Magazin1
Xalq artistləri qala gecəsində - FOTO
Dünən “ADDIM” gənclər təşkilatının 6 yaşı tamam olması münasibəti ilə keçirilən tədbirdə yazıçı Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsi əsasında çəkilən “İki yad adam” filmi nümayiş olunub.
Publika.az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən tədbirdə ekran işinin yaradıcı heyəti, əməkdar artist Gülşad Baxşıyeva, aktyor-model Riad Abdul, həmçinin Xalq artisti Brilliant Dadaşova, Xalq artisti Nisə Qasımova, Xalq artisti Həmidə Ömərova, əməkdar artist Tünzalə Ağayeva, aktrisa Sevinc Əliyeva, aparıcı Nərgiz Cəlilova, aktrisa Hüsniyə Mürvətova, Fariz İlyasov və başqaları iştirak edib.
Mərasim “ADDIM”ın 6 il ərzində gördüyü işlərdən bəhs edən qısametrajlı film nümayişi ilə açıq elan edilib. Daha sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək “ADDIM” fəaliyyətindən danışıb.
Təşkilatın təsisçisi Hüseyn Cavadzadə bildirib ki, bundan sonrakı fəaliyyətlərində daha böyük hesabatlarla qarşımıza çıxacaqlar:
“Milyonlarla km yol bir addımdan başlayır. Artıq 6 ildir ki, biz bu istiqamətdə addımlar atırıq. Bu gün sizinlə sevincimizi paylaşmaq istədik. Videoya baxdıqca kövrəldim. Bu isə sevincdən irəli gələn hisslərdir. Ulu öndər Heydər Əliyev söyləmişdi ki, özünüzü çox xoşbəxt hiss edəcəksiniz, çünki siz müstəqil Azərbaycan Respublikasının vətəndaşları olacaqsınız. Bu fikir gənclərə ünvanlanmışdı. Bu gün biz həm müstəqilik, həm də qüdrətli Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bütün gördüyünüz nailiyyətlər Azərbaycan dövlətinin və siyasətinin gənclərə göstərdiyi qayğının nəticəsidir".
Daha sonra “İki yad adam” qısametrajlı filmin nümayişi baş tutub.
Qeyd edək ki "İki yad adam" filmi mart ayında ilk dəfə Çinin paytaxtı Pekin şəhərində keçirilən “Grand Asian” Film Festivalda nümayiş olunub və "Ən Yaxşı Sosial Film" nominasiyasında qalib olub.
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı








.jpg)

_(1).jpg)




.jpg)





















