Magazin1
Tolik atasının biabır etdiyi Sevda Yəhyayeva haqda GÖRÜN NƏLƏR DEDİ - ŞOK SÖZLƏR/VİDEO
Video əlavə olunub.
***
“Kaş şou biznesdə və telekanalda Sevda kimi abırlı və özünə hörmət edən xanımlar çox olaydı. O kişinin kim olduğunu bilmirəm. Mənim anam və Sevdanın anası 5 il əvvəl bir yerdə 14 gün Naftalanda müalicə alıblar. Heç onda bu papaqsız kişi yox idi. Mən Sevda ilə işləmişəm və heç vaxt eşitməmişəm ki, onun atalığı var. Bu nədi?.. Çıxıb tanınmış adamlar şər atır, cavabı da verilmir. Mən şəxsən bu kişini görsəm üzünə tüpürərəm”.
Publika.az xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) ögey atasının sərt ittihamları ilə üzləşmiş müğənni Sevda Yahyayeva haqqında özünün İnstaqram səhifəsində yazıb. Müğənnini müdafiə edən aparıcı Sevdanın ögey atası olduğunu iddia edən kişi haqqında xoşagəlməz sözlər deyib:
“Sənin kimi ağsaqqal olmaqdansa, olmasın. Sən yaşından, papağından utan. Çıxıb qızın yaşda müğənnini biabır etməyə çalışırsan. Sevda səndən pul alıb? O sənin hesabına ev alıb? Sən bu gün-sabah öləcəksən, amma o hələ gəncdir, həyatını yaşamalıdır”.
Qeyd edək ki, müğənni Sevda Yahyayevanın ögey atası olduğunu iddia edən yaşlı bir kişi “Xəzər TV”də yayımlanan “Səni axtarıram” verilişinə çıxaraq onun haqqında gözlənilməz ittihamlar səsləndirib. O, Sevdanın anasını evində qulluqçu kimi saxladığını iddia edib:
“Sevda anasını əlimdən alıb özünə xidmətçi apardı. Dedi, evdə işləri çatdırmıram, gəl işimi gör. Gedəndə də məni təhqir edib getdi”.
Yaşlı kişi Sevdanın anası ilə qeyri-rəsmi nikahda yaşadığını bildirib.
Video: Sevinc Xanqızı
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?







.jpg)






.jpg)




















.jpg)


