Magazin1
Faiq Sücəddinov: “Prezident imza atıbsa, deməli..."
“Azərbaycan Dövlət Televiziyası çox dəyişib. Çox böyük zövqlə izləyirəm”.
Bu sözləri Publika.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, Xalq artisti, Prezident təqaüdçüsü Faiq Sücəddinov deyib.
Azərbaycanda radionun fəaliyyətə başlamasının 93-cü ili və Televiziya və Radio İşçilərinin Peşə Bayramı münasibətilə təşkil olunan tədbirdə iştirak edən AzTv-nin Bədii Şurasının üzvü bildirib ki, bu gün kanalda əvvəlki stereotiplər yoxdur: “Çox gözəl və baxımlı televiziya işi var. Radio da həmçinin. Bu yaxınlarda AzTv-də böyük kadr dəyişiklikləri aparıldı. Dəyişik televiziyada televiziya ola bilər. Çox maraqlı olub. Verilişlər, maraqlı fikirlər, maraqlı rejissor işi var. Televiziya və radio tamaşaları artıq bərpa olunub. Biz artıq bölgələrə gedirik, əhali ilə görüşürük. Konsertlər təşkil edirik. İşlər çoxdur. İş işə qarışıb. Bu arada, son vaxtlarda mən də üç konsert vermişəm. Dördüncüsü səkkiz noyabrda olacaq. Solo pianoda ifa edəcəyəm”.
“Kütləvi İnformasiya Vasitələrinin fəaliyyəti bir tamaşaçı kimi sizi qane edirmi” sualına Faiq Sücəddinov belə cavab verib: “Sözün doğrusu, özümə qapanmışam. Sənətimə o qədər bağlıyam ki, heç televiziyaya da baxmıram, telefona da baxmıram. Konsertlər verirəm. Təbii ki, burada bir saat ifa etməliyəm. Bundan başqa, yaradıcılıq işlərim də var”.
Tanınmış bəstəkar bu yaxınlarda Xalq artisti tituluna layiq görülən müğənniləri də təbrik edib: “Prezident imza atıbsa, deməli, onların sənəti buna layiqdir. Cənab prezidentin imzası qanundur. Burada müzakirəyə yer yoxdur”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı əsasında müğənnilər Röya, Tünzalə Ağayeva və Miri Yusif Xalq artisti tituluna layiq görülüb.
Zümrüd,
Foto: Ceyhun Rəhimov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





