Şücaət Əkbərov Alışanovla bağlı sensasion faktlar açıqlamışdı. Maklerlik fəaliyyəti göstərən Ş.Əkbərov demişdi ki, Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham etmişdi.(axşam.az)
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)
.png)



























