Magazin1
Samirin küçədə "yaşayan" qardaşı barədə HƏR ŞEY ÜZƏ ÇIXDI - VİDEO
Xəbər verdiyimiz kimi, müğənni Samir Cavadzadənin küçələrdə yaşadığını deyən qardaşı Ramin Cavadzadə Elgizin verilişinə çıxaraq yardım istəyib.
Publika.az xəbər verir ki, verilişin növbəti buraxılışında Cavadzadə qardaşları haqqında yeni faktlar ortaya çıxıb. Məlum olub ki, ailəsinin Ramin Cavadzadədən üz döndərməsinin səbəbkarı özü və tüfeyli həyatı olub.
Müğənni Samir Cavadzadənin keçmiş qonşusu studiyaya zəng edərək ifaçının qardaşı Ramin haqqında həqiqətləri açıqlayıb:
“Sözüm o ailəni yox edən Raminədir. Onların evlərini satdırıb, getdi Rusiyaya. Ailəsinə dedi ki, barmaqlarını kəsiblər. Samir anası ilə birgə Rusiyanın küçələrinə düşüb Ramini axtardı. Gedib gördülər ki, Raminin ətrafında pis insanlar var, onun gözünü çıxarıblar. Ramin, 40-a yaxın yaşı olan adama ana baxmalıdır? Utanmırsan? Özünü qınasın. Belə həyata düşməyəydi. Hansı evdən danışır? Onların evi var? Anası bacısıgildə qalır. Samir də kirayə yaşayır. Deyir, Samirə köməkliklər edib? Hansı köməklikdən danışır. Sənə edilib, sən heç nə etməmisən. Onlar məhlənin ən gözəl ailəsi idi. O ailəni sən yox etdin. Diri ikən ölü ailə etdin. Özü özünü o günə salıb”.
Qeyd edək ki, verilişin ötən buraxılışında “Elgizlə İzlə”yə müraciət edən ifaçı Samir Cavadzadənin qardaşı Ramin Cavadzadə səfil həyat sürdüyünü, xəstə olduğunu və köməyə ehtiyacı olduğunu bildirib.
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır












.jpg)






















