Magazin1
Nazir "Parni iz Baku"ya qoyulan "qadağalar"dan DANIŞDI
"Tahir İmanov və "Parni iz Baku" kollektivinin fəaliyyətinin Mədəniyyət Nazirliyinin nəzərində olduğunu deyə bilmərəm, lakin müəyyən mənada gördüyü işlərdən xəbərdarıq. Nazirlik və dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmamışdı. Nazirlik özəl televiziyaların efir siyasətinə qarışa bilməz, biz kanallara sadəcə öz tövsiyə və məsləhətlərimizi verə bilərik”.
Publika.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, T.İmanovun rəhbərlik etdiyi kollektivin konsertləri və ya proqramları mütəmadi olaraq mədəniyyət saraylarında nümayiş olunur. “Hətta bu yaxınlarda Heydər Əliyev Sarayında onların yeni filmlərinin təqdimat mərasimi baş tutdu. Onların bu istiqamətdə təklifləri hər zaman yüksək qiymətləndirilib. Onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınır”.
Nazir daha sonra özəl telekanallarda da bədii şuraların yaradılması haqqında təkliflərini səsləndirib: “Arzu edərdim ki, özəl kanallarda da səviyyəli və zəngin təcrübəyə malik olan bədii şuralar yaradılsın. Efirlərdə əyləncə proqramları ilə yanaşı, mədəniyyəti ciddi formada təbliğ edən verilişlərə də yer ayrılmalıdır".
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO






.jpg)

.jpg)











.jpg)
















.jpg)


