Magazin1
Şəbnəm Tapdıq adı ilə bağlı HƏR ŞEYİ AÇDI: Anam ağlayan kimi atam...
Xəbər verdiyimiz kimi, Şəbnəm Tapdığın adını patentləşdirməsi xəbəri son günlərin əsas gündəm mövzularından biridir. Aparıcı Şəbnəm Həsənova və müğənni Şəbnəm Qəhrəmanlı iddia edib ki, Şəbnəm Tapdıq Milli Televiziya və Radio Şurası (MTRŞ) və Müəllif Hüquqları Agentliyinə adı ilə bağlı müricət ünvanlayıb. O, bütün tanınmış “Şəbnəm”lərin özlərinə efir təxəllüsü seçməsi təklifi ilə çıxış edib. Əks halda, onlar Şəbnəm xanıma "patent" ödəməli olacaq.
Publika.az-a açıqlama verən Şəbnəm Tapdıq bu iddiaların əsl mahiyyətini açıqlayıb:
“İlk sözünü təxəllüs seçərək adımı dəyişdirib İlk Şəbnəm etdim. 1979-cu ildə, 17 yaşında məşhurlaşdım, insanlar məni çox sevdi. İndiyə qədər unudulmamışam, sevilirəm. Doğulan uşaqlara mənim adım qoyulurdu. Bununla fəxr edirəm ki, 9 ay övladını bətnində gəzdirən ana sənin adını öz körpəsinə qoyur. Çox gözəl bir hissdir. Təəssüf ki, təxəllüsümü düzgün başa düşməyiblər.
İlyas bəyin çoxlu şeirləri olub və şeir kitabı çıxdıqdan sonra bu adlar yayılmağa başlayıb. Ən gözəl adları ziyalılar yaradıb. Gözəl sənətkarımız Səməd Vurğundan Aygün, Cəfər Cabbarıdan Sevil, Balaş, Aydın, Rəsul Rzadan Anar və s. adlar xalqımıza miras qalıb. İnsanlar övladlarına qoyduğu adları məşhurlardan götürür. Bacımla, qardaşımın adı da heç kimdə yoxdur. Amma mən məşhur olduğuma görə yayılıb. İlyas müəllim doğulanda göz yaşlarımı şehə bənzədib və mənə Şəbnəm adını verib. Musiqi aləmində ilk Şəbnəm olduğuma görə, İlk Şəbnəm təxəllüsü götürməyə qərar verdim. Başa düşə bilmirəm ki, burada qəribə nə var? Niyə dayanmadan telefonuma zənglər gəlməlidir. Kimsə adını və ya soyadını dəyişirsə, bunun kiməsə nə dəxli var? Burada qeyri-adi nə var?”
Şəbnəm Tapdıq daha sonra bildirib ki, Şəbnəm adında olan digər məşhurlar onu düzgün anlamayıb:
“Məndən əvvəl incəsənət aləmində Şəbnəm tanıyırsınız? Məndən sonra nə qədər Şəbnəm var, lakin məndən əvvəl 10 Şəbnəm tapıb gətirə bilməzsiniz. Bizim ilk olmağımız tarixə düşüb. Kim istəyirsə götürüb, Şəbnəm adını qoya bilər. Amma mən “İlk Şəbnəm” kimi adımı patenləşdirmişəm. Məktubu isə televiziyalara təqdim etməkdə məqsədim odur ki, məni “İlk Şəbnəm” kimi təqdim etsinlər.
Bəstəkarlıqla məşğul olmasam da, mənim də mahnılarım var. Sadəcə istəyirəm ki, yazdığım mahnıların və şeirlərin müəllifi olaraq İlk Şəbnəm kimi tarixdə qalım.
Mən oxuyandan uşaqlara mənim adım verilib. İndi onlar böyüyüb efirə çıxıb mahnı oxuyurlar. Özümü İlk Şəbnəm etmişəm ki, məni onlarla qarışdırmasınlar Və telekanallara müraicət edim ki, çıxış edəndə aparıcı məni İlk Şəbnəm Tapdıq olaraq elan etsin. Şəbnəm Tapdığın hər sözü beləmi böyüməlidir? Balaca bir buğdadan nəhəng bir dağ yaradıblar. Çox məəttəl qalmışam. Mən özümü İlk Şəbnəm etmişəm, bitdi-getdi, başqaları məni maraqlandırmır. İnsanı həzm edə bilmirlər, bizdə paxıllıq artıq düşüb, bilmirlər ki, məşhurları necə gözdən salsınlar, onlara iftira atmağa çalışırlar. Əxlaqıma heç bir söz deyə bilmirlər, bilmirlər ki, hansı yola əl atsınlar”.
Şəbnəm Tapdıq əlavə edib ki, İlk Şəbnəm təxəllüsü ilə bağlı şahadətnamə alıb:
“Əvvəl Şəbnəm adlı yeni çıxan məşhurlara irad bildirmişdim, lakin sonradan o işdən vaz keçdim. Doğum tarixində bütün Şəbnəmlərdən birinciyəm. İstəmirəm ki, bir Şəbnəmi o birilərlə qarışdırsınlar. Heç bir qadağadan söhbət getmir. Mənim günahım deyil ki, atam mənə mənası gecənin göz yaşları olan qəribə bir ad verib. Hamı niyə əl-ağaya düşüb ki?”.
Müğənni daha sonra adının mənasını açıqlayıb:
“İlk bahar şəbnəmi ilk eşqin baharı
Məhəbbət bağından gül-təmi daddım.
İki qəlbin nuru bir qəlbə axdı
Gül açdı dodaqda qəlbimə axdı.
Bu İlyas bəyin misralarıdandır, şeirin şəhadətnaməsi də var. Şəb - gecə, nəm isə göz yaşı deməkdir. Gecədən düşən yaş və ya nəmişlik mənasındadır. Şəbnəm hadisədən yaranmış bir addır. Bu adı qaranlıq nəm zirzəmi, qaranlıq nəm mağara kimi də yozmaq olar. Adımın bir neçə versiyası var. Ərəb və fars dillərini çox gözəl bilirəm. Bəzən Şəbnəmi şeh kimi verirlər. Jalənin də mənası şeh deməkdir. Amma burada balacı bir yanlışlıq var. Şəbnəm adının daha düzgün variantı Şehnəmdir. Bu ad da heç kimdə yoxdur. Qoy, oxuyub götürsünlər. Bir məsələ işi korlayır, adımda qaranlıq olması heç xoşuma gəlmir. Odur ki, İlk təxəllüsünü adımın əvvəlinə əlavə etdim, bu şehə daha uyğun gəlir. Yəni, otların üstünə düşən ilk damcıları”.
Şəbhəm Tapdığın sözlərinə görə, hər insanın adı onun taleyinə təsir göstərir. Şəbnəm adının da mənası onun həyat yoluna təsirsiz ötüşməyib:
“Məncə, adımız həyatımıza təsir edir, düşər-düşməzliyi də var. İnansam da, bir tərəfdən boş verirəm. Adımdakı qaranlıq mənasını sevmirəm. Nə deyim, atam qoyub. Heç kimə qadağa qoymuram, hər kəsin şəxsi işidir, amma uşaqlara gül-çiçəklə bağlı xoş adlar istifadə etmək daha yaxşı olar. Anamın anası - nənəm 50 yaşında rəhmətə gedib, onda anamın 25 yaşı var idi. Evdə ağlaşma gedib, mən isə körpə olmuşam. Anam ağlayan kimi mən də ona qoşulub ağlamışam. Atam şair adam olduğu üçün bu şeiri yazıb, göz yaşlarımı şehə və nəm damlalara bənzədib.
Görüb şəbnəmləri gül yanağında,
Sənə şəbnəm dedim, könlümüz gülsün”.
Aytən Məftun
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var