Magazin1
Ali Sunalın çəkdiyi filmin Bakıda qala gecəsi baş tutdu - FOTO
Dünən Gənclik Mall Cinema Plusda “Haraket sekiz” filminin təqdimatı baş tutub.
Publika.az xəbər verir ki, qala gecəsində filmin baş qəhrəmanları Ali Sunal, Hande Hatipoğlu, Onur Atilla, Pərvin Abıyeva, İslam Mehrəliyev, Elcan Rəsulov və başqaları iştirak edib.
Ali Sunal jurnalistlərə "Hereket sekiz" filmi haqqında təəssüratlarını bölüşüb:
“Çəkilişlər şahanə keçdi. İnsanlar səmimidir, Bakıda heç ögeylik hiss etmədik. Əsas hadisələr 3 bacarıqsız polisin ətrafında cərəyan edir. Bu film rus mafiyasının izinə düşən bir qrup polisin başına gələn gülməli olaylardan və onların dünyanı xilas etmə cəhdlərdindən danışır. Məncə, seyrçini əyləndirən bir komediya olacaq.
Filmdə hadisələrin bir hissəsi Azərbaycanda baş tutur. Burda da çox sevildiyimizi bilirik. Sosial şəbəkələrdə azərbaycanlı izləyicilərdən davamlı olaraq mesajlar gəlirdi, Bakıya dəvət edirdilər. “Haraket sekiz” bizə belə şans təqdim etdi. Filmdə Azərbaycanlı həmkarlarım da rol alıb, onlarla çox rahat çalışdıq, sanki illərdir tanışıq. Mədəniyyətlərin bir-birinə yaxın olması çəkilişlərdə bizim üçün faydalı oldu”.
Daha sonra aktyor çəkilişlərdə başlarına gələn hadisələrdən danışıb: “Gülməkdən çəkə bilmədiyimiz səhnələr oldu. Çətinliyimiz sadəcə bu sarıdan idi. Gülməmək üçün özümüzü güclə saxlayırdıq”.
Bu yaxınlarda ata olan Ali Sunal qızı haqqında da duyğularını dilə gətirib: “Qızım olduqdan sonra həyatımda hər şey dəyişdi. Əvvəllər özümün, ailəmin və həyat yoldaşımın məsuliyyətini daşıyırdım. İndi bütün fikrim-zikrim qızımdadır. Həyatda yaşaya biləcəyiniz ən gözəl duyğudur, heç gözünüzü qorxutmasın”.
Qeyd edək ki, ekran işinin bir hissəsi İstanbulda çəkilib. Baş rollarda Ali Sunal, Devrim Yakut, Gürgen Öz, Hande Katipoğlu, Onur Atilla və Hakan Bilgin yer alıb.
Aytən Məftun
Foto: Ceyhun Rəhimov
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı



































