Magazin1
Röya Tarantinonun filminin təntənəli nümayişində - FOTO
“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında dünya şöhrətli rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filminin rəsmi premyeradan bir gün əvvəl qapalı nümayişi baş tutub.
Publika.az xəbər verir ki, təqdimatda 1960-70 illərin atmosferi hökm sürüb. Təqdimat fərqli dekorasiya, musiqi, şou proqram və mükafatlı müsabiqələri ilə diqqət çəkib. Gecəyə qatılanlar xüsusi dress-koda diqqət edən məşhurlar, jurnalistlər, blogerlər, iş adamları və təşkilatçılar olub. Əməkdar artist Röya Ayxan isə gecənin xüsusi qonağı olub. Ulduz bildirib ki, Bred Pitt və Leanardo DiKaprio sevimli aktyorlarıdır, odur ki, bu ekran işinin təqdimatını qaçıra bilməzdi.
Qeyd edək ki, Tarantinonun doqquzuncu filmi ən çox məşhurun bir arada olduğu ekran işidir. Belə ki, burada Leonardo DiKaprio, Bred Pitt, Marqo Robbi, Al Paçino və Kurt Rassel kimi dünya şöhrətli sənətçilər yer alıb.
Filmdə hadisələr 1969-cu ilin yayında cərəyan edir. Məşhur bir serialda oynayan kiçik aktyor film sektoruna girmək istəyir. Aktyorun yaxın dostu və dublyoru da eyni niyyətdədir. Ekran işində arxa planda qalan hekayə isə Çarlz Menson və dörd dostunun müridləri tərəfindən qorxunc şəkildə öldürülməsidir.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





