Magazin1
Əməkdar artistdən ilginc sözlər: "Bu, mənim ürəyimin tələbidir" - VIDEO
Müğənni Şölə Səfərəliyeva yeni klipini təqdim edib.
Publika.az xəbər verir ki, Əməkdar artist Şölə Səfərəliyeva sözləri Gülnar Sultanova və musiqisi Fərid Kərimliyə məxsus olan “Ürəyin tələbi” adlı mahnısına klip çəkdirib.
Müğənni belə bir mahnını uzun zamandır gözlədiyindən söz açıb: “Bəstəkar ilk dəfə mahnını təqdim edəndə, elə ilk notlarından dedim ki, bəli, bu, mənim mahnımdır. Nəzərə alsaq, mahnının adı “Ürəyin tələbi”dir. Dedim, Fərid bu, həqiqətən də mənim ürəyimin tələbi olan mahnıdır. Belə bir mahnıya ehtiyacım vardı. Tez bir zamanda səsləndirdim və yenidən aranjiman etdirərək, klip çəkdirmək qərarına gəldim”.
Səfərəliyevanın sözlərinə görə, klipin ssenarisi də əsasən öz fikridir: “Klipi iki günə çəkdik. Çəkiliş gün ərzində 6-7 saat davam etsə də, yorulmurdum. Çox maraqlı keçirdi. Klip ssenarisi, əhval-ruhiyyə öz fikrim idi, rejissorla da məsləhətləşdik, nəticədə hər ikimizə uyğun kadrlar çəkildi. Klipdə fərqli görünməyə çalışdım”.
Klipin rejissoru Dr. Nicat Zeynallıdır.
Qeyd edək ki, Şölə Səfərəliyeva uşaqlıqda “Bəribax” uşaq kvartetinin, hazırda isə “Qaya” ansamlının solistidir. Bundan başqa o, bir neçə ildir ki, solo fəaliyyət də göstərir.
Sevinc Xanqızı
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)




.jpg)





















.jpg)

.jpg)
