Magazin1
Dünyanın ən məşhur AZƏRBAYCANLI GƏNCLƏRİ - FOTO
Arzularını həyata keçirmək üçün yaş ciddi rol oynamır. Sən istənilən yaşda böyük uğurlar qazana və adını dünyanın ən nüfuzlu jurnallarına yazdıra bilərsən. Bunun üçün sadəcə böyük əzm, səy və məqsədyönlülük tələb olunur.
Publika.az bu yazıda oxucuları dünyaya səs salan 30 yaşına çatmamış ən məşhur azərbaycanlılarla tanış edib.
Reyhan Camalova 16 yaş
Reyhan Camalova yağış sularından enerji istehsal edən cihazın yaradıcısı və “Rainergy” şirkətinin təsisçisidir. O, bu layihəsi sayəsində “Forbes” jurnalının “Asiya üzrə 30 ən yaxşı gənc araşdırmaçı” siyahısına daxil edilib. BBC-nin dünyanın müxtəlif ölkələrində yaşayan 100 ilhamverici və nüfuzlu qadının adı yer aldığı “100 qadın” layihəsinin 2018-ci il üzrə yenilənmiş siyahısında isə gənc ixtiraçı 43-cü yerdə qərarlaşıb.
Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinin iştirakçısı olub, ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Reyhanın nailiyyətini təqdir edib.
Emil Qasımov 19 yaş
Karyerasına modelyer kimi başlayan Emil Qasımov beynəlxalq gözəllik müsabiqələrində qalib gəlib. O, “Miss & Mister Planet 2018”, “Mister Model Worldwide 2018” kimi yarışları dünyanın ən yaraşıqlı adamı seçilib.
Rauf və Faiq Mirzoev 20 yaş, müğənni
Rauf və Faiq Mirzəyev - əkiz qardaşları MDB ölkələrində duetləri ilə məşhurdur. Qardaşlar İjevskdə azərbaycanlı ailəsində anadan olublar. Onların opera müğənnisi olan babası Bakıda opera teatrının direktoru olub.
Müğənni Bəxtiyar Məmmədov 25 yaş
Əslən azərbaycanlı olan rusdilli reper, müğənni və bəstəkar təkcə Rusiyada, Qazaxıstanda və Azərbaycanda deyil, xaricdə də məşhurdur. O, bu vaxta qədər beş albom çıxarıb.
Hüseyn Həsənov, 25 yaş, bloger
Hüseyn Həsənov Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Hüseyn Rusiyada ən populyar blogerlərdən biridir, onun 11 milyondan çox İnstagram izləyicisi var. Bloqu inkişaf etdirməklə yanaşı, Hüseyn həm də restoran işi ilə məşğul olur və geyim markası var.
Zərəngiz Huseynova, 26 yaş, sahibkar
Zərəngiz Hüseynova dörd biznes layihəsini inkişaf etdirən gənc sahibkardır: ALZA və Milana Gelinlik butikləri, WoWoman qadınlar üçün təhsil platforması və icma və W_Space biznes kafesi.
O, bu il “Forbes” jurnalının 30 yaşdan aşağı “30 avropalı sosial sahibkarlar” siyahısında yer alıb.
Rasim Adjarov, 26 yaş, sahibkar
Young Business Factory, Oley.az, Georgia Sweet House, Cool Business şirkətlərinin yaradıcısıdır. Universitet təhsilini donduraraq biznes həyatına atılan və öz şirkətini quran gənc sahibkar yaşıdlarına göstərdi ki, diplom olmadan da bizneslə məşğul olmaq və uğura qazanmaq olar.
Emin Mahmudov, 27 yaş, futbolçu
Emin Mahmudov Rusiya və Azərbaycan futbolçusudur, "Neftçi" klubunun və Azərbaycan yığmasının yarımmüdafiəçisidir.
Tural Bədirxanlı, 30 yaş, Twitter mühəndisi
Tural Bədirxanlı 18 yaşında ABŞ-a köçüb, Massaçusets Texnologiya Universitetində təhsilini bitirdikdən sonra Silikon Vadisində, Google-da işə başlayıb. “Twitter”in aldığı proqram hazırlayıb. Tural indi Twitter-də mühəndis çalışır.
Riad Məmmədov, 30 yaş, pianoçu
Pianoçu, P. I. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu olan Riad klassik və caz musiqisinin ifaçısıdır. Musiqiçi Rusiyada, Azərbaycanda və dünyanın digər ölkələrində çox məşhurdur.
-
İdman18:24
Soyuqdan qorxan futbolçu maraqlı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı