Magazin1
Azər Axşam: “Belə biri mənim arvadım ola bilər?..” – ŞOK MÜSAHİBƏ
Tanınmış aparıcı-aktyor Azər Axşam həyat yoldaşı Səbinə Şabanova sosial şəbəkə vasitəsilə Milli qəhrəman Mübariz İbrahimovu təhqir etməsi ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Azər müəllim, həyat yoldaşınızın sosial şəbəkədə Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsi haqda statusu yayılıb. Bu nə dərəcədə doğrudur?
- Həyat yoldaşımın adından yayılan saxta səhifədir. Mənə dedilər ki, buna görə Azərbaycan qaziləri toplaşıb, şikayət ərizəsi yazırlar. Problem yoxdur. Mən də onlara qoşulmaq istəyirəm. Mənə də bu həyat yoldaşımın adından istifadə edən şəxsin kimliyi maraqlıdır.
İki ay öncə 83 yaşlı ananmın adından İnstaqram səhifəsi açmışdılar. Orada sənət adamalarını söyürdülər. 102-ə zəng etdim və məni Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə yönəltdilər. Ərizə yazdım, həmin şəxsi tapmadılar. Yəni ki, müsbət cavab almadım.
- Şübhələndiyiniz kimsə varmı?
- 23 ildir bu sənətdəyəm, 47 yaşım var. Amma bir insanın toyuğuna daş atmamışam. Şou-biznes aləmində belə düşmən kəsildiyim adam yoxdur. Küsülü olduğum adam da yoxdur.
Buna görə də həmin adamın kim olduğunu bilmirəm. Düşünürəm ki, kim edə bilər? Necə ola bilər ki, mənim həyat yoldaşım belə bir fikir yazsın? Həm də Azərbaycan qəhrəmanını təhqir edərək... Belə insan Azərbaycanda yaşaya bilər? Belə insan mənim arvadım ola bilər? Heç bir kişinin arvadı belə etməz.
- Həyat yoldaşınız aktiv sosial şəbəkə istifadəçisidirmi?
- İndi sosial şəbəkədən istifadə etməyən insan yoxdur. Hamı istifadə edir. Həyat yoldaşımın sosial şəbəkədə yayılan şəkilinə gəlincə onu, oğlum 23 nömrəli məktəbdə ibtidai sinifi bitirəndə mən çəkmişəm. Fotoda oğlum, həyat yoldaşım və müəlliməsi yer alır. O fotonu mən çəkmişəm. O şəkili yaxınlaşdırıb, oradan götürüblər.
- Həmin fotonu heç vaxt sosial şəbəkədə paylaşmamısınız?
- Xeyr. O foto yalnız mənim albomumda var. Başqa yerdə yoxdur. Bəlkə də sosial şəbəkədə paylaşmışam, amma xatırlamıram. Bir müddət əvvəl ailəm haqqında yazmışdılar. Yenə həmin şəkildən istifadə etmişdilər. Hansı anası erməni götürüb, belə edir? İki dəfə hüquq-mühafizə orqanlarına müraciət etmişəm.
- Bu problemdən sonra həyat yoldaşınıza hanısa məhdudiyyət qoydunuzmu?
- Mən həyat yoldaşıma arxayınam. İndi hamı sosial şəbəkədən istifadə edir. Bu, hər bir azərbaycanlıya qarşı edilən xain hərəkətdir. Gəlin, birlikdə onu axtaraq. Hüquq-mühaifizə orqanları axtarıb tapsınlar ki, bu biqeyrət kimdir? Hansı ağlı başında olan Azərbaycan qadını öz Feysbuk səhifəsində “mənim ərimdən yoxdur” yazar? Hansı Azərbaycan kişisi bundan sonra ona arvadım deyər? O cür oğulun adından istifadə etmək mənim üçün Allah qarşı çıxmaq deməkdir. Oğlum böyüyür. Bir oğul böyüdən ana başqa ananı böyüdən ananı təhqir edərmi?
- Bunun üçün ilk həyat yoldaşınızdan şübhələnirsinizmi?
- İnanmiram ki, o belə etsin. O da oğul böyüdür. Övlad böyüdən anan onu etməz.

-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)




.jpg)





















.jpg)

.jpg)
