Magazin1
Az TV sədrindən həmkarlarına BAYRAM TƏBRİKİ
Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov TV və radio əməkdaşlarının peşə bayramını təbrik edib.
Publika.az xəbər verir ki, Rövşən Məmmədov təbrik sözlərini Feysbuk səhifəsində paylaşıb.
"Əziz və dəyərli həmkarlar, bu gün Sizin, TV və Radio əməkdaşlarının, “sehirli qutu”dan yayımlanan sehirli səslərin və görüntülərin müəllifi olan minlərlə insanın peşə bayramıdır. Bu gün Radiomuzun 93, Televiziyamızın isə 63 yaşı tamam olur. Sevinirik...
Sevinirik ona görə ki, canımızdan artıq sevdiyimiz, bu gün sabitliyi və davamlı inkişafı ilə nümunə göstərilən müstəqil Azərbaycan Respublikasının təbliğatçısı, dünyada öz sözü və çəkisi olan, ölkəmizi qlobal miqyasda uğurla təbliğ edən Prezidentimizin yürütdüyü daxili və xarici siyasətin carçısı, media ruporuyuq.
Sevinirik ona görə ki, Ənvər Əlibəyli, İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qurban Yusifzadə, Teymur Əliyev, Elşad Quliyev və s. kimi dəyərli ziyalılardan bizə miras qalan, yaşı bir əsrə bərabər olan Ana radio və televiziyamızın uğurları naminə çalışır, görülən nəhəng işlərə bir damla da olsa fayda verməyə çalışırıq. Sevinirik ona görə ki, bu gün sayı 2 mindən çox olan kollektivimiz bir komanda şəklində, sağlam ab-hava şəraitində, bir ailə kimi yorulmadan fəaliyyət göstərir. Və ən əsası, sevinirik ona görə ki, bizə inam, etimad var və bu inam, etimadla qürur duyur, onun doğrulması naminə əlimizdən gələni edirik. Məqsədimiz isə yalnız regionda deyil, dünyada aparıcı informasiya vasitəsinə çevrilməkdir. Buna da nail olacağımıza əminik. Bu yolda hər birimizə möhkəm can sağlığı, yaradıcılıq uğurları, digər Radio və TV-lərdə çalışan dəyərli həmkarlarımıza bol-bol nailiyyətlər arzu edirik. Bayramınız mübarək!"
Qeyd edək ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və həmin gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.
Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır