Magazin1
Azərbaycanlı müğənni türkləri ayağa qaldırdı... - FOTOLAR
XXI Türk Dünyası günləri tədbirində Azərbaycanın məşhur dövlət sənətçisi Azərin və Qırğızıstan sənətçiləri səhnəyə çıxdı. Onlar Respublika meydanını sanki coşdurdular. Azərinin “Harikasın Türkiyem ... Harikasın Kastamonu ...” deməsi izdihamı daha da canlandırdı.
Publika.az xəbər verir ki, Kastamonu Bələdiyyəsi tərəfindən təşkil edilən “Türk Dünyası Günləri”nin 21-ci buraxılışı böyük ziyafətin səhnəsi oldu. Səhnəyə çıxan Azərbaycanın məşhur sənətçisi Azərin Azərbaycan İslam ölkələrində baş verən hadisələrə toxunaraq birlik və həmrəyliyə çağırdı.
Birliyimizi və həmrəyliyimizi gücləndirmək məqsədi ilə Kastamonu Bələdiyyəsi tərəfindən təşkil edilən Türk Dünyası Günləri çərçivəsində Cümhuriyyət Meydanında olan izdihamı əvvəlcə Qrup Dem, daha sonra isə Azərin həyacanlandırdı.
Cümhuriyyət Meydanında təşkil olunan konsert gecə gec saatlara qədər davam etdi. Azərin səhnədə göstərdiyi performansı ilə konsertə bir canlanma verdi. Azərbaycan və Türkiyə bayraqlarının da asıldığı konsertdə, Azərin ana vətənin Azərbaycan, ata vətəninin isə Türkiyə olduğunu deyib.
Azərin bir Azərbaycan türkü olduğu ilə çox qürur duyduğunu bildirdi və dedi ki, türklərin yaşadığı hər yer mənim üçün vətəndir: “Türk olmaqdan böyük qürur duyuram. Türkiyənin hansı şəhərinə getsəm məni bağırlarına basırlar. Biz iki dövlət bir millətik deyirik. Bunu boşuna demirik. Dünyanın harasında olursa, olsun bir azərbaycanlı varsa ürəyi Türkiyə üçün döyünür. Azərbaycan demək Türkiyə demək, Türkiyə demək Azərbaycan deməkdir”.
Bundan əlavə, məşhur sənətçi Azərin Qarabağ hadisələrinə işarə edərək deyib: “ Qırğınların edildiyi Misirdə, Suriyada, uyğur türkləri kimi bütün İslam ölkələri, müharibəni dayandırmalı və birlik və həmrəylik içində qardaş yaşamalıdırlar. Ümid edirəm ki, bu ədalətsiz qırğınlar ən qısa zamanda sona çatacaq və İslam coğrafiyası rahatlıq və barış içində olacaq”.
Cümhuriyyət meydanını dolduran minlərlə kastamonalı, “Can Azərbaycan” şüarlarını qışqırdılar və Ermənistanı lənətlədilər.
Azərin məşhur Çırpınırdın Qara dəniz mahnısını oxuyarkən minlərlə kastamonalı ayağa qalxaraq “Qarabağ bizim qürurumuzdur. Qarabağ Türkdür, Türk qalacaq” şüarları ilə meydanı coşdurdu. Məşhur sənətçi bu coşqu qarşısında “Harikasın Türkiyem ... Harikasın Kastamonu ...” deyə cavab verdi
Türk Dünyası tədbirləri çərçivəsində konfranslar, kitab sərgiləri, foto sərgilər və konsertlər verildi. Bu axşam isə yenə qırğız sənətçi Bünyamin Aksungur və qızı Qırğız Özyaman konsertləri veriləcək.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi






.jpg)



























.jpg)


