Magazin1
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə görüşdü - Tağıyevin heykəli üçün ərazi seçildi (ÖZƏL)
Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə dostluq və səmimi mühitdə görüşü baş tutub.
Publika.az xəbər verir ki, Rəssamlar və Kinematoqrafçılar İttifaqının, Fotoqraflar Birliyi və Karikaturaçılar Cəmiyyətinin üzvü, əfsanəvi “Parni iz Baku” KVN komandasının üzvü, yazıçı, aktyor və rejissor Bəhram Bağırzadə görüşdə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə Bakıda heykəl ucaldılması xahişi ilə çıxış edib.
B.Bağırzadə Publika.az-a verdiyi özəl açıqlamada bildirib ki, təxminən yarım saat əvvəl Azərbaycanın birinci viste-prezidenti Mehriban Əliyeva ilə görüşüb və irəli sürdüyü təklifin müzakirəsi baş tutub:
“Bir qədər əvvəl ölkənin birinci xanımı və birinci viste-prezidenti Mehriban Əliyeva ilə görüşdük. Məsələ çox tez həll olundu. Heydər Əliyev Fondunda qəbulda oldum və məni dinlədilər. Artıq təklifin həyata keçirilməsi üçün iş başlayıb.
Hacı Zeynalabdin Tağıyevin heykəli üçün beş ərazi seçilib və Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilib. Heykəlin hansı ərazidə ucaldılacağı hələ bəlli deyil, çünki komissiyadan hələ keçməyib. Həmçinin heykəltəraşlar arasında müsabiqə elan olunacaq.
Bu anı çoxdan gözləyirdim. Demək ki, hər bir işin öz vaxtı var, Allah məhz bu günlərdə istədi ki, bu məsələ reallaşsın.
Görüş çox səmimi keçdi və bir çox aktual mövzular müzakirə edildi. Cənab prezident bildirdi ki, belə görüşlər davamlı olacaq. Nəinki mədəniyyət və incəsənət insanları, onun gələcəkdə alimlər, memarlar və sair sənət adamları ilə də görüşü olacaq”.
Aytən
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır


































